Main » Files » Qadın » Tarixdə qadınlar |
İmam Sadiqin (ə) anası Ümmü Fərvə
2012-11-01, 7:28 AM | |
İmam Sadiqin (ə) anası Ümmü Fərvə Bir gün İmam Rzanın (ə) hüzurunda Qasim ibn Məhəmməd ibn Əbu Bəkr və Səid ibn Musəyyibdən (bunların hər ikisi öz əsrinin tanınmış və üstün fəqihlərindən idi) söz açıldı. Həzrət (ə) buyurdu: "Bu iki nəfər şiə idilər”.(Tənqihul-məqal, 2-ci cild, səh.23.) İmam Sadiqin (ə) anası Ümmü Fərvə belə bir şəxsin qızı idi. Onun şəni və məqamına İmam Sadiqin (ə) buyurduğu sözlər kifayətdir: "Anam imanlı, pərhizkar və yaxşı əməl sahibi olan qadın idi. Allah yaxşı əməl edənləri çox sevər”. Sonra buyurur, "anam nəql edir ki, atam (İmam Baqir (ə)) ona buyurdu: "Ey Ümmü Fərvə! Mən hər gecə-gündüz Allah dərgahından şiələrim üçün min dəfə məğfirət diləyirəm. Çünki bizə müsibət və bəla gələndə, Allahın onu müşahidə etdiyini yəqin edib və agah olub, səbir edirik. Ancaq bizim şiələrimizin belə bir elm və yəqinliyi olmadığı halda səbir edirlər”.(Üsuli kafi, 1-ci cild, səh.472.) Görkəmli hədis alimi Məsudi, "Mürucuz-zəhəb”də rəvayət edir: "Ümmü Fərvə öz əsrinin bütün qadınlarından daha pərhizkarı idi”. O pərhizkar olmaqdan əlavə, o qədər dəyərli məqama malik idi ki, onun oğlu İmam Sadiqi (ə) "İbnul-Mukərrəmə” (Möhtərəm qadının oğlu) kimi xatırlayırdılar.(Rəyahinuş-şəriət, 3-cü cild, səh.17.) Nəql olunur ki, bir gün Ümmü Fərvə Kəbənin kənarında təvafla məşğul idi. Həcərul-əsvədin yanına gəldi və onu sol əllə məsh etdi. Oradakılardan biri (zahirən əhli-sünnə fəqihlərindən idi) ona dedi: "Ey Allahın kənizi! Sünnəti yerinə yetirəndə səhvə yol verdin” (Yəni sol əllə "Həcərul-əsvədi” məsh etdin). Ümmü Fərvə ona belə cavab verdi: "Bizim sənin elminə ehtiyacımız yoxdur”.(Ə`yanuş-şiə, 1-ci cild, səh.659.) Səriştəli alim, mühəddis Qumi bu cümlələri nəql etdikdən sonra deyir: "Etiraz edən zahirən əhli-sünnə fəqihlərindən idi. Ümmü Fərvənin əri İmam Baqir (ə), qaynatası İmam Səccad (ə), övladı hikmət mədəni və elmin qaynar bulağı olan İmam Sadiq (ə), öz atası (Qasim) böyük fəqih şəxslərdən və İmam Səccadın (ə) etimadlı şagirdlərindən biri olduğu halda, onların elm və fiqhlərindən necə də ehtiyacsız olmasın?”(Muntəhəl-amal, 2-ci cild, səh.81.) | |
Views: 715 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |