Cümə günü, 2024-03-29, 9:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

Həzrət Xədicənin (s.ə) İlahi məqamı
2013-07-20, 3:49 AM

Həzrət Xədicənin (s.ə) İlahi məqamı

 

  Dünya qadınlarının içində dörd qadın daha üstün və daha qəhrəman xanımlar olmuşdular. Onlardan biri də Peyğəmbərimizin (s) vəfalı həyat yoldaşı Xədicə (s.ə) xanımdır.

Həzrət Xədicə (s.ə) İslam dinini qəbul edən ilk xanım olmuşdur. O, İslam dinini bütün qəlbi ilə qəbul edir və imanı yolunda bütün var-dövlətini qoyur. Rahatlığından əl çəkir və son nəfəsinə qədər də İslam dini yolunda fədakarlıq edir. O, Peyğəmbərin (s) həmdəmi və sirdaşı idi.

Həzrət Peyğəmbər (s) vəfalı həyat yoldaşı haqqında belə buyurmuşdur: "İslam ayaq tutmazdı, məgər Əlinin (ə) qılıncı və Xədicənin (s.ə) sərvəti olmasaydı”.

Həzrət Xədicə (s.ə) həyat yoldaşının rahatlığını təmin etmək üçün çox çalışırdı. O, xalis dost və qaygıkeş ana idi.

Misir yazıçısı Binti Şati yazır: "Xədicə (s.ə) kimi başqa bir həyat yoldaşı vardırmı ki, Peyğəmbərin (s) tarixi dəvətini səmimi qəlbdən, heç bir şəkk və şübhə olmadan qəbul etsin və onu xoş qarşılasın. Onun bu möhkəm yəqinliyinə görə Allah heç vaxt onu xar etməyəcəkdir. Xədicə (s.ə) kimi başqa bir xanım saysız-hesabsız sərvətinə və rifahına, nemət və şövkətinə arxa çevirib, həyat yoldaşının ən çətin zamanlarında onun yanında qərar tutarmı? Ya da həyat yoldaşına edilən ən çətin məşəqqətlərə, hətta işgəncələrə qarşı hər zaman dirəniş göstərən və imanına vəfadar qalan başqa bir banu vardırmı?

Bəlkə o, yeganə qadındır ki, bütün imkanlarını Peyğəmbərə (s) yardım etmək, etimadını və rahatlığını təmin etmək üçün istifadə etmişdi”.

Bu yazıçı başqa yerdə yazır: "Xədicə (s.ə) elə bir yaşda deyildi ki, bu qədər əziyyət və çətinlik ona asan olsun. O kəslərdən deyildi ki, həyatında həyat çətinliyinə, məhrumiyyətlərə və acılara adət etsin. Ancaq o, yaşının çox olmasına baxmayaraq, razı olur ki, Bəni Haşimi Əbu Talib dərəsində mühasirəyə alan zaman, çətinliklərə ölüm bahasına qədər dözsün”.

Bu zaman banunun 65 yaşı var idi. Ancaq buna baxmayaq, kiçicik bir şəkk də etmədən Peyğəmbərin (s) yanında qərar tutur. Bu zaman səhabələrin çox az hissəsi Peyğəmbərin (s) yanında olur və bu zaman evindən, malından və hər şeyin keçmiş olur.

Mühasirədə çəkdiyi əziyyətlər xanımı çox sarsıdır. Ona görə də mühasirədən çıxandan bir neçə gün sonra dünyasını dəyişir ki, bu da Ramazan ayının 10-u tarixinə təsadüf edir. Onu Həcun dağında dəfn edirlər. Peyğəmbər (s) özü qəbrə daxil olur və xanımı özü dəfn edir. Əmisi Əbu Talibin vəfatı ilə Peyğəmbərin (s) qəm və qüssəsi daha da çoxalır. Ona görə də bu ilin adını qəm və qüssə ili adlandırırlar.

Həzrət Xədicə (s.ə) vəfat etsə də, həyat yoldaşının qəlbində həmişə yaşamışdır. Həmişə bir nur kimi daima gözünün önündə olardı.

Həzrət Peyğəmbər (s) Həzrət Xədicənin (s.ə) ayrılığında göz yaşı tökür və onu tez-tez yada salardı. Həzrət buyurardı: "Xədicə! Xədicə kimisini bir daha tapa bilməyəcəyəm”.

Həzrət Xədicədən (s.ə) sonra Peyğəmbərin (s) bir neçə həyat yoldaşı olur. Ancaq heç biri Peyğəmbərin (s) qəlbində Xədicə (s.ə) qədər yer tapa bilmir. Bəlkə heç bir həyat yoldaşı onun yerini doldura bilmədi.

Aişə nəql edir: "Mən Xədicəyə (s.ə) o qədər həsəd aparırdım ki, Peyğəmbərin (s) başqa qadınlarına o qədər həsəd aparmırdım. Çünki Rəsulallah ondan çox danışardı. O, Peyğəmbərin (s) mənimlə evlənməsindən əvvəl dünyasını dəyişmişdi. Allah Peyğəmbərə (s) əmr edir ki, Xədicəyə (s.ə) luludan olan evə görə müjdə versin. Həzrət nə zaman qoyun kəssəydi, ondan Xədicənin (s.ə) dostlarına hədiyyə verərdi. Bəzən Peyğəmbərə (s) deyərdim ki, sanki bu dünyada Xədicədən (s.ə) başqa qadın yoxdur. Həzrət (s) buyururdu: "Həqiqətən, onun məhəbbəti mənim ruzim olmuşdur. Allaha and olsun ki, ondan yaxşısı mənim nəsibim olmamışdır. O, mənə iman gətirən zaman başqaları mənə küfr edirdi. O zaman ki, məni təsdiq edirdi, başqaları məni inkar edirdi. O zaman ki, mal-dövləti ilə mənə yardım üçün tələsirdi, başqaları məni məhrum etmişdilər. Allah ondan, başqasından deyil mənə övlad inayət etdi”. Ayişə deyir: "Allaha and olsun ki, bundan sonra ondan söz açmayacağam”.

Həzrət Xədicə (s.ə) Peyğəmbələrlə (s) bir yerdə 25 il həyat sürür. Həzrətin (s) qəlbində böyük yer alır. Çünki həqiqətən də Həzrət Xədicə (s.ə) buna layiq bir xanım idi. Allah Təala Xanımın (s.ə) öz həyat yoldaşına etdiyi bütün fədakarlıqlarını yüksək qiymətdirmiş və onu cənnətin dörd üstün qadınlardan biri qərar vermişdir.

 

(Tebyan/Deyerler)

Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 839 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]