Çərşənbə günü, 2024-04-24, 4:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Məktəb yaşından gənclik dövrünədək uşaq daha hansı problemlərlə üzləşə bilər?
2013-02-19, 12:14 PM
Sual: Məktəb yaşından gənclik dövrünədək uşaq daha hansı problemlərlə üzləşə bilər?
Cavab: Məktəbə aid yersiz söhbətlər, kobud rəftar, intizamsızlıq, natəmizlik, dava-dalaş bu dövrə aid olan xarakterik nöqsanlardır. Bütün bu nöqsanların əsas səbəblərindən biri uşaqdakı "diqqət aclığıdır”. Adətən, belə uşaqlar onlara lazımı qədər diqqət yetirə bilməyən ataya qarşı kinli olurlar. Atanın ifrat tələbkarlığı da uşaqda mənfi hissləri qıcıqlandıra bilər. Hətta uşaq pis işlərə əl ataraq, atanı rüsvay etməkdən də çəkinmir.

Yeniyetmələr arasında oğurluğun başlıca səbəbi maddi ehtiyac yox, macəraçılıq, diqqəti cəlb etməkdir. Oğurluq təsadüfi hadisə olsa da, adətən dostların təşviqi ilə baş verir. Uşaq bu işlə dostları arasında nüfuz qazanacağına ümid edir. Ona görə də oğurluğun səbəbini tapmaq çox zəruridir. Yalnız bu səbəbi bildikdən sonra oğruya qarşı tədbir görmək olar. Oğurluq etmiş uşağı ağır tənbeh etməyin. Onun yatmış hisslərini oyatmaq üçün tə`sirli bir metod axtarın. Bə`zi uşaqlar evdən kiçik şeylər oğurlamaqla öz ehtiyaclarını ödəmək istəyirlər. Onun başlıca ehtiyacı isə dostlarının diqqətini cəzb etməkdir. O, oğurladığı şeyi hörmət qazanmaq üçün rüşvət verir. Eyni məqsədlə oğurluğa əl atan böyüklərlə rastlaşdıqda təəccüblənməmək olmur.



Category: Uşaq | Added by: Ənfal
Views: 654 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]