Main » Files » Qadın » Uşaq |
Körpəniz haqqında bunları bilməyiniz vacibdir
2013-01-14, 7:51 AM | |
Nə qədər ki, körpənin təsəvvüründə "indi” və "sonra” anlayışlarının fərqi yoxdur, onu ayrılığa hazırlaya bilməzsiniz Körpə onu ağuşuna alan, ona süd verən ananın səsinə, hətta qoxusuna adət edir. Körpə öz valideynini başqalarından çox tez fərqləndirir. Bəzi körpələr dörd-beş aylığında, bəziləri isə daha tez valideynini tanıyır. Unutmaq olmaz ki, ananın doğuşdan sonra körpədən müəyyən müddət uzaq düşməsi körpənin bu hissini puça çıxara bilər. Əgər körpəni gündə bir adam saxlasa, əlbəttə ki, o öz valideyninə yaxşı baxmayacaq. Bu məsələyə diqqətli olmaq lazımdır. Körpənin öz ata-anasını tanıması çox mühümdür. İlkin dönəmlərdəki valideyn-övlad münasibətləri körpənin gələcəkdə başqaları ilə münasibətlərinin əsasını təşkil edir. Uşaqlıqda valideynini yaxşı tanımayan körpələr gələcəkdə başqaları ilə münasibət qurmaqda çətinlik çəkirlər. Valideynlə övlad arasında olan uzun ayrılıq körpədə təsir qoyur. Amma bu təsirin dərəcəsi körpənin yaşından asılıdır. Müşahidələr göstərir ki, ilk iki ildə körpədən bir gecə ayrılmaq əsaslı çətinliklər yaradır. Mütəxəssislərin fikrincə bu yaşda valideyndən uzaq düşən körpənin yuxusu pozulur. Bəziləri elə düşünürlər ki, körpə bu ayrılığı hiss etmir. Amma bu yanlış təsəvvürdür. Kiçik körpədə çox gizli qavrayış hissləri mövcuddur. Körpə dərk edə bilmir ki, siz onu tərk etdikdən sonra hökmən qayıdacaqsınız. Onun düşüncəsinə görə, görmədiyi insan artıq yoxdur. Sizin görünüb-görünməməyiniz onun üçün mühümdür. Nə qədər ki, körpənin təsəvvüründə "indi” və "sonra” anlayışlarının fərqi yoxdur, onu ayrılığa hazırlaya bilməzsiniz. Körpə bu məsələni anlayanadək onu bir gecə belə tək qoymaq xoşagəlməzdir. Çünki o bütün ayrılıqları həmişəlik bilir. Uzun ayrılıq onu qorxudur və o elə zənn edir ki, siz artıq mövcud deyilsiniz. Bu hiss körpəyə əzab verir. Təbii ki, siz alış-veriş üçün evdən çıxmalı, müxtəlif ehtiyaclarınızı ödəmək üçün körpədən uzaqlaşmaq olar. Amma bu ayrılıq uzun çəkməməlidir. Çünki valideynlə olmağa adət etmiş körpə ondan ayrıldığı vaxt darıxır. Başqaları ilə qalmağa vərdiş etmiş körpə üçün valideynlə olmaq bir o qədər də fərq etmir. Məşğul ana üçün bu hal çox münasibdir. Amma belə analar körpəsi ilə yaxın bağlılıqdan məhrum olurlar. Uşaqla gizlənqaç oynanılan zaman valideynini tapa bilməməsinə görə necə iztirab keçirdiyini hamıya məlumdur. Yəqin ki, bu oyun valideynlərə ləzzət verir. Valideynini tapa bilməyən körpə məyus olur. Diqqət edin ki, valideynini tapdığı vaxt necə ürəkdən qəhqəhə çəkir. O, valideynini itirdiyi vaxt inanmır ki, bir daha tapa biləcək. Amma qəfildən peyda olduqda onun sevinci yerə-göyə sığmır. Bu oyun körpəyə öyrədir ki, valideyn gözə görünmürsə də, o var və tezliklə görünəcək. Analara körpələrindən ayrılmaması ilə bağlı tövsiyə vermək asandır. Amma, çətin ki, kimsə bu tövsiyəyə əməl edə bilsin. Lakin valideynlər unutmamalıdırlar ki, körpəni uzun müddət tərk etmək xoşagəlməz haldır. Bəs körpəni zəruri ayrılığa necə hazırlamaq olar? Körpənin daimi yaxınlığa ehtiyac duyduğu dövrdə valideyn harasa getməyə məcbur olarsa, körpəni evdə qoymaq yaxşıdır. Digər tərəfdən onu tanıdığı adamla qoymaq məsləhətdir. Körpəni hansısa tanışın evində qoyduqda tanımadığı mühit onu daha çox sıxa bilər. Şəraitlər müxtəlif olduğu üçün qəti bir söz demək çətindir. Məsələn, ola bilər ki, körpə tanıdığı adamla başqa bir evdə özünü daha rahat hiss etsin. Əlbəttə ki, bu hal körpənin öz evinizdə tanımadığı adamla qalmasından daha yaxşıdır. Əgər uşaq dil açıb danışırsa və deyilən sözləri başa düşürsə onu bir həftə əvvəldən söhbət vasitəsi ilə qarşıdakı səfərə hazırlamaq olar. Körpə kiminlə qalacağını və nə vaxt qayıdacağınızı bilərsə daha rahat olar. Sözsüz ki, xoşladığı adamla qalacağını bilən körpə bir o qədər də narahat olmur. Hətta o bu ayrılıqdan ləzzət də ala bilər. Amma uşaq xoşlamadığı adamla qalarsa və bu adam onun ehtiyaclarını təmin etmək iqtidarında olmazsa körpənin narahatlığı labüddür. İmkan varsa, körpəni özünüzlə səfər aparın. Valideyni ilə birlikdə gəzib, təzə mənzərələr görən, yeni səslər eşidən körpə müxtəlif yerlərə və şəraitlərə adət edir. Hətta bir neçə aylıq körpə müxtəlif şəraitlərə adət edə bilir. Körpəlikdə müxtəlif mühitlər görən uşaq gələcəkdə də fərqli şəraitlərə dözümlü olur. Məsələn, tam sakitlikdə yatmağa adət etmiş körpə kiçik bir səsdən oyanır. Demək, körpəni özünüzlə aparmağınız onu narahatlıqdan qurtarmaqla yanaşı, ona qiymətli təcrübələr də qazandırır. Amma özünüzlə apardığınız körpənin tamamilə yad bir mühitdə yad adamlarla qoymağa məcbur olacaqsınızsa, onu evdə qoyub getməyiniz daha yaxşıdır. Özünüzlə götürdüyünüz körpəni yad mühitdə tək qoymağa məcbur olduqda onu əvvəlcə həmin mühit və ona nəzarət edəcək şəxslə tanış etməlisiniz. Körpəni tərk etməzdən qabaq müəyyən qədər vaxt sərf edib, onu yeni mühit və yeni adamlarla tanış etmək zəruridir. faktxeber.com | |
Views: 892 | Downloads: 0 | Rating: 5.0/2 |
Total comments: 0 | |