Main » Files » Qadın » Tarixdə qadınlar |
Həlimə Sədiyyə
2012-11-13, 7:39 AM | |
Peyğəmbər (s) hələ dünyaya gəlməmişdən əvvəl atası Əbdullah dünyasını dəyişdi. İki, ya altı yaşı olmamış anası da dünyadan getdi. Əbdül-Müttəlib Məhəmmədə (s) süd vermək üçün pak və iffətli bir qadın axtarırdı. Çünki o həzrət (s) hər kəsin südünü qəbul etmirdi. Əbdül-Müttəlib təsadüfən Məkkəyə süd vermək üçün uşaq axtarmağa gəlmiş səhrada yaşayan (köçəri) bir qadını gördü. Əbdül-Müttəlib ona dedi: "Sən kimsən?” Qadın: "Mən bəni-Səd tayfasından olan Həliməyəm”. Əbdül-Müttəlib: "Bəh-bəh! Səndə "səadət və helm” kimi əbədiyyətin və ruzgarın iki gözəl xisləti vardır”. Onun adını yaxşı yerə yozdu və uşağın yanına apardı. Məhəmməd (s) onun südünü götürdü. Bundan sonra qadın Məhəmmədi (s) özüylə yaşadığı yerə aparıb ona süd verməyə başladı. Beləliklə, yenə də görürük ki, ismətli qadın yaxşı xislətlərə malik olmaqla necə də dəyərli olur. Əbdül-Müttəlib onu bəyənir və Məhəmmədi (s) əmizdirmək üçün bir ana kimi onu seçir. (Kuhlul-bəşər, səh. 20, Sireye-hələbi, c.1, səh.81 və 106) Yəni fərqi yoxdur, qadın mal-qara saxlayan köçəri olub səhrada yaşasa da, əgər fəzilətli, əxlaqlı və yaxşı xüsusiyyətlərə malik olarsa, Həzrət Məhəmmədin (s) ikinci anası olmaq ləyaqətini qazanır. Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi | |
Views: 842 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |