Bazar günü, 2024-12-22, 2:16 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

MÜQAVİMƏTLİ QADIN SUDƏ
2012-11-13, 7:46 AM
MÜQAVİMƏTLİ QADIN SUDƏ

Həzrət Əlinin (ə) qoşunu ilə Müaviyənin qoşunu arasında baş verən Siffeyn döyüşü on səkkiz ay davam etdi. Bu, nurun zülmə qarşı savaşı idi. Sudə evdə oturub nurun, yəni Əlinin (ə) qoşununa kömək edə bilməməsini özünə ar bilirdi. Dözə bilməyib özünü cəbhəyə çatdırdı. Yaralılara tibbi yardım göstərmək və onlara su vermək üçün hazır oldu. O, bəzən coşdurucu sözlər və şerlərlə Əlinin (ə) dostlarını küfrə qarşı qaldırardı. Qardaşına dedi: "Atan kimi qəhrəmanlıqla düşmənin qarşısında dur. Öz şücaətlərinlə Hindi (Müaviyənin anasını) və oğlunu zillətin (alçaqlığın) qara torpağına otuzdur. İman və hidayət bayraqdarı, Həzrət Peyğəmbərin (s) qardaşı, Əlini (ə) qoru”.
Bu qəhrəman qadının səsi Müaviyənin qulağına çatdı. Əmr etdi ki, onun adını Əlinin (ə) dostlarının sırasında yazsınlar. Əgər bir gün muradına çatsa, ondan intiqam alsın. İllər ötdü. Həzrət Əli (ə) şəhid oldu, Müaviyə isə hakimiyyəti ələ aldı. O, şəhərlərə zülmkar hakimlər təyin etdi. Onlardan biri də Busr ibn Ərtat idi. O, otuz min nəfərə yaxın Əli (ə) tərəfdarını öldürmüşdü.
Sudə bu çətin şəraitdə özünü Müaviyənin sarayına çatdırdı. Qürur taxtında olan Müaviyə onu görəndə dedi: "Sən Siffeyn savaşında həzrət Əlinin (ə) qoşununu bizim əleyhimizə qaldıran adamsan. İndi isə öz ayağınla bura gəlmisən. Bizim əleyhimizə şerləri deyən kim idi?”
Sudə qətiyyətlə dedi: "O şerləri deyən mən idim. Mənim kimisi gərək düz danışa və sözü gizlətməyə. Əlinin (ə) vücudundakı haqqa sevgi və haqqa itaət, məni şer və şüarla car çəkib onu müdafiə etməyə vadar etdi”.
Müaviyə dedi: "Bu sözləri buraxaq. De görüm nə şikayətin var?”
Sudə dedi: "Şikayətim sənin bu zülmkar valin Busr ibn Ərtaddandır. Onu camaatın boynuna mindirmisən. Hamını üzərlik dənəsi kimi çəkməsinin altında əzir və bizim mallarımızı qarət edir. Gəlmişəm deyəm ki, ya onu vəzifəsindən çıxart, ya da biz onun əleyhinə qiyam edəcəyik”.
Müaviyə dedi: "Bu fikirdəyəm ki, səni onun yanına göndərim və səninlə necə istəsə rəftar etsin”.
Sudə zehnində Əli (ə) ilə Müaviyə arasında müqayisə apardı və bir şer dedi ki, mənası belədir:Salam olsun torpağa bələnmiş qanlı cana,
Ədaləti özüylə apardı o məkana.
Əlbət səbəbi vardı bu yanaşı gedişin,
And içmişdi ayırmaz həqiqətdən öz işin.

Müaviyə dedi: "Kimi nəzərdə tutursan?”
Sudə cavabında dedi: "Məqsədim Həzrət İmam Əlidir. Bir gün onun məmuru camaatın malının zəkatını toplamaq üçün gəlmişdi. Bizimlə bir az pis rəftar etdi. Şikayət etmək üçün Həzrətin (ə) yanına getdim. Gördüm ayaq üstə durub namaz qılmaq istəyir. Məni gördü və buyurdu: "Bir işinmi vardır?”
Əhvalatı Həzrətə (s) söylədim. Çox narahat oldu. Göz yaşı axıtdı və dedi: "Pərvərdigara! Sən mənə və bu məmurlara şahid ol ki, mən onlara zülm etməyi əmr etməmişəm”.
Sonra məmuru üçün tünd bir məktub yazaraq mənə verdi ki, ona verəm. Çox çəkmədi ki, məmuru tutduğu vəzifədən kənarlaşdırdı”.
Müaviyə Sudənin coşqun və hay-küylü sözlərinin təsiri altına elə düşdü ki, naçar qalıb əmr etdi ki, camaatın bütün mallarını onlara qaytarsınlar və onlarla yaxşı rəftar etsinlər. Sudəni də azad buraxdı.(Əbdül Fərid, c.1, səh.211, Əlamun Nisa, Ətlidi, Bihar, c.41, səh.119, Nasixut Təvarix, c.2, səh.333-dən sonra)
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 765 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]