Cümə günü, 2024-11-22, 2:45 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

QURAN BAXIMINDAN HİCAB VƏ GÖZ GÜNAHI
2012-12-04, 7:32 AM
QURAN BAXIMINDAN HİCAB VƏ GÖZ GÜNAHI
Hicabsızlıq saysız fəsadlarla nəticələnən çirkin bir işdir. Hicabsızlığın haram olunması Allahın qeyrətindən doğur. Xoş o şəxsin halına ki, Haqdan dərs alıb öz namusunu qoruyaraq, qeyrət nümayiş etdirir.
Kişi və qadın küçədə, bazarda, ictimai yerlərdə, elm və təhsil mərkəzlərində, xarici səfərlərdə bir-biri ilə qarşılaşmaq məcburiyyətində olduqlarına görə, onların fikir və ruhi sağlamlıqlarının qorunması üçün Quranda qadınlarla bağlı bir, hər iki cinslə bağlı isə digər bir vacib göstəriş verilmişdir.
Qadınlar barədə buyurulur: «Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, çarşablarını örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan və rəhm edəndir»("Əhzab" 59).
Hər iki cins haqqında isə buyurulur: «(Ya Məhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır»;(Nur-30) «Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar».(Nur-31)
İmam Sadiq (ə) buyurur: «İsa (ə) səhabələrinə dedi: «Çirkin baxışlardan çəkinin. Çünki bu baxışlar insan qəlbində günaha meyl toxumunu əkir. Bu baxış, sahibi üçün fitnə törədir. Xoş o şəxsin halına ki, baxışı gözündə yox, qəlbindədir».("Bihar" c.78, səh.284)
Əli (ə) buyurur: «Bədəndə gözdən naşükür bir şey yoxdur. Onu istəklərindən məhrum edin. Çünki o sizi Allahdan uzaqlaşdırır».("Bihar" c.104, səh.36)
Rəsuli-əkrəm (s) buyurur: «Hər bir üzvün özünəməxsus zinası var. Gözün də zinası naməhrəmə baxmaqdır».(Həmin mənbəə)
Quranın buyruğuna əsasən, Şüeybin qızı Musa (ə) haqqında atasına dedi: «Atacan! Onu muzdla çoban tut, çünki bu güclü və etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır»(Qəsəs-26).
Şüeyb cavabında deyir: «Bəli qızım, o güclü, qüvvətlidir. Bunun daşı kənara çəkməsindən bildin. Bəs etibarlı olduğunu haradan bildin?» Qız dedi: «Ata, onun qarşısında evə tərəf gəlirdim. Mənə dedi ki, arxamca gəl. Əgər yolu səhv getsəm, mənə de. Biz qadınları arxadan öz baxışlarımızla müşayiət edən şəxslərdən deyilik».("Bihar" c.13, səh.32)
Peyğəmbər (s) buyurur: «Gözlərini haramla dolduran şəxsin gözü qiyamət günü Haqq-təala tərəfindən odla doldurulacaq. Əlbəttə, əgər tövbə edərək Allaha tərəf qayıtmazsa».("Mizanül-hikmə" c.10, səh.77)
Rəsulullah (s) Allah-təaladan nəql edir: «Haram baxış İblisin zəhərli oxlarından biridir. Yalnız Mənə görə gözlərini naməhrəmdən qoruyan şəxsə bunun əvəzində elə bir iman verəcəyəm ki, onun ləzzətini qəlbində duyacaqdır».("Mizanül-hikmə" c.10, səh.78)
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 1178 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]