Main » Files » Qadın » İslamda qadınlar |
Qadın və iffət
2012-10-31, 11:12 AM | |
"Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!) "(24/31). "Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur! "(17/32.) "Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan (möminlərdən) dörd şahid tutun! Əgər onlar (bu işə) şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!” (4/15). "İçərinizdən belə qəbih iş görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə, Allah tövbələri qəbul edəndir, (bəndələrini) bağışlayandır!” (4/16). "(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir! "(24/32). "Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar. Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən müəyyən məbləğ pul qazanıb ağasına vemək şərtilə köləlikdən azad olmaq) istəyənlərlə - əgər onlarda bir xeyir (müqavilədəki şərtlərin yerinə yetirilməsi üçün qüdrət) görürsünüzsə - mükatəbə edin. Onlara Allahın sizə verdiyi maldan verin. (Zəkatdan onlara o qədər verin ki, özlərini satın alıb azad edə bilsinlər). Əgər cariyələriniz ismətlərini qoruyub saxlamaq istəsələr, fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin. Kim onları (cariyələri zinakarlığa) məcbur edərsə, (bilsin ki) onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah (zinakarlığa vadar olanları) bağışlayar, rəhm edər. (Zinakarlığa vadar edilən cariyələrin günahı onlar bu işlə öz xoşuna deyil, zor gücünə məşğul olduqları üçün həmin cariyələrin özlərinə deyil, onları pul qazanmaq məqsədilə zinakarlığa sövq edən ağalarının boynuna düşər). "(24/33). "Həqiqətən, Biz (Quranda) sizə (haqqı nahaqdan ayırd edən) açıq-aşkar ayələr, sizdən əvvəl gəlib-gedənlər (keçmiş ümmətlər) barəsində məsəllər (hekayətlər) və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.”(24/34). Hədislər: Peyğəmbər(s) buyurur: "Allahın "Kişilərə qadınlardan daha zərərli bir fitnə (imtahan, sınaq) buraxmadım” –buyurarkən, zina təhlükəsinə diqqət çəkmiş və namusun qorunması xüsusunda məsuliyyəti anlatmışdır”(Buxari, Müslim). Hədisdə gəlmişdir: "(Daha gözəl və mütənasib) qadınlar, şeytanın (daha münasib) alətləri və vasitələridirlər”(İsfəhani). "Dünyanın, xüsusən də qadınların ftnəsindən saqının. Zira, İsrail oğullarında ilk finə qadınlar tərəfindən oldu.”(Buxari). "Hər adəm oğlunun zinadan nəsibi vardır. Gözlər zina edər- zinaları harama baxmaqdır; əllər zina edər-zinaları haramı əlləməkdir; ayaqlar zina edər, zinaları haramın ardına düşməkdir; ağız zina edər- zinası haramı öpməkdir; gəlb zina edər- zinası haramı qəsd və ya təmənna etməkdir. Fərc də ya təsdiq, ya da təkzib edər”(Buxari, Müslim). ” "Allahım, gözümün, qulağımın, ədəb yerimin şərrindən Sənə sığınıram”. İmam Əli buyurur:"Baxış, şeytanın zəhərli oxlarından bir oxdur. Kim Allah qorxusundan (və həya edərək) naməhrəmə baxmazsa, Allah-Taala ona qəlbində zövqünə varacağı bir iman nəsib edər. Hz.Peyğəmbərin(s) Vida həccində qadınlar və namusun qorunması barədə buyurduqları Haydar Baş Vida həccində Hz.Peyğəmbərin qadınlar barədə belə buyurduğunuyazır: "Ey xalq! Sizin qadınlarınız üzərində bir sıra haqlarınız vardır... Siz onları Allahın əhdi ilə aldınız. Onlar sizə Allahın əhdiylə halal olmuşdur. Ey insanlar! Qadınlarınız və mallarınız Allaha qovuşacağınız zamana qədər; bu gün necə müqəddəs bir günsə, bu (həram) aylarınız necə müqəddəs aylarsa, və bu şəhər (Məkkə) necə müqəddəs bir şəhərdirsə, eləcəmüqəddəsdir. Hər birinizin qanı və malı o birisinə haramdır. Qiyamət günündə Allahın hüzuruna çıxacaqsınız. O da etdiklərinizi birər birər sizdən soracaq və müqabilində əvəz verəcəkdir.”(Haydar Baş, "Veda hutbesinde insan hakları”, Fateh-İstanbul, 1993,277s. (bax; s-6). Allahın hətta heyvanlara müyəssər etdiyi namus qorunması insanlar üçün də fitri bir özəllikdir. Eləcə də İlahi qanunlara görə namus, ancaq "şər`i nigah” (kəbin) vasitəsiylə oxunan əqddən sonra halal sayıla bilər. Əks halda qeyri məşru (şə`ri olmayan) münasibələr zinakarlıqdır ki, hər çeşidi haram buyurulmuşdur. Rəsuli Əkrəm(s) "Vida həcci”ndən qayıdarkən oxuduğu "Vida xütbəsi”ndə belə buyurdu: "Sahibindən başqasına aid olduğunu iddia edən qul nankor olduğu kimi atasından başqasına aid soy (mənşə) iddia edən də soysuz (mənşəsiz haramzadə və ya zinazadədir) ki, Allahın qəzəbinə, mələklərin lənətinə və bütün müsəlmanların nifrətinə uğrasın. Cənab Haqq bu cür insanların nə tövbələrini, nə də ədalət və şəhadətlərini qəbul etməz. Belələri Allahın lənətinə düçardırlar. Zina edən üçün məhrumiyyət vardır.” (Haydar Baş, "Veda hutbesinde insan hakları”, Fateh-İstanbul, 1993,277s. (bax; s-113) "Uşaq kimin yatağında tapıldısa (doğuldusa) ona aiddir. Zina edənlərin cəzası bu iş müqabilində onlar üçün Quranla müəyyənləşdirilmiş şəri həddir (müvafiq olaraq qamçılanmaq və ya daş-qalaq olunmaqdır). Onların hesabı Allaha aiddir. (Haydar Baş, "Veda hutbesinde insan hakları”, Fateh-İstanbul, 1993,277s. (bax; s-6-7). islamazeri.az | |
Views: 832 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |