Main » Files » Qadın » Uşaq |
BOŞANMA ƏN ÇOX UŞAQLARA ZƏRƏR VURUR
2012-11-02, 7:20 AM | |
(İslami saytlara istinadən) Son zamanlarda boşanma ictimai bir problemə çevrilmişdir. Çox təəsüf ki, günü-gündən artmaqdadır. Bu gün biz özümüz çox sayda ailənin dağılmasına şahidik və boşanmalar zamanı ən çox zərər görən tərəf uşaqlar olur. Boşanma onların mənəviyyatına sağalmaz yaralar vurar. Uşaqların psixoloji quruluşu 4-5 ayında formalaşır. Əgər bu uşaq elə ailədə doğulub ki, orada heç bir məhəbbət və sevgi yoxdur, şübhəsiz bu, onun rəftarına təsir qoyacaqdır. Psoxoloqlar bu fikirdədirlər ki, valideynlərin arasında baş verən münaqişələr heç bir zaman uşaqların yadından çıxmır. Böyüyən zaman bu acı xatirələri yada salaraq, qəmlənərlər. Əgər bu yol məhkəməyə düşərsə, lap pis nəticələr verəcəkdir. Çünki məhkəmə qapılarında bunu dərk etməyən çox sayda valideynlər vardır ki, məhkəmə otağına uşaqları ilə bir yerdə daxil olarlar. Psixoloqlar bu fikirdədirlər ki, o ailənin uşaqları ki, daima nigaran və iztirab içində olurlar, deməli bu ailənin mühiti heç də sağlam deyildir. Bu cür uşaqlar gərək həkim nəzarəti altında olsunlar. Ancaq çox təəssüf ki, bizim cəmiyyətimizdə ailə psoxologiyası mövzusuna çox da əhəmiyyət vermirlər. Ancaq əgər üzümüzdə bir xal əmələ gələrsə, tez bir zamanda həkimə müraciət edərik. Özümüzün və övladımızın psiolxoji vəziyyətindən qafilik. Boşanma həll yolu deyildir. O ər arvad ki, bir-birindən ayrılmaq istəyir, belə düşünr ki, tək əlacları boşanmaqdır. Ancaq əgər cütlüklər bir yerdə yaşamaqlarını qeyri-mümkün hesab etsələr, gərək uşaqlarına başa salsınlar ki, onları çox istəyirlər. Ayrılandan sonra da çox istəyəcəklər. Heç bir tərəf o biri tərəfin arxasınca pis söz danışmamalıdır. Çünki bu yolla övladlarında kin yarada bilərlər. Cütlüklər parklarda bir-iki dəfə bir-birini görməklə evlənməyi qərara almamalıdılar. Çünki ailə həyatı 1 və ya 2 günlük həyat deyildir. Onun enişi və yoxuşu vardır. Cütlüklər bir-birinin zahirinə və ya geyiminə aldanaraq, evlənməyi qərara almamalıdır. Evlilikdə ilk növbədə mənəvi rabitə və hissi meyl olmalıdır. İnsan tez keçən həvəsinə görə evlənməməlidir. Çünki bu hisslər bir gün qurtara bilər. Elə bu zaman hər iki tərəfin eybləri meydana çıxar. Münaqişələr başlayan kimi övladlarını öz həvəslərinə qurban edərlər. Bir cavan deyir ki, bizim evdə anam özünü pis aparanda atam onu döyərdi. O da 6 uşağın qarşısında. Ey ər və ya arvad! Əgər ailə münasibələriniz gərgindirsə, niyə 6 uşaq dünyaya gəlmişdir? Ana isə deyir ki, mən öz arzumla ərə getməmişəm. Atamın və anamın istəyi ilə ərə getmişəm. Hər nə qədər dedim ki, mən onunla ailə qurmaq istəmirəm, ancaq sözümə heç kim qulaq asmadı. Bizi nişanladılar. Sonra da bizə dedilər ki, əgər bir-iki dəfə bayırda bir-birinizlə görüşsəniz, evliliyə razı olacaqsınız. Sonralar həyat yoldaşım da eyni şeyin öz valideynlərinin dediyini mənə söyləmişdi. Biz bayıra çıxdıq, gəzdik, ancaq bir-birimizə qarşı heç bir əlaqəmiz yaranmadı. Axır biz evləndik və mənim üçün bir ev kirayə edib, çıxıb getdi. Hərdən-birdən