Cümə günü, 2024-11-22, 1:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Qadın cazibəsi
2012-11-02, 4:21 PM
Qadın cazibəsi


Həyatın daimi qanunlarından biri cazibədir. Öz-özlüyündə inanılmaz qələbələr sahibi, ən böyük fatehlərin qəlblərinə hakim kəsilən, ən güclüləri aciz qoyan qadının gözəllik cazibəsi. Zahirindən asılı olmayaraq qadın olan hər bir məxluqun varlığında zatən mövcud olan əsrarəngiz qüdrət. Bu qüdrət keçilməyən sərhədləri aşmağa qadirdir. Lakin bu cazibə qadına İlahi əmanət olaraq, hər bir nemət kimi, öz yerində (ailə mühitində) məsrəf olması üçün əta edilmişdir.
Gündəlik qayğılardan bir anlıq ayrılıb düşünək: Güzgü önünə nə zaman keçirik? Evdən çıxarkən. Qonaq qarşılayarkən. Yaxud qonaq gedərkən. Ən gözəl tərzdə, məlahətlə nə zaman danışırıq? Qohum-əqrəba, yaxud çoxdan görmədiyimiz dostumuzu görəndə. Elə isə həyat yoldaşınızın könlünü oxşayacaq, gözünü sevindirəcək, gözəl təəssürat oyadacaq cazibəli görünüş gündəlik həyatda varmı, yoxmu? Gözləriylə cəzb olunan qarşı tərəfin eşqi, evə bağlılığı varmı? Varsa, möhkəmdirmi?
Tanışlığınızın, ünsiyyətinizin ilk çağlarını xatırlayın. O zamanlar deyəcəyiniz hər bir sözün xoşluğuna, geyəcəyiniz hər bir libasın görünüşünə daha çox diqqətli idiniz. Bu, ilk və xoş təəssürat üçün önəmli idi. O zamanın eşq fəzası da daha təravətli idi!
İndi eyni fəzanı yenidən ailədə canlandırıb, yoldaşınızı sizi görməyə səbirsizlənib həyəcanlandırmaq istərdinizmi? Bununla şəxsi münasibətlərinizdə bir zərif yenilik, bir incəlik duyulacaq.
Bəs nədən başlamalı? Güzgüdən! Ən azı bu hədisi güzgünüzün yanına yaddaş kimi yaza bilərsiniz.
İmam Sadiq (ə) buyurub: "Qadına vacibdir ki, sahib olduğu ən gözəl ətirlərlə özünü həyat yoldaşı üçün ətirləndirsin. Onun üçün ən gözəl paltarını geyinsin və onunla gözəl surətdə davransın”.
Unutmayın ki, gündəlik bir-birinizi görmək, bir-birinizi görməyəcək qədər təkrarlanmaq anlamına gəlmir. Arxayın olun, əgər siz onu gülər üzlə qarşılayıb, şirin dillə dindirsəniz, bütün həmçinin bunlarla yanaşı cəzbedici üsullara da riayət etsəniz, yoldaşınızın evə qarşı mehribanlığının artmasını tezliklə hiss edəcəksiniz.
Qeyd etməli daha bir məqam da vardır. Bunların hamısı səmimi şəkildə olmalıdır. İnsanları bir-birinə çəkən gözəl əxlaq, qarşılıqlı anlaşma və güzəştdir. Bu xislətlərdən minlərlə digər nöqtələr başlanır.
Qadın daima özünə vaxt ayırmağı bacarmalıdır.
Baxmayaraq ki, ev işləri, övladlara baxmaq və s. bu kimi məşğuliyyətlər qadının bütün zamanını alır, xanımlar istəsələr, özlərinə vaxt ayıra bilərlər. Sizin özünüzə sərf etdiyiniz hər bir an ailə ocağınızı isitməyə kömək edəcəkdir. Özünüzə fikir vermək məişətin adi vərəqini çevirəcək, çiçək ətirli mehi evinizə dolduracaqdır. Sizin olduğunuz yer həmişə arzu olunan, təravətli və xoş olacaqdır.
Əgər İslam dini kişilərə naməhrəmə baxmağı qadağan edirsə, qadınlara da zinətlərini örtməyi buyurur. Bu hökmün əsl məqsədi ailələri qorumaqdır. Evdən kənarda gözlərini yuman yoldaşınızı evdə öz gözəllik və zinətlərinizlə sevindirin. Ailədə ən cazibəli xanım olun ki, bunun möcüzəsini öz yoldaşınızın rəftarında tezliklə hiss edəsiz! Ən azı yoxlamağa dəyər. Nə deyirsiz?!

kovser.az
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 833 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]