Cümə günü, 2024-11-22, 1:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

"Qadın ailənin əsasıdır”
2012-11-02, 4:08 PM
"Qadın ailənin əsasıdır”

Ustad Təhriri ilə müsahibə

İslamda, qadın ailənin əsasıdır. Ailənin ideal yaşayış tərzinə çatması üçün xanımın rolu danılmazdır. Həzrət Ayətullah Behcətin xüsusi şagirdlərindən olan Höccətül-İslam Təhriri ilə müsahibəmiz məhz bu barədədir.



- Cənab Təhriri, söhbətimizin əvvəlində xahiş edirik İslamda, qadının məqamı barədə məlumat verin.

Qurani-kərimin qadınlara xüsusi bir baxışı var və həqiqi kamillik əldə etmək üçün onunla kişi arasında heç bir fərq qoymayıb. Bu da əsl İslam və Əhli-beyt (ə) maarifidir. Həmçinin uca Allah da, Peyğəmbərimizə (s) həzrət Zəhranı (s) verməklə, ona xüsusi lütf göstərmişdir.
İslam dini, qadına şəxsiyyət verərək insanın nəslini qız tərəfindən olmadığı əqidədə olan cahilliyi rədd edir. Ola bilsin Peyğəmbərin (s) nəslinin həzrət Zəhra (s) vasitəsilə davamının sirri bunda olsun. Başqa bir məsələ də budur ki, Allah bütün insanları uca bir məqsədə çatmaq üçün yaradıb. Bütün insanlar da o hədəfə çatmaqda bərabərdirlər və kişi ilə qadın bu mənada eynidir. Başqa məxluqlarda olduğu kimi, insanın da cüt olması və kişinin qadınla cinsi cəhətdən ayrılığı yalnız nəslin davamı və artması üçündür. Allah kişiyə verdiyi ağılı eyni miqdarda qadına da verib, amma xüsusiyyət və vəzifə nöqteyi-nəzərndən qadın, ülfətin şiddətindən və hissiyyatların çoxluğundan faydalanır. Bu da onun üçün nəinki nöqsan deyil, əksinə qadının kamillik yolunda istifadə etdiyi ən yaxşı vasitələrdən biridir. Allahın qadın üçün qoyduğu zahiri məhdudiyyətlər, yalnız onun kamilliyinə istiqamətlənib və onun bu xüsusiyyətlərə uyğun vəzifələri də vardır.
Bir qrup qadın Peyğəmbərdən (s) soruşur ki, nə üçün kişilər cihadın fəzilətindən faydalanırlar, amma qadınlar bundan məhrumdurlar? Həzrət (s) suala gorə bu qadını tərifləyir və buyurur: "Bunun əvəzində başqa vəzifələr vardır, əgər qadınlar onu yaxşı yerinə yetirsələr, həmin cihadın fəzilətinə nail olarlar. Onlardan biri ərinə xidmət göstərməkdir.

- Müsəlman bir qadının ailəyə və İslam cəmiyyətinə qarşı vəzifəsi nədir?

Qadın ailədə bir özüldür və ailənin fikri ixtilaflarının tənzim olunması onun öhdəsindədir. Baxmayaraq ki, evin daxili vəzifələri bir növ ona vacib deyil, amma ailə başçısının vəzifələri bu kiçik cəmiyyətin idarəsidir və əgər düzgün yerinə yetirilməsə bu sistem dağılar.
Əgər deyilibsə "kişilər qadınlar üzərində ixtiyar sahibidirlər”, bu, ailənin vahid mərkəzdən idarə olunmasından ötrüdür. Bu, kişinin zülm etməsi mənasında deyil, əksinə, kişinin vəzifəsidir ki, düzgün müdiriyyəti olsun və öz başçılığında şəriətin qoyduğu hədlərdən kənara çıxmasın. Həmçinin qadının ehtiyaclarını təmin etmək də, onun öhdəsindədir və bu elə yerinə yetirilməlidir ki, qadın həqarət hiss etməsin. İslam dini, dünya həyatını və maddi yaşayış tərzini ideal səviyyəyə çatdırmaq üçün bir müqəddimə qoyub. Əgər kişi qadına zülm edərsə və ya qadın kişiyə nisbətən mehribansızlıq göstərərsə, hər ikisi həqiqi kamilliyə çatmaqdan məhrum olarlar.

