Bazar günü, 2024-12-22, 6:05 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Qadın müharibələrdə iştirak edə bilərmi?
2012-10-31, 11:10 AM
Qadın müharibələrdə iştirak edə bilərmi?


Bəzi İslami rəvayət və göstərişlərdən belə qənaətə gəlmək olar ki, qadınların cihad etməsinə və döyüşə getməsinə icazə verilmir. Bəziləri bunu qadınların nöqsanı və çatışmamazlığı kimi qəbul edirlər, amma əslində belə deyildir. Bunun bir neçə səbəbi vardır:
Birincisi: Döyüş qadınların cismani quruluşu, bacarığı və gücü ilə üst-üstə düşmür və bir-birilərini tamamlamırlar.
İkincisi: Alimlərin bu sözü nisbi xarakter daşıyır və heç kim qadınların döyüşdə iştirak etməsini haram bilmir.
Üçüncüsü: Qadın üçün də kişilərlə eyni dərəcədə olan döyüş və savaş nəzərdə tutulmuşdur və bu savaş qadınların ibadət mehrabına gedərək nəfsi ilə savaşmasıdır. Yəni, mehrab döyüş və savaş yeridir və burada ağıl ordusu ilə cəhalət qoşunu mübarizə aparır.
Dördüncüsü: Qadınların üzərindən cəbhədə döyüşmək məsuliyyəti götürülməsinə baxmayaraq, onların ön cəbhədə yardım çatdırmasına və müalicə etməsinə heç bir qadağa qoyulmayıb. Belə ki, Allahın Rəsulu Həzrət Muhəmmədin (s) müharibələrində bəzi qadınlar bu sahədə fəaliyyət göstərmişlər və imam Zamanın (ə.f) da bəzi silahdaşları qadınlar olacaqlar və onlar da bu sahədə fəaliyyət göstərəcəklər.
Əllamə Təbatəbai buyurur: "Qadınlara cihad etməkdə icazə verilməməsi, yalnız savaş və döyüş sahəsinə aiddir. Qadınların müharibələrdə iştirak edərək yardım göstərmələrinə heç bir qadağa qoyulmamışdır”. (Əl Mizan, cild 2, səhifə 284)
Əllamə Hilli buyurur:
یجوزو اخرج النّساء للانتغاع بهنّ

"Qadınların köməklərindən yararlanmaq üçün onları özünüzlə cəbhə meydanlarına aparın”. (Təhrir əl Əhkam, cihad bölümü, səhifə 134)
Başqa bir yerdə belə buyurur:
و لو اخرج الامام معه العبید باذن ساداتهم و النساء و الصبیان جاز الانتفاع بهم فی سقی الماء و الطبخ و مداواة الخرحی. و کان النّبیّ یخرج معه امّ سلیم و غیرها من نساء الانصار

"Əgər İmam, sahiblərinin icazəsi olmaq şərtilə qullarını, eləcə də qadınlarını və uşaqlarını özü ilə apararsa, heç bir işğalı yoxdur, çünki su gətirmək, yemək bişirmək və yaralıları müalicə etmək sahəsində onlardan bəhrələnmək olar. Həzrət Muhəmməd (s) Ummu Sələmə və digər xanımlarını özü ilə müharibəyə aparardı”. (Təzkirətul Füqəha, cihad bölümü, səhifə 1)
Şeyx Tusi buyurur:
و کان النبیّ(ص)یحمل النساء فی الغزوات

"Peyğəmbər (s) öz xanımlarını həmişə müharibələrə aparardı”. (Əl Məbsut, cihad bölümü, səhifə 5)
Beşincisi: Müşriklərlə müharibə etmək, qadınlardan yalnız birinci mərhələdə götürülmüşdür. Həmçinin bu qadağa müdafiə xarakteri daşıyan döyüşlərə aid edilmir. Çünki belə döyüşlərdə istər kişilərin, istərsə də qadınların iştirakı təxminən bərabərdir. Bunu da qeyd etmək lazımdır ki, bu qanun kişilərin sayı döyüş üçün kifayət etməyəndə qüvvəyə minir”.
Altıncısı: Hamımızın yaxşı tanıdığı müharibələrdə cihad etmək qadınların üzərindən götürülsə də, onlar üçün başqa bir cihad nəzərdə tutulmuşdur və bu da qadınlar üçün cihad sahəsində mövcud olan boşluğu doldura bilmişdir.
Şeyx Kuleyni rəvayətlərin birində qadının cihadını öz həyat yoldaşına yaxşı baxmasında görür. (Foruğe kafi, cild 5, səhifə 9)
Əmirəl-möminin Əli (ə) belə buyurur:
...وجهاد المرية ان تصبر علی ما تری من أذی زوجها غیرته

"Qadının cihadı öz həyat yoldaşının əzab-əziyyətinə və qeyrətinə dözməsidir”. (Foruğe kafi, cild 5, səhifə 9)
Eləcə də Həzrət Muhəmməddən (s) sual etdilər ki, "qadınlar üçün də cihad mövcuddurmu?” O Həzrət (s) buyurdu: "Bəli, amma bu cihadda qətl yoxdur və bu Həcc və Ümrədir”. (Əl Məbsut, Şeyx Tusi, cild 2, səhifə 5)

Materialdan istifadə edərkən WWW.KOVSER.AZ saytına istinad zəruridir!
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 696 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]