Cümə günü, 2024-11-22, 2:15 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Xanım Fatimə (s.ə)
2012-11-02, 4:18 PM
Xanım Fatimə (s.ə)
Peyğəmbər (s) –ın Fatiməyə (s.ə) olan məhəbbəti. Peyğəmbər (s) buyurmuşdur: "hər zaman behişti arzulasam, Fatimənin (s. ə) boğazından öpürəm. Peyğəmbərin, (s) məhbubu kişilərdən Əlidir (ə) qadınlardan Fatimə (s. ə) Peyğəmbər (s) buyurmuşdur: Fatimə bədənimin parəsidir kim onu sevindirsə məni sevindirib, kim ona pislik etsə, mənə pislik etmişdir. Hədisdə deyilir: Peyğəmbər (s) Fatiməni (s.ə) elə istəyirdi ki, hər zaman səfərə getsəydi, vidalaşdığı axırıncı şəxs Fatimə (s.ə) olardı, eyni zamanda səfərdən qayıtdıqda, ilk görüşdüyü şəxs yenə Fatimə (s.ə) olardı. Peyğəmbərin (ə) Fatiməyə (s.ə) olan sonsuz məhəbbətini ifadə etdirən "ey atasının sevimlisi"– kimi kəlamlarını misal göstərmək olar.

Qeyd etməliyik ki, Allaha daha yaxın olan insanlar öz övladlarını,yaxın qohumlarını, əqrabalarını və dostlarını nəfsani duyğular üzündən sevməmişlər. Belə şəxsiyyətlərin məhəbbəti ixlas üzündən, habelə Allaha görə olmuşdur. Allahdan digərlərinə olan sevgiləri isə elə yenədə Allahın özünə görə qayıdır və ona xatir olur.

birlik.az
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 784 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]