Cümə axşamı, 2024-04-25, 10:47 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

BİR KƏNİZİN HAQQ SÖZÜ XƏLİFƏNİ QƏFLƏTDƏN OYATDI
2012-11-01, 8:50 AM
BİR KƏNİZİN HAQQ SÖZÜ XƏLİFƏNİ QƏFLƏTDƏN OYATDI

Yeziddən sonra "İkinci Müaviyə” xilafət kürsüsünə əyləşdi. Onun xilafəti qırx gün davam etdi. O yatanda, gözəl kənizlərindən birini baş tərəfində, digərini isə ayaq tərəfində oturdardı ki, təhlükədən amanda qalsın. Bir gecə kənizlərindən biri xəlifəni yatmış güman edib o biri kənizə dedi: "Xəlifə məni çox sevir, gündə məni üç dəfə görməsə, sakit olmaz”.
O biri kəniz dedi: "Mürdəşir səni və xəlifəni aparsın. Sizin hər ikinizin yeri cəhənnəmdir”.
(Xəlifə oyaq idi. Ancaq özünü yuxuluğa vurmuşdu və istəyirdi görsün ki, onların sözü hara çatacaq). Başının üstündəki kəniz dedi: "Niyə görə xəlifə cəhənnəm əhlidir?”
Ayaq tərəfində olan kəniz dedi: "Ona görə ki, həm atası Yezid, həm də babası Müaviyə rəhbərlik məqamın qəsb etmişdilər, özü də onların yerində oturub rəhbərliyə layiq şəxsin (İmam Səccadın (ə)) yerini qəsb edib”.
Xəlifə bu sözü eşidəndə fikirə getdi. Başa düşdü ki, kəniz düz deyir və haqq sözü danışır. Yataqdan qalxanda onların sözünü eşitdiyini bildirmədi. Sabahı günü elan etdi ki, camaatın hamısı təzə xəbər eşitmək üçün məscidə gəlsinlər. İkinci Müaviyə qərara gəlmişdi ki, xilafət mənsəbindən əl çəksin. Camaat məscidə toplaşdı. O minbərə qalxdı və həmd-sənadan sonra dedi: "Ey camaat! Həqiqət budur ki, mən xilafətə layiq deyiləm. Peyğəmbərin (s) həqiqi canişini Həzrət Əli ibn Hüseyn (ə) İmam Səccaddır. Atam və babam xilafəti qəsb etdiyi kimi bu müddət ərzində mən də onun haqqını qəsb etmişəm”.
Sonra minbərdən aşağı enib evinə getdi və qapını bağladı. Anası çox narahat oldu və ona dedi: "Kaş səni doğmayaydım!”
O cavabında dedi: "Kaş belə olaydım (yəni sən dediyin kimi), atamın ar və alçaldıcı adı mənim üstümdə olmayaydı”.(Camiun-nureyn, səh.316.)
Beləliklə, bir qadının haqq sözünü deməsi xəlifəni qəflət yuxusundan oyatdı və dəyişdirdi.
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 688 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]