- Qadın özünün və cəmiyyətin pak həyatına və mənəvi kamalına çatmaq üçün hansı üsullardan istifadə etməlidir?

Pak həyata çatmaq tədricidir. Müqəddəs İslam şəriəti hamının pak həyat yolunda olmasından ötrü onlar üçün vacibləri və haramları təyin etmişdir. Hər bir qadının pak həyat tərzinə çatmasından ötrü ilk növbədə gərək bu göstərişlərə əməl etsin və ikinci mərhələdə özünü ən yaxşı əxlaqla zinətləndirsin.

- Hal-hazırda çoxlu işlər qadınlar tərəfindən görülür sizcə dində qadınların məşğuliyyəti barədə xüsusi bir göstəriş varmı?

İslam mədəniyyətində qadının evdən bayırda işləməsi xüsusi hallardan başqa çox da geniş yayılmamışdır. Qadının evdən çöldə işləməsi qərbdən gələn bir mədəniyyətdir və dinə diqqətsizlik nəticəsində inkişaf etmişdir. İslam ailəni cəmiyyətin əsası bilir ki, onun nizam-intizama düşməsi çox vaxt qadının evdə olmasıyla həyata keçir. Həmçinin İslam dini ev daxilində qadının fəaliyyətinə və onun evdarlıq məsuliyyətinə böyük dəyər verir. Amma qadın bekar olduğu zaman və evdən bayırda məşğuliyyət axtardıqda ona qiymət və dəyər verilmir. Ümumiyyətlə qadın məşğuliyyəti məsələsi, onun bekar olduğunu bildiyimiz zaman ortaya çıxır. Qadının ən mühüm vəzifəsi düzgün övlad tərbiyə etmək və onun yaxşı həyat yoldaşlığıdır ki, cihaddan üstün sayılıbdır. İmam Xomeyni buyurub ki, kişi qadının ətəyindən meraca gedir. Yəni ailə üzvlərinin səadəti, evdə qadının düzgün əməl etməsindədir. Qadının ən böyük işi saleh övlad böyütmək, cəmiyyətə və İslama fayda verməkdir.

- Məsumların buyurduqlarını hansı hallarda bugünkü cəmiyyətimizdə qadın məsələləri barəsində işlədə bilərik?

Gərək proqramlarda çox dəqiq olaq və İslamın əsl fikirlərini gundəlik həyatımızla uyğunlaşdıraq. Bizim səyimiz, məsumların buyurduqlarını gündəlik məsələlərimizdə düzgün icra etməyimiz olmalıdır. Əlbəttə, bu işin alimanə olmasına ehtiyac vardır və kiçik məsələ deyil. Əziz rəhbərimiz bu işin zəruriliyini dəfələrlə vurğulayıb və indi elmi hövzələrin vəzifələridir ki, ciddi bir işə daxil olaraq geniş şəkildə bu günün məsələlərinə aid alimanə bir nəzər versinlər. Allahın və dinin göstərişlərində səhvə düşməməkdən ötrü, hövzəçilər səthi məsələləri deyil, günümüzün dərin məsələlərini araşdırmalıdırlar.

- Bizə vaxt ayırdığınız üçün minnətdarlığımızı bildiririk.

Mən də sizə təşəkkür edirəm və inşallah İslama xidmət yolunda müvəffəq olasınız.

Hazırladı:

Rəsul Mahmudov

haqqyolu.com
iman.ge
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 731 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]