Main » Files » Qadın » İslamda qadınlar |
Qadının iffəti və hicabı
2012-10-31, 11:04 AM | |
Hicab qadının əzəmətini, şəxsiyyətini və gözəlliyini öz əri üçün qoruyur Qadının gözəlliyini örtən, onu tərbiyəsiz və aludə insanların baxışlarından qoruyan örtük və ya hicab Qurandan qaynaqlanan ilahi bir göstərişdir.Hicabın ən gözəl nümunəsi həzrət Zəhra (s.ə) yadigarı olan çadra elm və tərəqqi üçün heç bir maneə törətmir. Əksinə, bir çox təhlükələrdən qoruyur.Çox qiymətli daş-qaş olan qadın ilahi hicab sandıqçasında olduğu müddətdə ərzində oğruların, qarətçilərin şərindən amanda qalır.Əgər gənc, gözəl simalar görünməzsə, həva-həvəs alovları, cinsi tələblər atəşi bir millətin paklığını, bir məmləkətin mənəviyyatını yıxmağa qalxmaz.Əgər gənc oğlanlar küçədə, bazarda, elm mərkəzlərində, idarələrdə və s. kimi ümumi obyektlərdə qız və qadınların gözəlliklərini müşahidə etməzlərsə, bu zaman pozğunluqlar, digərlərinin namusuna təcavüz, zina, homoseksualizm, ruhi xəstəliklər, tüfeylilik və digər bu kimi problemlərlə qarşılaşmaz, minlərlə istedad heyvani həyat qəbiristanlığına gömülməz.Bütün bunlara əsasən deməliyik ki, hicab və örtük qadın üçün vacibdir. Bunu inkar edən isə İslamın zəruri bir göstərişini, Quranda buyurulan bir əmri inkar etdiyi üçün kafir sayılır.Hicabı danan hər hansı bir gənc oğlan müsəlman qızla ailə qura bilməz. Çünki bu evlilik qanunsuz, onların arasında bağlanılan nikah batil, aralarındakı münasibət zina, övladları isə zinazadədir. Həmçinin, hicabı danan hər hansı bir qız gənc müsəlman oğlana ərə gedə bilməz. Çünki yuxarıda qeyd olunanlar ona da şamil edilir.Hicab qadının əzəmətini, şəxsiyyətini və gözəlliyini öz əri üçün qoruyur.Qadın hicab zinəti ilə zinətləndiyi bir halda təhsil, tərəqqi mərhələlərini asanlıqla keçə bilər. «Hicab tərəqqi yolunun maneəsidir» prinsipi şeytani bir vəsvəsə olaraq qarətçi müstəmləkəçilərin, namus oğrularının dünya xalqlarına aşılamaq istədikləri yanlış bir fikir, qərb və şərq dövlətlərinin sayaqlamalarıdır.Ailələrin səmimiyyəti, kişilərin qəlblərinin təskinliyi, ər və arvad münasibətlərinin möhkəmliyi, kişinin öz nikahlı qadınına məhəbbəti, etibarı - bütün bunların hamısı qadınların hicab və örpəyinə borcludur.Əgər kişilər asanlıqla, istədikləri şəkildə (qeyri-qanuni yolla) qadınlara sahib ola bilsələr, bu zaman onların öz nikahlı qadınlarına qarşı eşq və məhəbbətlərinin heç bir zəmanəti olmayacaq, yuvalar asanlıqla dağılacaqdır.Hicabsızlıq, qərbin təlqin etdiyi şəkildə qadının özbaşınalığı onun azadlığı demək deyil. Bu növ azadlığın ziyan və təhlükəsini saymaqla qurtarmaq olmaz: Hicabsızlıq indiyə qədər minlərlə kişini azğınlığa, tüfeyliliyə, ailəli qadınlarla qanunsuz münasibətlərə sürükləyib; təlağın sayını artırıb; yəhudilik və məsihiliyin arzu etdiyi kimi, bir çox kişi və qadınların İslamdan, dindən çıxmasına səbəb olub və s.Hicabsızlığın təməlini qoyanlar, dilə gəlib, onun acı nəticələrini son dövrlərin ən qorxulu təhlükəsi adlandırırlar.Bəli, hicab minlərlə qadını, kişini, ailəni, cəmiyyəti, xüsusilə də gəncləri minlərlə təhlükədən qoruyur və ailələrin isti ocaqlarının dağılmamasına yardım edir.Tədqiqatçılar Quranın on dörd ayəsinin hicaba dəlalət etdiyi qənaətindədirlər. Bəzi tədqiqatçılar isə bu ayələrin iyirmi beşə çatdığını söyləyirlər.Həzrət Əli (ə) oğlu imam Həsənə (ə), onun simasında isə bütün dünya xalqlarına xitab edərək buyurur: «Məhrəm-naməhrəmliyə ciddi şəkildə riayət et. Çünki bu səni və bütün naməhrəm qadınları günaha və günah fikrə düşməkdən qoruyur. Əgər sənin ailənin qadınlarının səndən qeyri bir kişi tanımamalarını istəyirsənsə, bu məsələyə diqqət yetir». Qadın özünü Haqqın bəndəsi bilərək, özünü bəndə kimi aparmalıdır. O, həqiqi nemət sahibinin nemətləri üçün Ona şükür etməlidir. Bu şükrün başlıca yolu nemət sahibinin əzəmətini hiss edib, qiyamət gününə inanmaq, Onun bütün göstərişlərinə əməl etməkdir. Yalnız bu yolla özünü, ailəsini, cəmiyyəti hicabsızlığın acı nəticələrindən qoruya bilər.«Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən, onun yurdu cənnətdir».Çox təəssüflər olsun ki, bu gün dünyanın dörd bir yanında, bəzi qadınlar öz şəhvani istəklərini tam azad buraxaraq, keçmiş tariximizdə baş verməmiş azğınlıqlar törədirlər. Çox təəssüf hissi ilə deməliyəm ki, bu gün müsəlman ölkələrində yaşayan qadınlar da onları özlərinə örnək hesab edirlər.İmam Əli (ə) qadınlar haqqında belə buyurur: «Gələcəkdə, qiyamətə yaxın ən pis dövrdə ən pis qadınlar peyda olacaq. Onların xüsusiyyətləri aşağıdakılardan ibarətdir: Hicabsız, lazımi örpəkdən uzaq, öz zinətlərini gözə soxan, dindən çıxmış, fitnəkar, sürətlə (şəhvani) ləzzətlərə tərəf can atan və Allahın haram buyurduqlarını halal hesab edən. Bu xüsusiyyətlərə malik olan qadınlar əbədi olaraq cəhənnəmdə qalacaqlar». Zeynəb Əli qızı (Azadxeber.az saytının müxbiri) islamazeri.az | |
Views: 809 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |