Bazar günü, 2024-12-22, 5:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

QURANIN NƏZƏRİNDƏ QADINLARIN GEYİMİ
2012-10-22, 10:13 PM
QURANIN NƏZƏRİNDƏ QADINLARIN GEYİMİ

(Tebyan saytına istinadən)

İslam dinində qadın mövzusu ən mühüm mövzulardan biridir. Tarixin nəzərində də böyük əhəmiyyətə malik olan bir mövzudur. İslamın əvvəllərinə nəzər salanda, xüsusilə də Nəbəvi əsrinə baxanda görmək olur ki, qadınlar ictimai, siyasi və mədəniyyət sahəsində fəal iştirak edirdilər.



Geyimin həddi.



İslam dini ictimai ziyanları aradan qaldırmaq üçün qadınlara müəyyən geyim həddinə riayət etməyi əmr etmişdir. Hicab bu cür geyimlərdən biridir ki, həm ictimai ziyanları azaldır, həm də qadına təhlükəsizlik və rahatlıq bəxş edir.



Quran ayələrindən belə başa düşmək olur ki, İslam dinindən əvvəl ərəb qadınlarının münasib geyimi yox idi. Bəzi tarixçilər bu məsələnin düzgünlüyünü təsdiq edirlər. İslam dini gəldi və qadınların iffətini qoruyacaq geyim həddini müəyyən etdi.



Quranın nəzərində İslami geyim həddi.



Hicaba aid çox sayda ayə gəlmişdir ki, onlara: "Nur” surəsinin 30, 31, 33, 60, "Əhzab” surəsinin 35, 53, 55, 59-cu ayələrinə əsasən müsəlman qadın naməhrəm kişinni yanında öz saçlarını və bədənini örtməlidir. Ancaq üzü və əlləri bağlamaq vacib deyildir.



Bu hökmə naməhrəmlərin olduğu yerdə riayət olunmalıdır. Fərqi yoxdur ki, naməhrəm evdədir, yoxsa bayırda. Hətta ailədə daima onunla ünisyyətdə olan naməhrəm kişilərə də aiddir. Hicaba gəldikdə isə qadın nə qədər bacarırsa, bədənini örtməlidir və burada xüsusi bir geyim şərt deyildir. Qadın çalışmalıdır ki, dar, nazik və təmtəraqlı paltarlar geyinməsin.



Allah Təala "Nur” surəsinin 31-ci ayəsində qadınlara buyurur ki, öz zinətlərini naməhrəmdən gizlətsinlər. İslamın əvvəllərinə nəzər salanda görmək olur ki, Allah müsəlman qadına nəinki naməhrəmlərdən, hətta müsəlman olmayan qadınlardan da örtünməyi göstəriş vermişdir.



Hədislərdə bu məsələnin səbəbi olaraq, müsəlman olmayan qadınların müsəlman qadınların gözəlliklərini ərlərinə söyləməkləri göstərilmişdir.



Quran ayələrində İslam cəmiyyətinin nümunə və örnək xanımları olan Həzrət Peyğəmbərin (s) həyat yoldaşlarının öz gözəlliklərini nümayiş etdirməsi qadağan edilmişdir. Bu qalan müsəlman qadınlarına da şamil edilir.



Hədislərdə hicabın həddi.



Ayişə deyir: ""Nur” surəsi nazil olandan sonra mühacir qadınları yun geyimlərini yenidən biçərək, başlarını və boğazlarını örtdülər”.



Ummi Sələmə də nəql edir ki, "Əhzab” surəsində geyim haqqında ayə nazil olandan sonra ənsar qadınları evlərindən qara geyimlərlə çıxırdılar.



Hədislərdə görürük ki, Həzrət Peyğəmbər (s) geyimin həddini müəyən etmişdir. İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "O qadın ki, həddi-büluğa çatmışdır, rəva deyildir ki, başını və saçlarını açıqda qoysun”.



Hədilsərin birində Peyğəmbərimiz (s) səhabələrindən birinə tövsiyə edir ki, həyat yoldaşı hicab üçün astardan istifadə etsin ki, görünməsin.



Hədilsərin birində oxuyuruq ki, Peyğəmbər (s) nazik hicab taxan Əbubəkrin qızı Əsmaya xitab edərək, buyurur: "Ey Əsma! Qadın həddi-büluğ çağına çatanda, üzü və əllərindən başqa qalan yerlərinin açıqda olması caiz deyildir”.



İsmət və iffət elə xüsusiyyətlərdir ki, insanın batininə aiddir. İffət deyən zaman qadın yada düşür, kişi deyil. Çünki kişilər daha çox zahiri xüsusiyyətlərlə rabitədədir, qadın isə batini. Həmin bu şərəfli iffət məqamı da qadın üçün hicab kimi tərənnüm olunmuşdur. Bu hicab həqiqətdə qadının Allahın sifətinə malik olmasıdır. Çünki Allah da hicablıdır. Belə ki, Özü buyurur: "Yeddi min hicab arxasından Məni görərlər”. Əgər bu ədədlərin sayını artırsaq, yenə də haqlı olarıq. Din əgər qadına deyirsə ki, hicabına riayət et, bu qadına qoyulan bir ehtiramdır. Bəli, bu hicab Haqqın hicabından götürülmüşdür. Hicab qadının qalasıdır. Allah buyurur ki, Mən o qədər hicablıyam ki, nə qədər səy etsəniz də Mənim qeyb zatımın həqiqətini görə bilməzsiniz. Nə qədər bu hicabları dağıtmaq və xarab etmək istəsəniz belə yenə də Məni gərək hicab arxasından görəsiniz. Mən heç bir zaman tamamilə kəşf edilmirəm. Hətta Quran belə Zatımı tam kəşf etməmişdir.



Quran Allahı bizə sözlərlə, mənalarla təsvir etmişdir. Həm sözlər hicablıdır, həm də mənaları. Allah özünü həmişə hicab arxasından tanıtmışdır.



İsmət və iffətin ən ali məqamı Fatimeyi-Zəhrada (s.ə) təcəlli etmişdir. O qədər hicabına riayət edərdi ki, onu ancaq Əmirəl-möminin (ə) görə bilirdi. Ona deyirdilər: "Ey Zəhra! Əgər Əli ibni Əbitalib (ə) olmasaydı, bu aləmdə sənə tay tapılmazdı. Çünki qadınla kişi bir-birinə tay olmalıdır”.



Allahın xanımlar üçün vacib buyurduğu bu əmri layiqincə yerinə yetirək ki, Qiyamət günü anamız Fatimə (s.ə) bizə görə xəcalət çəkməsin.



Hazırladı: Məşhədi Xanım,


Category: İslamda qadınlar | Added by: Mursəlat
Views: 2227 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1
Total comments: 2
0  
2 İstiğfar   (2012-10-24 2:13 PM) [Daxil et]
Amma təsüflər olsun ki bəzi hicablı xanımlarımızda elə hicab bağlayırki bu kamil hicab formasından kənara çıxır namehrəmlər saçı açıq olan xanımlara yox bəzəkli hicab bağlayan xanımlara baxır.Hər bir xanım hicab bağlayanda gərək biləki hicabı saçı yaylığa bükmək deyil.Allsh biz xanımlara Allahın buyurduğu şəkildə hicab bağlamağı nəsib etsin

+1  
1 GADİR   (2012-10-23 1:13 AM) [Daxil et]
RE: Allahın xanımlar üçün vacib buyurduğu bu əmri layiqincə yerinə yetirək ki, Qiyamət günü anamız Fatimə (s.ə) bizə görə xəcalət çəkməsin.
=========================================
*“Allahın doğru yola saldığı kimsəni heç kəs yoldan çıxarda bilməz”. (“Zumər”, ayə 37)
*"Hər kim Allahın ayinlərini uca tutsa, (bilsin ki,) bu, qəlblərin təqvasındandır." (Həcc surəsi ayə 32)

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]