Main » Files » Qadın » Tarixdə qadınlar |
HƏZRƏT ƏLİNİN (Ə) QIZI ÜMMÜ GÜLSÜM
2012-11-13, 7:40 AM | |
Zeynəbin (ə) bacısı Ümmü Gülsüm də yaranmış fürsətlərdən müxtəlif sahələrdə zalımlara qarşı istifadə etmiş və atası İmam Əlinin (ə), anası Fatimeyi-Zəhranın (s) bir nümunəsi (oxşarı) idi. Ümmü Gülsüm Zeynəb-Kübradan (ə) sonra - hicrətin 6-cı, ya 7-ci ilində - Mədinə şəhərində dünyaya gəldi. Evlənmək yaşına çatanda, əmisi oğlu Ovn ibn Cəfər Təyyarla ailə qurdu. Ümmü Gülsümə Zeynəbi-Suğra da deyirlər. O bütün hadisələrdə, mehriban anası Zəhra (ə), əziz atası İmam Əli (ə) şəhid olanda hazır idi və Kərbəla hərəkatında da fəal iştirak etdi. Onun xüsusiyyətlərindən biri də bu idi ki, hər münasib fürsətdə yazdığı şerlərlə yezidiləri məhkum və ifşa edirdi. O, bacısı Zeynəblə (ə) çiyin-çiyinə öz İmamını (ə) qoruyur, döyüşçülərə kömək edirdi. Eyni zamanda şəhidlərin uşaqlarına himayədarlıq edir və onların hədəflərini öz əsrinin insanlarına çatdırdı. Kufədə cəllad ibn Ziyadın hökumət iqamətgahında xütbə oxudu, onu və Yezidin adamlarını, Kufə camaatını məhkum etdi və axırda buyurdu: "Yəqin bilin ki, Allah hizbi (dəstəsi) qalibdir və şeytan hizbi həlakətdə və ziyanda olacaq”. Qətiyyətlə ibn Ziyada buyurdu: "Peyğəmbər (s) Hüseyni (ə) görəndə gözünə işıq gələrdi, sənin gözün isə ancaq Hüseynin (ə) qətli ilə işıqlanıbdır. Peyğəmbər (s) İmam Hüseyni (ə) iyləyərdi, öpərdi və öz çiynində otuzdurardı, sən isə onu öldürdün. Çox çətin İlahi əzaba hazırlaş”. Kufədəki bir mənzərədə, camaat Kərbəla əsirlərinə ürək yandırıb, çörək və xurma gətirib verəndə, Ümmü Gülsüm onlara qarşı çox bərk coşdu, xurma ilə çörəyi onların qabağına atdı və buyurdu: "Sədəqə bizə haramdır”. Beləliklə, bu cür ucuz və yersiz hörməti Əhli-beytdən (ə) uzaqlaşdırdı və kufəliləri bu işdən şiddətlə qətiyyətlə çəkindirdi. Bir gün Ümmü Gülsüm gördü ki, ibn Ziyadın tanınmış cəlladlarından biri, yəni Şimr öz qüdrətiylə fəxr edir. Onun üstünə fəryad çəkərək buyurdu: "Vay olsun sənə! Ey Allahın lənətlədiyi! Etdiyin bu zülmlərə görə fəxr edirsən? Bilirsənmi nə etmisən? Sən elə bir kəsi öldürmüsən ki, Cəbrayıl (ə) onun beşiyini yırğalayar, atası şirkin, küfrün qatili və qənimi idi. Onun cəddi və ata-anası kimi cədd və ata-ana harada görmüsən?” Xuli düşmən cərgəsində olsa da, Ümmü Gülsümün göstərdiyi şücaətin təsiri altına tez düşdü və dedi: "Sən şücaətli bir atanın övladısan və heç vaxt şücaətini itirməyəcəksən”. Ümmü Gülsüm Şamda da öz vəzifəsini yaxşıca yerinə yetirdi. Yezidin məclisində şamlı bir kişi ikinci dəfə Yeziddən Əhli-beytin (ə) qızlarından birini ona kəniz kimi bağışlamasını istəyəndə Ümmü Gülsüm qəzəbləndi və ona dedi: "Ey şəxsiyyətsiz kişi! Allah dilini kəssin, gözünü kor etsin, əlini qurutsun və səni odda yandırsın. Peyğəmbər (s) övladlarından haramzadələrə xidmətçi olmaz”. Hələ Ümmü Gülsüm sözünü qurtarmamış duası qəbul olundu. Bu zaman o dedi: "Allaha şükr olsun ki, axirətdən qabaq sənə dünyada əzab verdi”. Ümmü Gülsüm hər fürsətdə dəyərli sözləri ilə Kərbəla əhvalatını danışır və Hicaz camaatını hakim rejimə qarşı qaldırırdı. O, (bəzi rəvayətlərə əsasən) 61-ci hicri ilində cəmadiəs-sani ayının axırlarında dünya ilə vidalaşdı. Onun nurlu məzarı Mədinə şəhərindədir.[Rəyahinuş-şəriət, 3-cü cild, səh.246 və 256; Məqtəlul-Husəyn (ə), Muqərrəm, səh.392; Ricale Mamaqani, səh.73] Kərbəla macərasında İmam Hüseynin (ə) qızları Həzrət Səkinə və Fatimə (ə), həyat yoldaşı Rübab, Həzrət Müslimin həyat yoldaşı və qızı və bu kimi digər qadınlar da səbir və müqavimət göstərməklə İmam Hüseynin (ə) əzəmətli inqilabında iştirak etdilər. Bu böyük hərəkatda İmam Hüseynin (ə) və dostlarının həyat yoldaşlarını, qızlarını və uşaqlarını özləri ilə aparması sual doğurur. Qədim zamanlardan bəri soruşulan bu sualın cavabı belədir: O Həzrətin (ə) inqilabı rejim əleyhinə olan dünyəvi bir hərəkat idi. Onun səmərə verməsi, digər qiyam edənlərə nümunə olması, onun hədəfini və hərəkatını yaymaq, rəhbəri himayə etmələri üçün hamının fəaliyyət göstərməsi lazım idi. Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi | |
Views: 916 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |