| Main » Files » Qadın » Uşaq |
Doğrudanmı, ailənin əhəmiyyəti böyükdür?
| 2013-02-19, 12:47 PM | |
Sual: Doğrudanmı, ailənin əhəmiyyəti böyükdür?Cavab: Zənnimcə, ailə ən mühüm ictimai qurumdur. Hər bir uşaq üçün ən münasib mühit ailə mühitidir. Ailə, uşağı məs`uliyyətin qəbuluna hazırlayır. Məncə ailə ər və arvaddan daha çox uşaq üçün əhəmiyyətlidir. Bir çox ailələrdə əhli-kef ata ailənin bütün yükünü ananın üstünə atır. Bə`zən analar da belə bir yol seçir. Onlar övladlarının səadətini öz azadlıqlarına qurban verirlər. Bütün oxuculara üz tutub deyirəm ki, valideynlik məs`uliyyətini dərk etməyən insan övlad sahibi olmamalıdır. Bə`zi atalar elə güman edirlər ki, onların vəzifəsi yalnız ailənin maddi ehtiyacını tə`min etməkdən ibarətdir. Belə insanlar bütün ailəyə, eləcə də, özlərinə zülm edirlər. | |
| Views: 876 | Downloads: 0 | Rating: 0.0/0 | |
| Total comments: 0 | |









































