Cümə axşamı, 2024-05-09, 8:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

İslam Peyğəmbərinin (s) anası Həzrət Amənə
2012-11-01, 8:46 AM

İslam Peyğəmbərinin (s) anası Həzrət Amənə

Məkkənin Əbd Manaf tayfasında məişət vəziyyəti orta durumda olan ailədə pak bir qız yaşayırdı. Onun paklığı və nuraniliyi hələ uşaqlıq və gənclik dövründə məsum çöhrəsində görünürdü. Heç kəs bilməzdi ki, o, yaradılış aləminin ən böyük şəxsiyyətinin, yəni həzrət Məhəmmədin (s) anası olmağa layiq görüləcək.
Əbdül Müttəlibin övladlarından biri, Peyğəmbərin (s) əziz atası Əbdullah misilsiz şəxsiyyətli, xoş əxlaqlı və gülər üzlü bir cavan idi. Nübuvvət nuru vücuduna yerləşdikdən sonra onun alnında xüsusi bir parlaqlıq olardı. O zamanın bir çox şərəfli ailələrinin qızları Əbdullahın həyat yoldaşı olmalarını arzu edərdilər. Ancaq iffətli, ağıllı və təcrübəli bir kişi olan Əbdül Müttəlib, onun xatirini istəyənlərin içindən Vəhəb ibn Əbd Manafın Amənə adlı qızını Əbdullah üçün gözaltı etdi. Tanınmamış, orta durumlu bir ailədən olan Vəhəb və həyat yoldaşı heç vaxt güman etməzdilər ki, belə bir iftixar onlara nəsib olsun. Əbdül Müttəlib Vəhəbin evinə gedib onun qızı Amənəni oğlu Əbdullah üçün istədikdə onlar məmnuniyyətlə bunu qəbul etdilər. Aminə Əbdül Müttəlibin evinə gəlin köçdü. Bu cür ismətli və şücaətli ata-anadan dünyanın ən üstün insanı olan həzrət Məhəmməd (s) dünyaya gəldi.
Bəli, Amənə qadın idi. Amma elə bir qadın idi ki, Həzrət Məhəmmədin (s) anası olmağa layiq görülmüşdü.(Rəyahinuş-şəriət, 2-ci cild, səh.386-dan 411-ə qədər.)
İslam Peyğəmbərinin (s) əziz anası, Həzrət Amənənin dünyadan getməsi haqda müxtəlif nəzər və fikirlər olsa da, düzgün hesab ediləni budur ki, Həzrətin (s) altı yaşı olanda ana itkisi ilə üzləşdi. Məkkədən Mədinəyə öz qohumlarını görməyə gedən Amənə, qayıdan zaman (Məkkə ilə Mədinə arasında yerləşən) Əbva kəndində dünyasını dəyişdi. Qəbri indi də həmin yerdədi.
Peyğəmbər (s) bu səfərdə anası ilə birlikdəydi və onlar bir ay Mədinədə qaldılar. Orada atası Əbdullahın qəbri üstünə gedib onu yad etdilər. Ancaq qayıdan zaman yolda əziz anası xəstələndi və Əbva kəndində dünyasını dəyişdi.(Sireye ibn Hişam, 1-ci cild, səh.177.)
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 672 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]