Main » Files » Qadın » Uşaq |
Məktəbdən öncəki dövr
2013-03-10, 6:47 AM | |
Uşaq anadan olduqdan sonra ona tanış gəlməyən dünya ilə üz-üzə durur. Elə ilk aylardan başlayaraq uşağı əhatə edən əşyalar onun diqqətini cəlb edib, maraq hissini oyadır. O, öz ətraf mühiti ilə tanış olmaq istəyir, buna görə də daim əşyalara əl vurmaqla məşğul olur. Bu mərhələdə onu fasiləsiz hədələrlə əşyalara əl vurmaqdan çəkindirmək olmaz. Çünki belə daimi hədələr uşaqda xoşagəlməz təsirlər qoyar və o, bu dünyanı təhlükəli bir məkan kimi düşünüb özünü narahat hiss edər. Buna görə də uşağın ilk illərdəki yaşam mühiti sadə, qiymətli əşyalarsız və təhlükəli (sınan,ağır, yaralayan) aksesuarlarsız olmalıdır ki, ana fasiləsiz uşağı o əşyaya, bu əşyaya əl vurmaqdan çəkindirmək və "təhlükəlidir” elanını vermək məcburiyyətində qalmasın. Bəzi ailələr elə əvvəldən tənbehdən sui-istifadə edərək uşağı ən adi uşaq işlərindən də çəkindirirlər. Məsələn, bəzi analar uşağı öz idrarını (kiçik bayırını) kontrol altında saxlamağa vadar etmək üçün zorakı üsullara əl atır və uşağı müxtəlif bəhanələrlə danlayırlar. Tədqiqatlar göstərir ki, ömrünün ilk illərindən həyəcan keçirən, iztirab çəkən və ya ata-ananın daimi danlaqları ilə üzləşən uşaqlar sonrakı mərhələlərdə müxtəlif davranış problemlərilə üzləşirlər. İlk illərdə mümkün qədər tənbehdən istifadə etməməli və ya tənbeh edərkən həddi aşmamalı, fiziki cəzavermədən isə xüsusilə istifadə edilməməlidir. zeka.az | |
Views: 1049 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |