Şənbə günü, 2024-12-21, 7:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Körpə ilə bir yataqda - İNFOQRAFİKA
2012-12-12, 7:35 AM
Körpə ilə bir yataqda - İNFOQRAFİKA

 Valideynləri yatan körpələr gələcəkdə daha müstəqil, özünə inamlı və ünsiyyətcil olurlar

Tibb işçiləri uzun müddət öz uşaqları ilə bir yerdə yatan valideynlərlə mübarizə aparmağa çalışıblar. Bəzi ekspertlər bunu uşaqlar arasında ölüm riskinin artmasına səbəb , bəziləri isə gigiyena qaydalarına zidd olduğunu düşünürlər.

Lakin danılmaz faktdır ki, anasının sinəsində yatan körpələr daha çox və rahat yatırlar. Bunu müşahidələr də göstərir. Ana qucağında uyuyan körpənin ürəyi stressə üç dəfə az məruz qalır, gələcəkdə isə onlar şəxsiyyətlərarası əlaqələri daha asan qura bilirlər.

Körpə dünyaya göz açan kimi onu ananın sinəsi üstünə qoyurlar bu da körpə üçün ən rahat yerin ana qucağı olduğunu bir daha sübut edir. Tibb təsdiq edir ki, körpələr üçün həyatın ilk həftələrində ideal vəziyyət ananın sinəsində yatmaqdır. Sonra uşaq ana ilə bir çarpayıda 3-4 yaşınadək yatmağı davam etdirməlidir.

Bunula yanaşı uşaqla birlikdə yatmağın həm ana, həm də ata üçün faydaları çoxdur:

Müstəqillik

Valideynləriylə birlikdə yatan uşaqlar, daha erkən yaşlarında müstəqillik qazanır və ayrılıq narahatlığı keçirmirlər. Araşdırmalar göstərir ki, uşaq hər dəfə eyni valideyni ilə yatmağa öyrəşirsə, barmağını əmmə və ya hər hansı təhlükəsizlik və ya rahatlayıcı obyektinə olan ehtiyacı xeyli azalır.

Özünə inam

Ailəsilə yataraq böyüyən uşağın özünə inamı daha güclü olar. Uşağın davranış problemləri azalar, yaşıdlarıyla daha yaxşı ünsiyyət qurar, xoşbəxt və məmnun yaşayar. Valideynləri ilə yatmayan uşaqlara nisbətən, stressdən yaranan problemlərə qarşı daha dayanıqlı olar.

Fiziki və zehni sağlamlıq

Psixoloji faydaları ilə yanaşı, valideynləriylə yatan körpələrin inkişafının daha sürətli və yaxşı olduğu sübut edilib. Həkimlərin pediatrik araşdırmalarında müşahidə edilən valideynlərlə birgə yatma, körpələrin həm fiziki, həm emosional, həm də zehni inkişafına tibbi bir fayda kimi önə çıxır: Bu inkişafı təmin edən səbəbin, həm daha çox bədən təmasının olması həm də, valideynləriylə yatan körpələrin tək yatan körpələrə nisbətən daha çox qidalandığı düşünülməkdədir.

Yuxularını anaları və ataları ilə paylaşan körpələr, onlarla fiziolojik bir uyğunluq içində yatırlar. Valideyn və körpə arasındakı yaxınlıq həqiqətən də körpənin nəfəs alıb-verməsinin, yuxu vəziyyətini, ürək döyüntüsünü və bədən istiliyini tənzimləyir. Öz-özlərinə ağlamağa tərk edilən körpələrdə, yüksək stres hormonu, yəni kortizol səviyyəsi müşahidə edilmişdir və bu da körpənin inkişafda olan beyninə zərər verir. Bu vəziyyət körpəni, stresə, zehni xəstəliklər daxil olmaqla bütün növ xəstəliklərə qarşı daha həssas və müqavimətsiz bir hala gətirir.

Ailə üzləri arasında yaxınlıq

Ailə yatağı həyat tərzilə böyüyən uşaqlar, ailələrilə daha möhkəm bağ qurar və tək yatan uşaqlara nisbətən, ailə fərdlərinə qarşı daha çox bağlılıq və məmnunluq hiss edərlər.

Yuxunun o şirin nəfəsi, ailə üzvlərinin bir-birlərinə bağlanması və sevgi dolu anları paylaşmaları üçün, hər gün onlara daha çox vaxt qazandırır.

O ki qaldı körpənin ər-arvadı bir-birindən ayırması haqqında düşüncələrə bu heç də belə deyil. Şəkillərə diqqətlə baxsanız görərsiniz ki, valideynlərini öz kiçik əl və ya ayaqlarıyla hərəsini bir yana itələyən körpə ,əslində hər iki fərdə toxunmaqla sanki bir körpü yaradır. Yəni, nə qədər aralı yatsalar da ortada onları bir-birinə bağlayan bir bağ var. Körpələr yeganə varlıqlardır ki, onlarla hər şeyi, hətta kimsəylə paylaşmaq istəmədiklərini belə bölüşürsən. Niyə ? Cavab birdir. Körpə valideynlərini ayırmır, çünki o, elə valideynlərinin özüdür. Həm atanın, həm də ananın canından bir parçasıdır.


Category: Uşaq | Added by: Ənfal
Views: 917 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 GADİR   (2012-12-12 8:35 AM) [Daxil et]
SALAM ALEYKUM ALLAH RAZİ OLSUN.
RE;-Lakin danılmaz faktdır ki, anasının sinəsində yatan körpələr daha çox və rahat yatırlar. Bunu müşahidələr də göstərir. Ana qucağında uyuyan körpənin ürəyi stressə üç dəfə az məruz qalır, gələcəkdə isə onlar şəxsiyyətlərarası əlaqələri daha asan qura bilirlər.

-Hətta evlad valideyninə gələcəkdə dahada mülaim olur,sinəsində böyügünə qarşi məhəbbət öz canikimi olur.
o biri nögteyi nəzər isə yani ayriliq, evladin böyüdükcə valideyninə diş qiciqlanmasina səbəb artirir, həmin istilikdən məhrumluq.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]