gəlib, mənə yeyəcəklər gətirərdi. Sonra valideynlərimiz deyinməyə başladı ki, əgər uşağınız olsaydı, rabitəniz daha güclü olardı... Psixoloqların dediyinə görə oğlan və qızın rabitələrindənki ifrat və təfrit hər ikisinin evliliyində problemlər yaradar. Əgər qız və ya oğlan qarşı tərəfi ancaq elçilik mərasimində görərsə, bir-birinin şəxsiyyətindən, fikir və düşüncələrindən uzaq halda evliliyə razı olarsa, tez bir zamanda ailə çətinlikləri ilə üzləşəcəklər. Qadınların boşanma istəməsinin səbəblərindən biri - qadınların iqtisadi istiqlaliyyət arzusunda olmalarıdır. Qadınlar get-gedə iqtisadi cəhətdən müstəqil olmağa başladıqları üçün boşanmaq onlar üçün heç də mühüm bir məsələ deyildir. Boşanmaya səbəb olan amillərə yoxsulluğu, ərin işsizliyini, ailəni dolandırmamağı, ərin həbsdə olması və əxlaqi fəsadı misal göstərmək olar. Boşanmış valideynlər hər nə qədər övladlarının sevgi ehtiyacını ödəmək istəsələr də, ödəyə bilməzlər. Çünki hər birinin özünün ayrı bir ailəsi vardır. Bir çox cinayət törədən, narkoman və içki düşkünü olan cavanların valideynləri boşanmış olur. Çünki bu uşaqlara qarşı sevgi lazımlı səviyyədə çatdırılmamışdır. Mütəxəssislərin nəzərinə görə boşanma hallarının çoxu evlilikdən əvvələ qayıdır. Belə ki, cütlər bir-birini yaxşı tanımadan ailə qururlar. Ona görə də boşanmanın qarşısını almaq üçün bu məsələyə xüsusi diqqət etmək lazımdır. Əgər cütlər bir-birini lazımlı qədər tanıyarsa, bu zaman onların ailə həyatı daha uzun və davamlı olar. Qadın həmişə ərinin dayağı olmalıdır. Həyatın bütün çətinliklərində ərinə söykənə biləcəyi bir dirək olmalıdır. Məsumların (ə) buyurduğuna görə ərlə arvad boşanma haqqında danışan zaman yer onların bu sözündən titrəyər. Kiçik bir davada qəlbinizə kin salmayın və boşanma sözünü dilinizə gətirməyin. Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala təlaqdan qəzəblənər”. Boşanma haqqında fikirləşən valideynlər ilk növbədə övladlarını düşünməlidir. Çünki bu övladlar təkcə onlara aid deyildir, bəlkə bütün cəmiyyətə aiddir. Hər bir ailədə münaqişələr ola bilər. Bu, qədimilərin dili ilə desək, ailənin duzu və istiotudur. Ancaq bu davaları övladların qulağından uzaqda etsək, daha yaxşı olar. Valideyn bilməlidir ki, sağlam övlad yetişdirmək üçün ailə mühitini sağlam etməlidir. Bu sahədə problemi olanlar psixoloqla müşavirə etsələr daha yaxşı olar. Ailəni dağıtmaq həm ictimai cəhətdən bəyənilmir və həm də Allahın bəyənmədiyi bir əməldir. Əgər bu dünyada mömin yaşayıb, mömin ölmək istəyiriksə, Allahın bəyəndiyi əməlləri görməliyik. Allahın bəyəndiyi əməllərdən biri də səbrdir. Çünki bu əməlin həm bu dünyada və həm də axirətdə böyük savabı vardır. Heç bir cütlük tamamilə bir-birinə uyğun gələ bilməz. Ancaq bir-birinə yaxınlaşa və bir-birini tamamlaya bilər. Ona görə də əgər İmam Zaman ağanın (ə.f.) nəzərini cəlb etmək istəyiriksə, ailə mühitini sağlam edək ki, yetişdirdiyimiz övladlarımız İmamın (ə.f.) əsgərləri ola bilsinlər. Hazırladı: Məşhədi Xanım, /Deyerler.org/ | |
Views: 836 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |