Cümə axşamı, 2024-11-21, 10:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

İSLAMDAN ƏVVƏL QADININ MƏQAMI
2013-04-08, 8:19 AM
İSLAMDAN ƏVVƏL QADININ MƏQAMI

Tarix bizə aydınlıqla göstərir ki, İslamdan əvvəl qadına bir insan kimi baxılmır, o, heyvanla insan arasında bir varlıq hesab olunurdu. Bə’zən isə onlara heyvandan da artıq yük yükləyirdilər. İndi də qeyri-İslami ölkələrdən bəzilərində, hələ də kişi ilə qadın eyni mövqedə deyil və qadının dəyərini kişinin dəyərindən çox aşağı bilirlər. Lakin ədalət və insaf dini olan İslam qadın təbiəti ilə həmahəng olan xüsusiyyətlərə, onun təbii hüququna ədalət (nə ifrat və nə də təfrit) həddində bütün sahələrdə əməl edir və qadına diqqət yetirir.

SƏBİR QƏHRƏMANI İKİ QADINDAN BİR DƏRS
1- İmam Sadiq (ə) buyurdu: "Allah-təala Davud Peyğəmbərə (ə) vəhy etdi ki, get Ovsun qızı Xəlavəyə behişt müjdəsi ver. Ona behiştdə səninlə bir yerdə olacağını çatdır”.
Həzrət Davud (ə) o qadının evinə gedərək qapısını döydü. Qadın çölə çıxanda Davudu (ə) görüb dedi: "Mənim haqqımda vəhy nazil olubmu ki, qapıma gəlmisən?”
Davud (ə) buyurdu: "Bəli”.
Qadın dedi: "O nə barədədir?”
Davud (ə) buyurdu: "O İlahi vəhy sənin fəzilətin barəsindədir”.
Qadın dedi: "O mən deyiləm. Bəlkə adı mənim adıma oxşar qadın olsun. Mən buna layiq deyiləm”.
Davud (ə) buyurdu: "O qadın sənsən”.
O dedi: "And olsun Allaha! Özümdə məni buna müvəffəq edən bir əməl görmürəm”.
Həzrət Davud (ə) ona buyurdu: "Öz həyatından mənə bir az danış”.
O qadın dedi: "Mənə hər bir dərd, bəla və ziyan dəyəndə səbir etdim və indi də səbir edirəm. Hətta Allahdan istəmədim ki, onu məndən uzaqlaşdırsın. Əgər özü məsləhət bilsə, onu uzaqlaşdırar. Səbir etməyim üçün savab istəmədim və həmişə Allaha şükr etdim”.
Davud (ə) ona buyurdu: "Elə buna görə həmin məqama çatmısan (ki, mənimlə behiştdə bir yerdə olacaqsan)”.
İmam Sadiq (ə) bu əhvalatların nəqlindən sonra buyurdu: "Bu bir dindir ki, Allah onu saleh bəndələri üçün istəmişdir”.(Bihar, 71-ci cild, səh.89, 14-cü cild, səh.39; Mişkatul-ənvar, səh.23.)
2- "Ümmü Əqil” adlı qadın səhrada yaşayırdı. Bir gün onun yanına iki qonaq gəldi. Bu zaman qadının oğlu Əqil mənzildən çöldə, dəvələrin yanında idi. Birdən qadına xəbər verdilər ki, dəvələr hürkəndə oğlun aralıqda qalaraq ölüb. Ümmü Əqil ona xəbər gətirəndən qonaqları qəbul etmək üçün kömək istədi və ona bir qoyun verdi. O da qoyunu kəsib ətini ayırdı. Ümmü Əqil bu ətdən qonaqlar üçün ləziz yemək bişirib onların qabağına qoydu. Qonaqlar yemək yeyəndə əhvalatdan xəbərdar oldular. Onlar Ümmü Əqilin səbirinə, dözümünə və ruhiyyəsinə təəccüb etdilər ki, o, bu müddətdə oğlunun ölməsini bildirməyib. Qonaqlar gedəndən sonra Ümmü Əqil müsəlmanlardan bir dəstəsinin yanına gələrək dedi: "Sizin aranızda Qurandan agahlığı olan bir şəxs varmı mənə Quran ayəsi ilə təsəlli versin?”
Bir şəxs bəli deyərək bu ayələri oxudu: "Səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman "Biz Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq”-deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır”.(Bəqərə surəsi, ayə 156.)
Ümmü Əqil onlarla vidalaşıb getdi və dəstəmaz alıb namaz qılmağa başladı. Sonra əlini dua etmək üçün qaldırdı və ərz etdi: "Ya Rəbbim! Səbir barəsində verdiyin fərmana əməl etdim. İndi isə verdiyin vədəni (mükafatı) mənə çatdır”.
"Əgər oğlum olsaydı, filan ehtiyacımı yerinə yetirərdi” sözləri zehnindən keçəndə, deyirdi: "Allah ümməti üçün Məhəmmədi (s) əbədi (yadigar) etmişdir. (Məhəmməd (s) varımızdırsa, nə qəm varımızdır)”.(Səfinətul-bihar, 2-ci cild, səh.7.)
Sədi deyib:Qəmi varmı arxası möhkəm olanın,
Nuhun qorxusu yox düşsə tufana.

Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 912 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]