Cümə axşamı, 2024-11-21, 9:23 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Xanım Zeynəb (ə) - Aşura qiyamının fəryadı...
2013-05-26, 9:09 AM
Xanım Zeynəb (ə) - Aşura qiyamının fəryadı...

Bu gün Kərbəla qiyamının mühüm simalarından olan xanım Zeynəbin vəvat günüdür.

Xanım Fatimə (s.ə) və Həzrət Əlinin (ə) icdivacından dünyaya gəlmiş Xanım Zeynəb (ə) Kərbəla qəhrəmanı kimi tarixə adını yazıb. O xanım Mədinədə doğulub. Beş yaşında anasını itirib. Həzrət Zeynəb (ə) əmisi oğlu Abdulah ibn Cəfərlə ailə qurub. "Əqilə", "Siddiqeyi-Kubra", "Fazilə" və s. adlarla tanınıb.
Qardaşı İmam Hüseynin (ə) imamət dövrü Xanım Zeynəbin (ə) həyatının ən ağır dövrü olub. Kərbəlada üzücü hadisələrdə iştirakı, gözləri qarşısında imam və digər ən yaxın insanlarının şəhadəti Xanım Zeynəbdən (ə) böyük dözüm istəyirdi. Xanım Zeynəb (ə) bu hadisələrə nəinki dözdü, hətta Aşura qiyamını davam etdirdi. Kərbəla faciəsi zamanı xanım Zeynəbin (ə) 55 yaşı vardı. Onun əsir karvanında, Kufə və Şamdakı çıxışları mübarizə tarixinin misilsiz şüarlarıdır. Xanım Zeynəb (ə) hicri-qəməri 62-ci ildə, rəcəb ayının 15-də dünyasını dəyişdi. Müsəlman dünyası bu əzəmətli insanın fədakarlıqları ilə iftixar duya bilər!

HaqqYolu
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 825 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/4
Total comments: 1
+1  
1 GADİR   (2013-05-26 6:13 PM) [Daxil et]
salam aleykum
Imam Zaman Ağa(ə.s.) başda olmaqla bütün müsəlman baci və qardaşlarima başsağliği verirəm.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]