Cümə günü, 2024-04-26, 1:23 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

ZƏHRA (S) MƏKTƏBİNİN ŞAGİRDİ FİZZƏ
2012-11-13, 7:54 AM
ZƏHRA (S) MƏKTƏBİNİN ŞAGİRDİ FİZZƏ
Bəzən müəllimi onun şagirdinin vasitəsi ilə də tanımaq olar. Həzrət Zəhranın (s) şagirdlərindən biri xidmətçisi Fizzə idi. O, iftixar etdiyi xidməti müddətində Zəhrayi Əthərin (s) məktəbindən dərslər öyrənmiş, onu elm və əməldə həyata keçirmiş və həmişə Əhli-beytin (ə) yanında nur kimi parlamışdı. O "Nəvbə” əhlindən idi. Geridə qalmış məntəqədən və səhrada yaşayan bir qövmdən çıxsa da, Fizzə düşüncə, elm, Quran və hədisləri bilmək cəhətdən yüksəlmiş və Zəhra (s) məktəbinin nümunəvi şagirdlərindən olmuşdu.Əhvalatlardan birində nəql olunur ki, Abdullah Məkkəyə tərəf getdiyi yolda karvandan geri qalmışdı. Çöllükdə bir qadın gördü. Bu qadın da öz karvanından geridə qalmışdı. Belə qərara gəldilər ki, karvana çatmaq üçün birlikdə Məkkəyə tərəf yola düşsünlər. Yolda Abdullah o qadına nə dedisə, qadın Quran ayəsi ilə onun cavabını verdi. Karvana çatanda o qadının oğlanları çox sevindilər. Abdullah onlardan soruşdu: "Bu qadın kimdir? Onunla hər nə danışdımsa, Quran ayəsi ilə cavab verdi”.
Onlar dedilər: "Bu qadın Xanım Zəhranın (s) kənizi və bizim anamız Fizzədir. İyirmi ildir ki, dilində Quran ayələri ilə danışır”.
Fizzə İmam Hüseynin (ə) hərəkatında iştirak etmiş və Həzrət Zeynəblə (ə) birlikdə olmuşdur. O, baş vermiş hadisələrdə Kərbəla şəhidlərinin yaxınları üçün himmətli və sadiq bir xidmətçi sayılırdı.("Bihar" c.41, səh.273, Üsuli-kafidə İmam Hüseynin (ə) mövludu Babı-Kərbəlada Fizzə və Şirin məcarası nəql olunmuşdur.)
Biz bu vasitə ilə də Fatimeyi-Zəhranın (s) məqamın dərk edə bilərik. O Həzrət (s) elm və əməl meydanında belə bir kəniz yetişdirmişdi.

Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 854 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]