Main » Files » Qadın » Tarixdə qadınlar |
İbrahim Xəlilin (ə) anası
2012-11-13, 7:32 AM | |
Həzrət Musanın (ə) qeyd olunan macərasına oxşar bir hadisə Həzrət İbrahimin (ə) "Buna” və yaxud "Nuna” adlı anasının da başına gəldi. Nəmrudun gördüyü yuxuya əsasən və ya kahinlərin verdiyi xəbərə görə, o, gələcəkdə bu il doğulacaq uşağın əliylə həlak olacaqdı. Buna görə də o, çoxlu oğlan uşaqlarını öldürərək bir çox evləri matəmə qərq etdi. Bəzilərinin nəql etdiyinə görə o, yetmiş yeddi mindən yüz minə qədər uşaq öldürdü. ("Nasixul-təvarix" c.1, səh.160) İbrahimin (ə) cəsur anası belə bir ağır və böhranlı vəziyyətdə, misilsiz şücaətlə özünü Nəmrudun casuslarından gizlətdi və doğum zamanı, adət olmaq bəhanəsi ilə (o zaman adət olmuş qadınların şəhərdən çıxması bir qayda və ənənə idi) şəhərdən çıxdı və çöllükdəki dağda mağara tapdı. Mağaraya girdi və İbrahim (ə) elə orada dünyaya gəldi. Bu yorulmaz ana 13 il casusların gözündən uzaq, bəzən sübh çağları və bəzən də gecə yarısı özünü mağaraya çatdırararaq oğluyla görüşərdi. Qeybdən İlahi yardımlar onun köməyinə gələrdi. O, Allahla idi, Allah da ona kömək edərdi. Nəhayət o, on üç ildən sonra İbrahimi (ə) xüsusi bir yolla şəhərə gətirdi. İbrahim (ə) yavaş-yavaş bütpərəstlərlə mübarizəyə başladı. O hər gün mübarizəsini gücləndirirdi. ("Məcməül-bəyan" c.4, səh. 325, "Biohar" 12-ci cild, səh.19-dan sonra) Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi | |
Views: 608 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |