Main » Files » Qadın » Tarixdə qadınlar |
ÜMMÜ HƏKİM
2012-11-13, 7:53 AM | |
Həzrət Peyğəmbərdən (s) sonrakı dövrdəki nümunəvi qadınlardan biri də Əkrəmənin həyat yoldaşı Ümmü Həkimdir. Əbu Cəhlin oğlu Əkrəmə İslamı qəbul edəndən sonra, müsəlmanlarla rumluların savaşında şəhid oldu. Əbu Süfyanın oğlu Yezid bu qadınla evlənmək istədi. Lakin o, İslamda tanınmış şəxslərdən biri Xalid ibn Səidin həyat yoldaşı oldu. Xalid toya tədarük görmək istəyəndə o dedi: "Səbir et. Müharibə qurtarandan sonra evlənərik”.Xalid dedi: "Ürəyimə damıb ki, bu savaşda şəhid olacam”. Ümmü Həkim dedi: "Əgər elədirsə, maneə yoxdur”. Xalid (arxa cəbhədə) bir körpünün kənarında onunla evləndi və müsəlmanlardan bir dəstəni toy ziyafətinə dəvət etdi. Buna görə də o körpü, Ümmü Həkim körpüsü adıyla tanındı. Müsəlmanlar hələ Xalidin qonağı idilər ki, rum qoşunu çatdı. Müsəlmanlar dayanmadan onların qarşısında sıraya düzüldülər və savaş başladı. Xalid şücaətli və dilavər bir kişi idi. O şiddətli tufan kimi düşmənin bağrını yardı və düşmənin bir dəstəsini öldürdükdən sonra şəhid oldu. Ümmü Həkim ikinci ərinin şəhadəti ilə üzləşdi. O özündə ümidsizlik və qəmginliyə yol vermədən evləndikləri xeymənin sütununu yerindən qopardıb rumlularla döyüşməyə başladı və onlardan yeddi nəfəri öldürdü. (Təbəqate ibn Səd, 4-cü cild, səh.71, Əcnadine Şam adıyla tanınmış bu döyüş 14-cü hicri ilində baş verdi) Bununla belə o şücaətlik göstərib, hər dəfə qəhrəmanlıqla düşmən meydanına gedər və öz yerinə qayıdardı. Şəhid ərinin yolunu davam etdirmək, onun yolunu davam etdirmək və şəhidə layiqli həyat yoldaşı olmağı isbat etməyin mənası budur. Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi | |
Views: 835 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |