Şənbə günü, 2024-12-21, 6:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Böyük, Ortancıl və Kiçik Övladın Fərqi
2013-02-10, 7:13 AM
Böyük, Ortancıl və Kiçik Övladın Fərqi

Sual: Böyük övladın kiçik övladlardan fərqi nədir?

Cavab: Böyük övlad, sözsüz ki, o biri övladlardan fərqlənir. Axı o ömrünün ən azı bir hissəsini evin yeganə övladı olub. Adətən, birinci övlada daha çox diqqət göstərilir. Uşağın tərbiyəsində valideynin yaşı da mühüm rol oynayır. Valideynin təcrübəsiz dövrünə düşmüş birinci övlad daha çox nigarançılıqlarla qarşılaşmışdır.

Çoxsaylı müşahidələrdən məlum olur ki, birinci uşaq öz problemlərini daha asanlıqla həll edir. Əlbəttə ki, bu baxışda da istisnalar var.

Sual: Ortancıl övladın özünəməxsus problemləri varmı?

Cavab: Bəzi həkimlər ortancıl övladı fiziki cəhətdən problemli hesab etsələr də, mən bu baxışla razı deyiləm. Məncə, müxtəlif ailələrə məxsus ortancıl övladlar arasında elə bir oxşar cəhət yoxdur. Amma hər bir ortancıl övlad nə vaxtsa evin yeganəsi olmuş böyük övladla hamının diqqət mərkəzində olan sonbeşik arasında qalmışdır. O, valideyn məhəbbətini bu körpə ilə bölməyə məcburdur. Amma böyük övlada valideynin münasibəti ortancıl övlada yol seçmək üçün köməkdir.

Əksər ortancıl övladlar ailədə öz yerini tapmaqda çətinlik çəkir. Müşahidələrimdən belə bir qənaətə gəlmişəm ki, ortancıl övladlarda özününümayiş hissi güclü olur. Onlar təlxəklik yolu ilə də olsa diqqəti cəlb etməyə çalışırlar. Bu uşaqlar öz zarafatçılıqları ilə ətrafdakıları maraqlandıra bilirlər.

Sual: Uzun müddət fasilədən sonra doğulan növbəti uşaqlar o birilərindən fərqlənirlərmi?

Cavab: Belə uşaqlar sanki gözlənilmədən doğulduqları üçün çox isti münasibətlə qarşılanırlar. O biri övladlar bu körpəyə qarşı çox mehriban olur. Hamı onunla oynamaq istəyir, onu sevindirməyə çalışır. Adətən, bu körpəni evdəki böyük övladlar saxlayır.

Əksər valideynlər belə uşaqları daha çox sevir, sanki onların həmişə uşaq qalmasını istəyirlər. Hər bir övladı sevmək zəruri olsa da, bu işdə ifrata varmaq problemlər yaradır.

Bilməlisiniz ki, yetkin övladlara ananın hamiləliyi mənfi təsir göstərir. Hətta onlar bu məsələyə ciddi yanaşmadıqları halda da tay-tuşları hamilə anaya işarə ilə onları məsxərəyə qoyurlar.

Dr. Li Salk

parlayangunesh.az



www.Ahlibeyt.ge
Category: Uşaq | Added by: Ənfal
Views: 898 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]