Şənbə günü, 2024-05-11, 6:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

QADINLARIN SİYASİ İŞLƏRDƏ İŞTİRAK ETMƏSİ
2012-11-13, 7:56 AM
QADINLARIN SİYASİ İŞLƏRDƏ İŞTİRAK ETMƏSİ
Hicrətin səkkizinci ilində Məkkə İslam döyüşçülərinin, Allah Peyğəmbərinin (s) və İmam Əlinin (ə) əli ilə fəth edilərək müsəlmanların ixtiyarına keçdi. Kafirlər təslim oldular və Peyğəmbərin (s) hüzuruna gəlib o Həzrətə (s) beyət etdilər. Bu arada şücaətli və qəhrəman bir qadın, Əkrəmə ibn Əbi Cəhlin həyat yoldaşı "Ümmü Həkim” İslam dinini qəbul edəndən sonra bir dəstə qadınla Peyğəmbərin (s) hüzuruna gəldi. Ümmü Həkim Həzrətdən (s) soruşdu: "Allahın fərmanı "məruf”dan (Allahın fərmanı "Mumtəhinə" surəsi" ,ayə 11. Bu barədə sonra qeyd olunacaq) məqsəd nədir? Bizə də ona riayət etmək sifariş olunub”.
Peyğəmbər (s) ("məruf”un bir neçə aydın nümunəsinə işarə edib) buyurdu: "Məqsəd budur ki, qadınlar (acı hadisələr üz verəndə) sifətlərinə əlləri ilə xəsarət yetirməsinlər, üzlərinə vurmasınlar, saçlarını yolmasınlar, qara paltar geyinməsinlər, uca səslə nalə edib fəryad qoparmasınlar, öz kişilərini küfrə təhrik etməsinlər”.("Əl-Mizan" c. 19, səh. 283,Kafidən qeyd olunub)
Bu qadınlar beyət üçün gəldikləri zaman Allah tərəfindən "Mumtəhinə” surəsinin 11-ci ayəsi nazil oldu. Ayədə qadınların beyəti üçün altı şərt zikr olunur və belə buyurulur: "Ey Peyğəmbər! İmanlı qadınlar sənin yanına beyət üçün gəldikləri zaman,
1. Allaha şərik qoşmasınlar;
2. Oğurluq etməsinlər;
3. Zina etməsinlər;
4. Öz övladlarını öldürməsinlər;
5. Bir kəsə böhtan atmasınlar;
6. Yaxşı işlərdə sənə itaətsizlik göstərməsinlər.
Bunlara əsasən onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Allah bağışlayan və mehribandır!”
Qadınlar beyət üçün hazır olanda Ümmü Həkim soruşdu: "Necə beyət edək?” Peyğəmbər (s) buyurdu: "Mən heç vaxt qadınlarla əllə görüşməyəcəyəm”.
Sonra bir qab istədi. Qabı gətirdilər və ona su tökdülər. Həzrət (s) əlini onun içinə saldı və çıxartdı. Bu zaman buyurdu: "Ey qadınlar! Siz də öz əllərinizi bu suya vurun”.(Həmin mənbəə)
Belə nəticə alırıq ki, Həzrət Peyğəmbərin (s) dövründəki nümunəvi qadınlar O Həzrətin (s) məktəbinin şagirdləri kimi siyasi bir işdə, yəni beyətdə iştirak etdilər, arxa cəbhədə yaralılara tibbi yardım göstərmək üçün daim hazır olur, yaxın adamlarının şəhid olmalarını həmişə iftixar bilir və bu yolda Allaha xatir olduğu üçün müqavimətli idilər. Əgər onların ərləri şəhid olsaydı, digər həyat yoldaşı seçməyi özlərinə ar bilməzdilər. Hənzələnin həyat yoldaşı Cəmilənin əhvalatında işarə olunduğu kimi, onlar hətta ərlərindən sonra öz övladlarını da cəbhəyə göndərməyə hazır idilər.
Zeyd ibn Asimin həyat yoldaşı Ümmü Əmmarənin (Nəsibənin) sərgüzəştində deyilir ki, o, Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra düşmənin qarşısını almaq və Peyğəmbərlə (s) daim səhnədə qalmaq üçün Mədinə müsəlmanlarının Həzrətlə (s) bağladığı möhkəm peyman kimi tanınmış "Əqəbə beyəti”ndə iştirak etdi. Peyğəmbər (s) buyurdu: "Bu iki qadının beyətini qəbul etdim. Mənim bunu qəbul etməyim, onlar üçün kifayət edər. Çünki mən (beyətdə) qadınlarla əl görüşmürəm”.("Bihar" c.19, səh.16,Bu peyman besətin 10-cu ilində baş verdi. Həmin beyətdə Ovs və Xəzrəc qəbiləsindən 73 kişi və iki qadın iştirak etdilər)
HƏMNƏ VƏ ÜÇ ŞƏHİDİN XƏBƏRİ
Qəhrəmanlıq göstərmiş qadınlardan biri də Həmnədir. O, Əbdullah ibn Cəhşin həyat yoldaşı idi. Ühüd savaşından sonra o, Həzrət Peyğəmbərin (s) hüzuruna gəldi. Peyğəmbər (s) ona yaxınlarından üçünün - əvvəl (dayısı) Həmzə Seyyidüş-Şühədanın (ə), sonra qardaşı Abdullahın və daha sonra isə ərinin - şəhid olması xəbərini verdi. O narahat oldu. Lakin ağlayan halda dedi: "Bizim hamımız Allahdanıq və Ona tərəf qayıdacağıq. Allah onları bağışlasın və şəhidliyi onlar üçün mübarək etsin”.
Həmnə qəmgin halda, lakin qəlbi ümidlə dolu özünü Pərvərdigarının razılığı müqabilində təslim etdi.

Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 815 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]