Cümə axşamı, 2024-04-25, 8:50 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Qadın geyimi Quran ayələrində və hədislərdə
2012-10-28, 9:27 AM
Qadın geyimi Quran ayələrində və hədislərdə


"Hicab” sözünün leksik mənası hazırda danışıqda istifadə edilən mənadan fərqlidir. Bizim əsrimizdə hicab, geyim mənasını daşıyır. Halbuki lüğət elmində bu söz müxtəlif şəkillərdə mənalanıb. Bu kəlmə dəyişməsəydi, "sətr”, yəni örtük mənasını daşısaydı daha məqsədə uyğun olardı. Çünki "hicab” kəlməsi daha çox pərdə anlamını daşıyışır. Ona görə də hicabı bir geyim kimi qələmə versək, qadının pərdə arxasında qalması, evdə həbs olması kimi anlaşılacaq. (Murtəza Mütəhhəri. Məsəleyi-hicab. Sədra. Əlli birinci çap, Tehran, 1387 ş, səh. 79)

Bütün sadalananlara əsasən, qadının xüsusi görkəmdə geyimi İslam dininin vacibi əməllərindəndir. Quranda "Nur” surəsinin 31-ci, "Əhzab” surəsin 59-cu ayəsində qadınların geyimindən söz açılıb. Öncəki ayədə qadın geyiminin necəliyi kamil şəkildə açıqlanıb. Bu iki ayəyə əsasən, qadın üz və əllərindən başqa bütün bədənini örtməlidir. Əlbəttə, ayaqların örtülməsinin vacibliyi aydınlaşdırılmayıb. Diqqət olunmalıdır ki, qadın üçün Quran və rəvayətlərdə xüsusi bir geyim formasına işarə olunmayıb. Dar olmamaq şərtilə qadın bədəninin hər hansı paltarla örtülməsi kifayətdir. Quran mömin qadınların tanınması barəsində olan nüansı vurğulayır. Onlar cəmiyyətdəki günahdan çəkinməyən şəxslərdən seçilməli və hörmət qazanmalıdırlar.

Nazik (bədən əzalarını göstərən) paltar geyməkdən çəkinmək!

Üsamə ibni Zeyd deyir: Ulu və əziz peyğəmbər (s) Dihyə Kəlbinin Misirdən o həzrət üçün gətirdiyi paltarı mənə hədiyyə etdi və mən onu həyat yoldaşıma geyindirdim.
Bir gün həzrət buyurdu:-O paltarı niyə geyinmirsən? Mən dedim: -Onu öz həyat yoldaşıma geyindirdim.
Buyurdu: -Onda ona o paltarın altından başqa paltar geyməsini əmr et. Çünki, onun bədəninin həcminin bu paltarla məlum olmasından qorxuram.(Əlhicabul əlbani,səh.60)

İslam peyğəmbəri (s) buyurmuşdur:
"Ümmətim axirəz-zamanda libas geyindikləri halda, çılpaq olacaqlar (yəni onların nazik libasları bədənlərini örtməyəcək və haram olan üzvlərini naməhrəmlərdən gizlətməyəcəkdir). Onların başlarının üstə dəvə hürgüclərinə bənzər bir şey olar. (Bəlkədə bu söz qadınların saçlarını başlarının yuxarı hissəsində cəm etmələrinə və bunun kimi müxtəlif saç bəzəmələrinə işarədir). Onlara lənət edin. Çünki, onlar Allahın rəhmətindən uzaqdırlar və cənnətə daxil olmazlar. Hətta çox uzaq məsafədən belə hiss olunan cənnət qoxusunu dərk etməzlər".
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 1059 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]