Main » Files » Qadın » Tarixdə qadınlar |
DÖRD ŞƏHİD ANASI XİNNƏSA
2012-11-13, 7:49 AM | |
İslamın güclü mübəlliğlərindən (təbliğatçı) sayılan Xinnəsanın digər adı da Təmazur idi. O öz qəbiləsini İslama inandırmış və nəticədə qəbiləsinin bütün üzvləri hamılıqla iman gətirmişdi. Xinnəsa camaatı öz söhbətləri və şerləri ilə İslam dininə dəvət edərdi. (Hicrətin 14-cü ilində) Müsəlmanlarla iranlılar arasında (Kufənin qərbində, 15 fərsəxlikdə) Qadisiyyə məntəqəsində döyüş baş verdi. Onun oğlanlarından dördü həmin döyüşdə şəhid oldular. O, özü övladlarını ön cəbhəyə göndərdi və onları səbirli, dözümlü olmağa çağıraraq, Quran ayələrini oxumaqla onları döyüşə həvəsləndirirdi. Meydana tərəf çapıb döyüş mahnısı oxuyur və döyüşçüləri düşməni məhv etmək üçün hərəkətə gətirirdi. Oğlanlarının dördünün də şəhidlik xəbərini eşidəndə dedi: "Mənə onların şəhidliyi ilə iftixar bəxş edən Allaha həmd olsun. Allah məni də onlarla birlikdə öz rəhmət və rizvanında məhşur etsin”.(Həmin mənbəə,Qədim ta hərifi, səh. 196) Maraqlısı budur ki, İslamın əvvəlindəki qadınlar, mübarizə səhnəsində və bu kimi sair işlərdə həmişə hazır olardılar. İmam Əli (ə) Cəməl savaşında Aişəni Mədinəyə çatdırmaq üçün qırx silahlı qadını ona mühafizəçi təyin etdi.(Nurucuz-zəhəb" c.2, səh.12) Çünki hiyləgər insanlar tərəfindən ona təhlükə yaranar, fürsət axtaran adamlar isə bundan öz siyasi məqsədləri üçün istifadə edə bilərdilər. Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi | |
Views: 819 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |