Bazar günü, 2024-12-22, 11:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Qadinin en yaxsi xisusiyyetleri ne olmalidir?
2012-10-25, 6:44 AM
Qadinin en yaxsi xisusiyyetleri ne olmalidir?

Dəyərli əxlaq ustadı Ustad Hüseyn Məzahirinin nəzərlərinə əsasən

Hədislərin birində oxuyuruq ki, üç xüsusiyyət vardır ki, onların kişilərdə olması yaxşı sayılmaz, ancaq qadınlarda bu xüsusiyyətlər olmalıdır. Biri təkəbbürdür ki, kişilər üçün bu xüsusiyyət çox pis sayılır, ancaq qadınlar üçün yaxşıdır. İkinci xüsusiyyət qorxudur ki, kişilər gərək şücaətli olsunlar, qadınlar üçün isə yaxşı sayılar. Üçüncü isə simiclikdir ki, bu kişilərə yaraşmayan xüsusiyyətdir, ancaq qadının simic olması yaxşıdır.

Gəlin görək bu xüsusiyyətlər qadın üçün niyə yaxşı sayılır?

Bu hədis görəsən onumu deyir ki, qadın başqa qadınlara, həyat yoldaşına təkəbbür etsin, hey mənəm-mənəm desin, ərinə söz qaytarsın?! Təbii ki, yox. Bu saydıqlarımız həmin dediyimiz təkəbbürə aidiyyəti yoxdur.

Qadının qorxaq olması yəni hər hansı bir heyvandan qorxması kimidirmi? Xeyr, bu həmin xüsusiyyətin mənası deyildir. Simic olmalıdır, yəni uşaqlarına o qədər az yemək verməlidir ki, uşaqları aclıqdan əziyyət çəkələr?! Təbii ki, bu da deyil.

İslam deyir ki, sən gərək naməhrəmin qarşısında təkəbbürlü olasan, naməhrəmin qarşısında ciddi olasan. Qurani-Kərim də bu haqda buyurur ki, təqvalı olan qadın, qəlbində xəstəlik olan kimsə tamahlanmasın deyə, gərək yumşaq danışmasın. Hər zaman düzgün danışın. ("Əhzab” surəsi, 32).

Yəni ey xanım, naməhrəm qarşısında təvazökar ol, nazik səslə danışma. Naməhrəm ilə təmasda olan zaman təkəbbürlü ol, yəni ciddi ol, yüngül olma. Həmin nazik səslə danışmağın və yersiz yumşaqlığın sənin ismətini aparacaqdır.

Əgər İslam deyirsə ki, qadın qorxaq olmalıdır, mənası budur ki, yəni qadın ehtiyatla yol getməlidir, qorxa-qorxa yol getməlidir ki, onun səsi naməhrəmə çatmasın. Naməhrəmin qarşısında qorxaq olsun. İffəti üçün qorxmalı. Bunu ona bənzətmək olar ki, bir adamın bahalı bir dürrü, daş-qaşı vardır və həmin adam bilir ki, bu daşın qiyməti milyonlarla ölçülə bilməz, çox qiymətlidir. Ona görə də o, heç vaxt bu daşı cibində gəzdirmir, əgər başqa yerə aparmaq istəsə, onu möhkəm yerə qoyar. Yəni qadının iffəti bu daş-qaşa bənzəyir, o, çox dəyərlidir. O, sənin şəxsiyyətin deməkdir, hər nə qədər iffətin az olsa, şəxsiyyətin də azalar, alçalar və sən şəxsiyyətsiz olarsan. Ona görə də bu bahalı daş-qaşı əldən verməmək üçün qorx, ehtiyatlı ol

Həmçinin simic ol. Yəni iffətində simic ol, yəni ki, Allah eləməmiş, bir dəfə elə bayıra çıxarsan ki, paltarın münasib olmaz, və ya saçların hicabından çıxar və sən ona əhəmiyyət verməzsən və ya naməhrəmlərin nəzərini cəlb edən zinət taxarsan ki, onun səsi və görünüşü naməhrəmləri özünə cəlb edər. İslam deyir ki, bütün bunların hamısı səhv hərəkətdir. Öz iffətində simic ol, yəni həmin daş-qaşına görə simic ol. Yad insana bir təbəssümdə belə simic ol, çünki Allah etməmiş bu təbəssüm sənin iffətinə zərbə vurar və bu zaman abır-həyan aradan gedəcəkdir, ailə düzənin aradan gedəcəkdir və nəhayət bir təbəssüm ilə dünyanı əldən verə bilərsən. Bu zaman təkcə özünü deyil, bütün tayıfanın, nəslinin abrını aradan apara bilərsən. Ona görə çox ehtiyatlı ol.

Böyük ariflərdən biri əxlaq bəhslərinin birində buyurmuşdu ki, insan qırx yaşına çatanda deməli qəbrin başında dayanıbdır və qırx yaş tamam olanda hədislərdə də oxuyuruq ki, mələklərə deyilir ki, onlara qarşı tələbkar olun. Qırx yaşı olmuş qadın və kişi gərək ehtiyat əsası ilə yol getsinlər, yəni hər bir hərəkətlərinə diqqət etsinlər, gərək özlərini qəbrin astanasında hiss etsinlər və əməllərini də buna uyğun etsinlər.

Bu xüsusiyyətlər Fatimeyi-Zəhranın (ə), Xədicənin (ə), Zeynəbin (ə) xüsusiyyətləri olubdur və onlar bu xüsusiyyətlərlə kamala çatıblar, ona görə də kamala çatmaqda bizə yardım edəcək bu xüsusiyyətlərə ciddi fikir verək və onlara əməl etməkdə heç nəyi əsirgəməyək.

İmam Əli (ə): "Hər kim iffətli olsa, günah yükü yüngülləşər və Allahın yanında məqamı yüksələr”.
Allah Təala cəmi möminələri iffət əhlindən qərar versin!

Hazırladı: Məşhədi Xanım,

"Dəyərlər”
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 832 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]