Main » Files » Qadın » Tarixdə qadınlar |
QUSTAV LEBONUN ETİRAFLARI
2013-01-26, 9:19 AM | |
Burada görkəmli Fransız tarixçisi, tədqiqatçı alim Qustav Lebonun sözlərinə diqqət yetirmək lazım gəlir. O yazır: «İslam qadının ictimai vəziyyətini və hüququnu bəzi avropalıların batil əqidələrinin əksinə olaraq, daha çox yüksək həddə qaldırdı. Quranın qadınlara irs qismində verdiyi hüquq Avropa qanunlarının bir çoxundan daha yaxşıdır... Bəli, İslam Avropada olan bəzi qanunlar kimi təlaqa (boşanmağa) icazə verir. Lakin şərt qoyur ki, təlaq verilmiş (boşanmış) qadınlarla yaxşı və ədalətlə rəftar olunmalıdır. Bunu daha yaxşı dərk etmək üçün qadının İslamdan əvvəl və sonrakı vəziyyətini araşdıraq (və müqayisə etdikdə, lazım olan nəticəni ələ gətirək). İslam dini gəlməmişdən əvvəl kişilər qadınları heyvanla insan arasında olan bir varlıq kimi bilirdilər. Qadını yalnız nəsil artırmaq və xidmətçilik üçün bir vasitə hesab edir, qız atası olmağı özlərinə bir müsibət sayırdılar. Qızları öldürmək adəti elə yayılmışdı ki, yeni doğulmuş qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Bu hadisənin bir adət–ənənə kimi yayılmasını aşağıdakı - bəni-Təmim tayfasının başçısı Qeyslə Həzrət Məhəmməd (s) arasında baş vermiş - söhbətdən başa düşmək olur. Qeys bir gün gördü ki, Peyğəmbər (s) öz qızlarından birini dizinin üstündə oturdub. Ondan soruşdu: «Bu qoyun balası nədir ki, onu bu qədər öpürsən?» Həzrət (s) buyurdu: "Bu mənim qızımdır”. Qeys dedi: "And olsun Allaha! Mənim çoxlu qızlarım olub, hamısını diri–diri torpağa basdırmışam və heç birisini bu qədər öpməmişəm”. Həzrət Məhəmməd (s) qəzəbləndi və buyurdu: «Vay olsun sənə! Allah rəhmi sənin qəlbindən götürüb və Allahın insana bəxş etdiyi ən yaxşı nemətlərin qədrini bilməyibsən».(İslam və ərəb mədəniyyəti, Mütərcim: Seyyid Haşim Hüseyni, səh.501 və 503.) Qustav Lebon bir neçə məsələni bəyan etdikdən sonra yazır: «Qadın məqamının süqutunun İslamla əlaqəsi yoxdur. Çünki, İslam qadının məqamın dəyərləndirib və ona üstünlük vermişdir... İslam bu mövzuda doğru və düzgün addım atmış ilk dindir».(Həmin mənbə, səh.505.) Sonra o, müxtəlif millətlərin və İslam dininin qadınlarla rəftarını müqayisə edib belə nəticə alır ki, İslam o cür ağır şəraitdə qadının məqamını ucaldıb, onun təbii hüququnu özünə qaytarıb. Maraqlısı budur ki, qadın barəsində müxtəlif millətlərdən məsəllər gətirib: Məsələn, Çin atalar sözlərində deyilir: "Arvadının sözünü eşit, ancaq heç vaxt inanma”. Ruslarda: "On qadının birlikdə bədənində, bir ruhdan başqa ruh yoxdur”. İtaliyanlarda: "Dəliləşmiş və dəliləşməmiş at üçün mahmız (atı idarə etmək üçün ayağa keçirilən dəmir) lazım olduğu kimi yaxşı və pis qadın (döymək) üçün də ağac lazımdır”. İspanlar da isə: "Pis qadından qaç qurtar və həmçinin yaxşı qadına da etimad etmə”(İslam və ərəb mədəniyyəti, səh.507 və 509.) kimi məsəllər var. Sonra Rum, Yunan və hindlilərin təəssüfləndirici hadisələrindən bir neçə misallar gətirir. Bu misallarda bildirir ki, doğurdan da onların qadınla rəftarı, insani rəftar deyil. Həmçinin o, yazır ki, qədim millətlərdən çoxu inanırdılar ki, qadının Allaha ibadəti qəbul deyil. Yunanlar isə qadının insani ruha malik olmadığına inanırdılar. Maraqlısı budur ki, bu yaxınlara qədər xaçpərəst alimlər öz aralarında bəhs aparıb belə nəticəyə gəlirdilər ki, qadının ruhu Məryəmin (s) ruhu kimi insanla heyvan arasında bir bərzəx olduğu üçün əbədi deyil. Mərhum Əllamə Təbatəbai (r) yazır: "Qadınlar cahiliyyət dövründə ictimai məziyyətlərdən (üstünlük və hüquqdan) məhrum idilər. İradələri öz əllərində deyildi. İşləri başqaları üçün idi, irs almır və onlarla qayda-qanunsuz evlənirdilər. Bundan əlavə namusları ləkəli idi və çox vaxt cinsi əlaqədə istifadə etmək məqsədilə xülasələnirdilər. Təəccüblüsü budur ki, bəzən həccin təvafı üçün lüt gəlirdilər və övladları yalnız ərlərinə məxsus hesab olunurdu". Daha sonra yazır: ”Bütün bunların hamısı Quran ayələrində (xüsusən, Nisa surəsinin əvvəlində) gəlmişdir”. Bu, cahiliyyət zamanı Ərəbistan yarımadasında yaşayan insanların vəziyyəti idi. Ancaq yəhudi, nəsrani və onların ardıcılları iki - hakim və məhkum (isttismarçı və istismar olunan) - təbəqəyə bölünmüşdülər. Hətta onların din xadimləri və alimlərinin əməlləri də hakim təbəqənin nəzarətində idi. Şübhəsiz ki, belə vəziyyətdə qadınlar hakimlərin kənizi, onların zəhmətkeş və muzdsuz köləsinə çevrilmişdilər. | |
Views: 903 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |