Şənbə günü, 2024-12-21, 7:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Ana bətnindən haray
2012-10-24, 6:47 AM

Ana bətnindən haray


Ana! Sən mənim yeganə varlığımsan. Səni hələ kimsəni sevmədiyim ilk gündən sevdim. Çünki mən səndə yaşayıram. Qərar tutduğum bu kiçik ev sənin bətnindir. Mən sənin ürəyinin hər bir döyüntüsünü eşidirəm, sən sevinəndə sevinir, kədərlənəndə kədərlənirəm. Hər sqrsıntı və nigarançılığını hiss edirəm. Amma deyəsən gələcəyini qurmağa mane oldun sənə. Deyəsən səni görmədən məndən canını qurtarmaq istəyirsən. Həkimlər məni sadəcə laxtalanmış qan və ya bir parça ət olduğumu söyləyirlər. Mən isə sağ olduğumu, sənin kimi yaşamaq istədiyimi deyirəm, məni eşitməsəndə fəryad edirəm. USM-dən keçəndə mənim də sənin kimi hərəkət etdiyimi görüb dediklərimə əmin olacaqsan. Həkimlər bunu məndən də yaxşı bilirlər. Amma onların səndən alacaqları pulun müqabilində məni və mənim kimi  zavallılar tikə-tikə etməyə vərdiş etmişlər. Bir anlıq fikirləş, nə olar. Mənsiz həyat sənin üçün necə olacaq? Yoxsa uğur qazanacağını güman edirsən? Ana, unutma, bundan sonra itirəcəyin rahatlığı heç kim sənə qaytarmayacaq. Özünü məni böyütməyə və tərbiyə etməyə şəraitinin olmadığına inandırmağa çalışırsan. Bu yaşsız yaşımda bunu başa düşməsəm də başa salırsan mənə. Amma səndən çox şey istəmirəm, səni də, məni də yaradan Allahın verdiyi canı alma məndən. Yaşadığın dünyada, yəqin ki, mənim kimi kimsəsizlərə sahib çıxan yerlər var. Bəlkə canıma qıymadan məni onlara həvalə edəsən? Sən məndən üz çevirsən də onlar mənə laqeyd qalmazlar. Eyb etməz, yetim böyüsəm də, qoy mən də sənin kimi yaşayım işıqlı dünyada. Sənsiz olsa da, yaşamaq fürsəti  ver mənə. Adımı qoymadan adsızlaşdırma məni, nə olar? Kim bilir, bəlkə də bir gün qocalanda səni tanımadan sənə sahib çıxacaq, qayğına qalacağam? Axı sənin dünyanda kimsəsiz yaşlılara da qayğı göstərən təşkilarlar var. Sən məni dünyaya gətirmək istəməsən də, mən artıq səninləyəm. çünki mən səni sevirəm. Çünki bir insanın tək bir  anası olur. Mənim də anam sənsən. Yalvarıram, qoy yaşayım. Bunu etsən heç vaxt peşman olmazsan.

 İmza: Səni görmədən səni sevən körpən...


Category: Uşaq | Added by: Ənfal
Views: 955 | Downloads: 0 | Comments: 1 | Rating: 1.0/1
Total comments: 1
0  
1 zeyneb45   (2012-12-11 2:07 AM) [Daxil et]
tesekkurler

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]