Bazar günü, 2024-12-22, 2:17 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

İKİ ŞƏHİD ANASI NƏSİBƏ
2012-11-13, 7:58 AM
İKİ ŞƏHİD ANASI NƏSİBƏ
"Ümmü Əmmarə” adı ilə tanınan Nəsibə, Rəsulullah (s) dövrünün qəhrəman qadınlarındandı. O, Peyğəmbərin (s) bütün döyüşlərində, döyüşçülərə su vermək və yaralılara tibbi yardım göstərmək kimi işlərdə yaxından iştirak etmişdi. Ühüd döyüşü başlandığı gün çiyninə su tuluğu alıb Ühüd cəbhəsində susayan İslam döyüşçülərinə su verirdi. Maraqlısı budur ki, Ühüd döyüşünün sonunda müsəlmanlar (qənimət toplamağa başları qarışdığı üçün "Təll əynəyn”i əldən verib) məğlub olanda Nəsibə su tuluğunu kənara atıb özünü Peyğəmbərə (s) sipər edərək onu hər tərəfdən müdafiə edirdi. Peyğəmbər (s) buyururdu: "Hər tərəfə baxırdımsa, Nəsibənin məni qoruduğunu görürdüm”.
O, axırda on üç yara aldı. Yaralardan biri onun çiynində idi. Yara o qədər dərin idi ki, onun müalicəsi bir il davam etdi və yeri ömrünün axırına qədər onun çiynində qaldı. Həzrət Peyğəmbər (s) müsəlmanlardan birinin əlində öz qalxanı ilə qaçdığını görüb ona buyurdu: "Qalxanı yerə at”.
O, qalxanı yerə atdı. Nəsibə həmin qalxanı götürdü. Kafirlərdən biri gəlib ona qılınc zərbəsi endirdi. Ancaq o, qalxanla qılınc zərbəsini qaytardı və oğlu Əbdullahın köməyi ilə onu öldürdü. Nəsibə oğlu Əbdullahın qaçmaq istədiyini gördükdə onun qabağını kəsib dedi: "Hara qaçırsan? Allah və Onun Peyğəmbərindən (s) qaçırsan?”
Onu meydana qaytardı və döyüşə davam etdi. Bir atlı gəlib Əbdullaha ağır yara vurdu. Nəsibə cəld tərpənərək ləngimədən oğlunun yarasını bağladı və dedi: "Qalx və döyüşdə süst olma”.
Özü həmin atlıya hücum edib onu ayağından yaraladı. Peyğəmbər (s) qadının bu cür zirəkliyini müşahidə etdikdə elə güldü ki, Həzrətin (s) arxa dişləri göründü və buyurdu: "Afərin sənə! Yaxşı intiqam aldın”.
Onun oğlu Əbdullah bu döyüşdə şəhid olsa da, Nəsibə sona qədər qılıncla və ox atmaqla Peyğəmbərin (s) canını qoruyurdu. Onun fədakarlığı elə bir həddə çatdı ki, Peyğəmbər (s) buyurdu: "Nəsibənin məqamı filankəslərin məqamından daha üstündür (Həzrətin (s) bu sözləri deməklə nifaq başçılarının (üç xəlifənin) qaçmalarına işarə edirdi)”.
Hər halda Nəsibə Peyğəmbərə (s) ərz etdi: "Allahdan istə, Cənnətdə bizi səninlə bir yerdə qərar versin”.
Peyğəmbər (s) həmin duanı buyurdu.("Bihar" c.20, səh.32 və 133, "Əl-isabə" c.4, səh. 404)
Nəsibənin digər övladlarından biri "Həbib” adlı şəxs idi. Peyğəmbər (s) onun vasitəsi ilə Musəyləmeyi-kəzzaba (yalandan peyğəmbərlik iddiası edən şəxsə) xəbər göndərdi. Bu qoçaq cavan Peyğəmbərin (s) xəbərini Musəyləməyə çatdıranda, Musəyləmə ona dedi: "Məhəmmədin (s) peyğəmbərliyini təsdiq edirsən?”
O cavab verdi: "Bəli”.
Musəyləmə ona dedi: "Mənim peyğəmbərliyimi təsdiq edirsənmi?”
O cavab verdi: "Qulağım eşitmir”.
Bu sual-cavab üç dəfə təkrar olundu. Musəyləmə əsəbləşdi və göstəriş verdi ki, onu öldürüb bədənini tikə-tikə doğrasınlar. Bu xəbər Nəsibəyə çatanda Musəyləmə ilə döyüşdə ya özü öləcəyinə, ya da onu öldürəcəyinə and içdi. Peyğəmbərin (s) vəfatından sonra Nəsibə Musəyləmə ilə döyüşdə müsəlmanlarla çiyin-çiyinə iştirak etdi. Musəyləmə və köməkçiləri bir bağa sığınanda, Nəsibə Əbu Ducacə Ənsari və digər bir neçə nəfərlə bağa girib Musəyləməni həlak edənə kimi vuruşdular. Nəsibə arzusuna çatdı. Lakin bir əlini İslam yolunda itirdi! ("Əl-isabə" c. 4, səh.404-457) .Bu, iki şəhid vermiş qəhrəman ananın qoçaqlığı, şücaəti, döyüşkənliyi və mücahid yetişdirməsi idi. Onun dilində İmam Əlinin (ə) fəryadı və əlində də İmam Hüseynin (ə) qılıncı var idi!

Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 789 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]