Şənbə günü, 2024-04-20, 6:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

Həzrət Asya (s.ə) – behiştin 4 üstün xanımından biri
2013-07-26, 0:48 AM

Həzrət Asya (s.ə) – behiştin 4 üstün xanımından biri

 

 Möminin ən mühüm xüsusiyyətlərindən biri budur ki, həyatın çətinliklərində Allah yoludan çıxmasın. Əgər insan imanın ən yüksək mərləsinə çatıbsa, imanında əl çəkməsi qeyri-mümkündür. Çünki o, həqiqi ğözəlliyi görmüşdür. Ondan necə əl çəkə bilər ki?

İmam Sadiq (ə) buyurur: "Mömin dəmir parçasından da möhkəmdir. Həqiqətən, dəmir parçası atəşə daxil olan zaman dəyişər. Mömin isə əgər öldürülsə və dirilsə, sonra yenə öldürülsə, qəlbi haqdan dönməz”.

Belə bir möminələrdən biri də Həzrət Asya olmuşdur. O, Fironun həyat yoldaşı idi. Ancaq Asyanın Quranda adına rast gəlinməmişdir. Asya Musanın (ə) möcüzəsini müşahidə edən zaman qəlbi iman nuru ilə aydınlanır və o andan Musaya (ə) iman gətirir.

O zaman ki, Musanın (ə) əsası əjdahaya çevrilir, sehrbazların ilanlarını udur, onun peyğəmbər olduğuna yəqin əldə edir. Sonra isə Musaya (ə) olan imanını aşkar edir.

Firon xanımın imanından xəbərdar olan zaman dəfələrlə onu tənbeh edir və danlayır. İstəyir ki, Musanı (ə) və Allahını inkar etsin. Ancaq Asya yolundan dönmür və təslim olmur.

Firon əmr edir ki, Asyanın əl və ayaqlarına mismar vurub günəş altında saxlasınlar. Sonra isə hündür yerdən sinəsinə böyük bir daş atsınlar.

Asya həyatının son anlarını yaşayan zaman duası belə olur: "Pərvərdigara! Mənim üçün Öz yanında ev tik. Mənə Firondan və əməllərdindən nicat ver. Mənə bu zalım qəbilədən nicat ver”.

Allah da bu möminə qadının duasını qəbul edir. Onu ən yaxşı qadınların yanında qərar verir. Nə Firon sarayının bər-bəzəyi və nə də işgəncə qorxusu Asyanı haqq yolundan döndərmir. Asya canını həqiqi Məşuqunun yolunda verir.

Həzrət Peygəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Behiştin ən üstün qadınları dörd nəfərdir: Xədicə (s.ə), Fatimə (s.ə), Məryəm (s.ə), Asya (s.ə)”.

Əgər həqiqi mömin olmaq istəyiriksə, gərək həyatın heç bir çətinliyi bizi haqq yolundan ayırmasın və dinimizdə sabit qalmağımız üçün kifayət qədər imana malik olmağa çalışaq.

 

(Tebyan/deyerler)

Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 974 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]