Main » Files » Qadın » Tarixdə qadınlar |
MUSƏBİN HƏYAT YOLDAŞI ZEYNƏB
2012-11-13, 7:55 AM | |
Müsəlman, igid bir cavan oğlan olan Musəb ibn Umeyr Ühüd savaşında şəhid oldu. Həzrət Peyğəmbər (s) Ühüd savaşından sonra Mədinəyə qayıdanda, onu qarşılayanların içində gözü Musəbin həyat yoldaşı Zeynəbə sataşdı. Həzrət (s) ona buyurdu: "Qardaşının (Əbdullahın) şəhid olmasına görə səbir et”. Zeynəb dedi: "İnna lillahi və inna iləyhi raciun, səbir edərəm”. Peyğəmbər (s) buyurdu: "Səbir et”. Zeynəb dedi: "Kimə görə səbir edim?” Peyğəmbər (s) buyurdu: "Həmzənin (ə) şəhid olmasına görə səbir et”. Zeynəb dedi: "İnna lillahi və inna iləyhi raciun, səbir edərəm”. Həzrət Peyğəmbər (s) üçüncü dəfə buyurdu: "Səbir et və dözümlü ol”. Zeynəb dedi: "Kimə görə səbir edim?” Peyğəmbər (s) buyurdu: "Ərin Musəbin şəhid olmasına görə səbir et”. Zeynəb bu sözü eşidəndə əhvalı dəyişdi və ağlayıb dedi: "Aman bu dərddən!” Həzrət Peyğəmbər (s) buyurdu: "Qadın üçün ər qədər yaxın ikinci bir şəxs yoxdur”. Zeynəbdən soruşdular: "Nə üçün ərinə görə narahat oldun?” O cavabında dedi: "Onun yetim qalmış uşaqları yadıma düşdü”.("Bihar" c.20, səh. 64) Yəni mənim ağlamağım və qəmginliyim ərimin Peyğəmbərdən (s) qabaq ölməsinə görə deyil. Əksinə onun yetimlərinə xatirdir. Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi | |
Views: 834 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |