Şənbə günü, 2024-12-21, 8:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

İslam dini uşağa ehtiram qoyulmasını istəyir
2013-03-13, 8:51 AM

İslam dini uşağa ehtiram qoyulmasını istəyir

 Din alimləri həmişə uşaqlara ehtram göstərilməsini vurğulayırlar ki, şəxsiyyətləri alçalmasın və zatı şərafətləri zərər görməsin. Əgər uşaqlarımıza hörmət edəriksə, onlardan azad, müstəqil, şərafətli və fəzilət sahibi insanlar qurmuş olarıq. Əgər uşaqların şəxsiyyətinə həqiqi ehtiram qoyularsa, düzgün və fəzilətli olarlar. Əgər təhqir olunarlarsa, fəzilətlərin inkişafı dayanar, əyri yollara tərəf meyl edər.

İslam dinində uşaqlara ehtiram qoymaq - çox mühüm məsələdir. Onları cəmiyyətin ən böyük sərmayəsi hesab edirlər. O zaman ki, cəmiyyət bu nemətdən qafil olur, övladlarının tərbiyəsində səhlankarlıq edərlərsə, cəmiyyətin tərəqqisinin qarşısını almış olarlar.

Bunu qeyd etmək lazımdır ki, bir çox inkişaf etmiş ölkələrin tərəqqiyə çatması uşaqlara edilən diqqətin nəticəsidir. Bu ölkələr uşaqların təhsil və tərbiyəsinə xüsusi əhəmiyyət vermiş ölkələrdir. Bir cəmiyyətin inkişaf etməsi üçün cavanların çiyninə çox böyük yük düşür. Ona görə də bu cavan düzgün tərbiyə olunub yetişdirilməlidir ki, cəmiyyətin əsas sütunları olan bu cavanlar sabahısı günü titrəyib, bu binanı bünövrədən sarsıtmasınlar.



Həzrət Peyğəmbərin (s) uşaqlarla rəftarı

Həzrət Peyğəmbər (s) həyatı boyu dövlətin idarəsi, orduya rəhbərlik, insanlara hökumət etmək, vəhyi çatdırmaq kimi ağır məsuliyyətləri üzərinə götürmüşdü. Həzrətin (s) işlərinin bu qədər çox olmasına baxmayaraq, uşaqlarla xüsusi diqqət ayırardı. Peyğəmbərimiz (s) uşaqlara qarşı çox mehriban idi. Onlarla oyun oynayardı. Bəzən onları mübarək çiyninə götürərdi, onları güldürməyə çalışardı. Səhabələrini də bu işə təşviq edərdi. Həzrət Peyğəmbər (s) buyurur:"Övladlarınıza kəramət edin, onlarla yaxşı ədəblə rəftar edin”.

Üsamə ibn Zeyd deyir: "Peyğəmbər (s) elə idi ki, məni qucağına götürər və yolunun üstündə otuzdurardı, Həsəni (ə) də otuzdurardı”.

Başqa yerdə oxuyuruq ki, Peyğəmbər (s) namaz qılırdı, səcdəyə gedən zaman Həsənlə (ə) Hüseyn (ə) Həzrətin (s) belinə minirlər. Bu zaman o ikisini aşağı düşürtmək istədilər, ancaq Həzrət (s) buna mane oldu. Namazı bitirəndən sonra hər ikisini qucağına aldı və buyurdu: "Hər kim məni sevir, gərək bu ikisini də sevsin”.

Həzrət (s) həmişə uşaqlara diqqət edər və onlarla xüsusi inayətlə rəftar edərdi. Onlara birinci salam verər və tövsiyə edərdi ki, başqaları da onun bu əməlini təkrar etsinlər.

Növruz bayramı uşaqlarımızı sevindirmək üçün yaxşı bir fürsətdir. Onları özümüzlə qonaq getdiyimiz yerlərə aparaq və imkanımızın çatdığı miqdarda onlara hədiyyə alıb, könüllərini oxşayaq. Axı onlar bizim gələcəyimizdir. Üzlərində yaranan təbəssüm bizim üçün ən böyük bayram hədiyyəsidir.



(Tebyan/ Deyerler.org)
Category: Uşaq | Added by: Ənfal
Views: 868 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]