Main » Files » Qadın » Tarixdə qadınlar |
İslamdan əvvəlki qadınlar
2012-11-01, 8:55 AM | |
Dülgər Hizbilin həyat yoldaşı Fironun qarşısında Fironun qızı ondan soruşdu: "Allah deməkdə məqsədin atam Firondur?” O dedi: "Yox, mən elə bir kəsə sitayiş edirəm ki, sənin atanı yaradıb və onu aradan aparacaq!” Fironun qızı həmin anda atasının yanına gedərək əhvalatı ona danışdı. Firon narahat olub qadını hüzuruna çağırdı və qəzəblə dedi: "Sən məgər mənim allahlığıma etiraf etmirsən?” Qadın cavabında dedi: "Mən heç vaxt həqiqi Allahı buraxıb sənə pərəstiş etmərəm”. Firon onun bu qətiyyətli sözündən o qədər əsəbləşdi ki, dayanmadan əmr etdi, misdən olan təndiri odla doldurdular. Təndir qızardıqda cəlladlara dedi: "Bu qadının uşaqlarının hamısını təndirə atın”. Cəlladlar qadının gözləri qabağında, onun günahsız uşaqlarını təndirə atıb yandırdılar. Qadının uşaqları bir-bir odda yandılar, yalnız ananın qucağında kiçik övladı qalmışdı. Təbiidir ki, ananın südəmər uşağına məhəbbəti daha çox olar. O uşağı yanar odun alovları arasına atmaq üçün anadan güclə aldılar və anaya dedilər: "Əgər Musanın dinindən uzaqlaşsan, uşağını oda atmarıq”. O digər uşaqlarına görə səbir etmişdi. Amma bu südəmər uşağa görə qəlbi təlatümə gəldi. İstədi ki, onları zahirdə qane etmək üçün bir söz desin. Bu zaman Allahın qüdrətilə uşaq dilə gəldi və anasına dedi: "Səbir et, sən haqsan!” Ana səbir etdi. O uşağı da oda ataraq yandırdılar. Sonra isə qadının özünü də oda atdılar. O sağ olana qədər, çox acı işgəncələrə dözdü və düşmənin qarşısında özünü aciz göstərmək həsrətini, onların ürəyində qoydu. Cəlladlar ana və balalarının külünü göyə sovurdular. İslam Peyğəmbəri (s) buyurur: "Merac gecəsi fəzada bir yerdə burnuma çox yaxşı bir ətir qoxusu dəydi. Cəbrayıldan (ə) soruşdum ki, bu misilsiz ətirli qoxu nədir? Cəbrayıl (ə) cavabında dedi ki, bu ətirli qoxu, Hizbilin həyat yoldaşının və uşaqlarının yanmış cəsədlərinin külündən gəlir. Onu bu fəzanın əhatə etdiyi hissəsində səpiblər. Bu yaxşı ətirli qoxu qiyamət gününə kimi yerin bu hissəsindən gələcək”. Bəli bu, şücaətli və qəhrəman qadının mükafatıdır. Onun əməli Allah yanında o qədər dəyərlidir ki, pak cəsədinin gözəl ətri, İslam Peyğəmbərini (s) merac gecəsində təəccübləndirib və buyurub: "İndiyə kimi burnuma belə bir yaxşı və ətirli qoxu dəyməyib”. | |
Views: 775 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |