Cümə günü, 2024-03-29, 7:49 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Qurani-Kərimin xanımlar üçün ən mühüm buyuruşları hansıdır?
2013-02-20, 6:24 PM
Qurani-Kərimin xanımlar üçün ən mühüm buyuruşları hansıdır?
 Quran ilk növbədə qadınlara hicabı tövsiyə edir. Onu bir neçə ayədə bəyan edir: "Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. ("Nur” 31).

"Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər”. ("Əhzab” 59).

Bu iki ayə Həzrət Peyğəmbərin (s) həyat yoldaşları haqqında nazil olsa da, bütün qadınlara şamil edilir. Hicab bütün müsəlman qadınlarına aid edilən bir vacibatdır.

Quranın qadınlara verdiyi ikinci tövsiyəsi budur ki, naməhrəmlərlə az ünsiyyətdə olsunlar. Çalışsınlar ki, naməhrəmlər onu çox görməsinlər. Ancaq bəzən elə vəziyyət yaranır ki, qadın ictimai, siyasi və iqtisadi fəzada iştirak etməyə məcbur olur. Hətta belə olan halda da belə, qadınların cəmiyyəti kişilərdən ayrılmalıdır. Xüsusilə də əgər qadın bəzənibsə.

Quran buyurur: "Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın, namaz qılın və zəkat verin, (şəriət hökmlərində) Allaha və (ilahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin...”. ("Əhzab” 33).

Üçüncü tövsiyə isə həyadır. Həyanın mənası budur ki, insan günaha batmaq qorxusundan özünü günahdan saxlayar. Ancaq hər bir zəif nəfsi və ya az həyanı həya adlandıra bilmərik. Quran Şuəybin qızları haqqında buyurur: "O iki qadından biri – yüksək həya ilə utana-utana onun yanına gəlib dedi: «Atam bizim üçün (heyvanlarımıza) su verməyinin muzdunu ödəməkdən ötrü səni çağırır». (Musa) onun yanına gəldikdə öz əhvalatını qocaya söylədi. (Qoca) dedi: «Qorxma, (artıq) zalımlar tayfasından nicat tapmısan (bura Fironun hökümətinin hüdudlarından kənardır)». ("Qəsəs” 25). Bu ayədən görünür ki, həya qadın üçün əxlaqi dəyərə malikdir.

Qadına verilən dördüncü tövsiyə budur ki, kişilərlə söhbət edən zaman vüqar və mətanətə riayət etsinlər. Danışıq keyfiyyətləri elə olmamalıdır ki, onların hisslərini təhrik etsin. Allah bu hadqa buyurur: "Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”. ("Əhzab” 32).

Bəli, Quranın bu dörd tövsiyəsi bütün müsəlman qadınlara aiddir. Hər bir müsəlman qadının vəzifəsi budur ki, bu tövsiyələrə əməl etsin.



(Ayətullah Misbah Yəzdinin saytına istinadən/ Deyerler.org)
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 1154 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]