Main » Files » Qadın » İslamda qadınlar |
Nurun gəlişi
2012-11-02, 4:44 PM | |
Allahın adı ilə! İslam dünyasında Əyyami-Fatimiyyə kimi tanınan, İslam Peyğəmbərinin (s) əziz qızı, canının bir parçası, barəsində "Fatimə mənim canımın bir parçasıdır”- dediyi Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günləri arxada qaldı. Qarşıdan Xanımın (s.ə) səadətli, nurani və mübarək təvəllüd günü gəlir. Hicri təqvimi ilə Cəmadiul-Axir ayının 20-də (Bu il may ayının 12-də) İslam Peyğəmbərinin (s) evində, vəhy xanədanında, mələklərin gəldiyi nurani və bərəkət mənbəyi olan bir evdə bayram yaşandı. Bu bayram İslam Peyğəmbərinin (s) bayramı idi. Bu mayram peyğəmbərsevərlərin bayramı idi. Bu necə bayram etməyək ki, bu gün də, İslam Peyğəmbəri (s) sevinib, O Həzrətə (s) gözaydınlığı verməyə gələnlər Onu (s) təbrik ediblər. Bu gün o ev daha çox çiçəklənib, ətirlənib, behişt ətri ilə zinətləndirilib. Nurani təbrik! Leksikonumuzdakı "təbrik”, "mübarək” kəlmələri "b”, "r” "k” (ərəb həriflərindən olan "bə”, "ra”, "kəf”) kökündən alınıb ki, mənası "bərəkət” deməkdir. Bu günün bərəkəti, təbrikinin, gözaydınlığının qaynağı isə həmin gün nitqi, nəqli, əqli, feili, moizəsi, laylası bərəkət, nuraniyyət olan bir insan dünyaya gəlib. Sonralar paklığa, dünya və Axirət səadətinə nail olmaq istəyənlər o mübarək və nurani insandan – Xanım Zəhradan (s.ə) ibrət alacaqdılar. O Həzrətin (s.ə) əxlaqından istifadə etmək şərəfinə nail olacaqdılar. Bu günün münasibəti ilə bütün dünya müsəlmanlarını, başda Zamanın Sahibi Həzrət Bəqiyyətullah İmam Məhdi (Allah şərif zühurunu tezləşdirsin!) olmaqla- təbrik edirik, "bayramımız mübarək olsun!”- deyirik. Hicab içində hicab! Nur üzərinə nur! O Xanım (s.ə) hicab içində hicabdır. O Xanım (s.ə) nur üzərinə nurdur. İk idünya Xanımıdır (s.ə), iki dünyanın səadəti O Xanımdadır (s.ə). O zamanlar ərəb camiəsinə cəhalət hakim olmuşdu və ərəb ailələrində qız uşağı dünyaya gələndə ataları xəcalətdən günahsız qız uşaqlarını diri-diri gömürdülər. Məhz, İslam Peyğəmbərinin (s) qızı Həzrət Fatimeyi-Zəhraya (s.ə) olan məhəbbəti, sevgisi bu cəhaləti darmadağın etdi. Məhəbbəti-Zəhra (s.ə) İslam təkcə ərəb camiəsinə deyil, bütün dünyaya sevgi dərsi, eşq yolu göstərdi. Zəhra (s.ə) əmanəti hicab! İslam tarixində Xanım Zəhranın (s.ə) nurlu təqdimatında belə bir hadisə bütün pak, iffətli xanımlara bir ibrət dərsidir; Bir gün kor bir kişi İslam Peyğəmbərinin (s) evinə daxil olur. Xanım Zəhra (s.ə) örtünür. İslam Peyğəmbəri (s) sonra Xanımdan (s.ə) bu barədə sual etdikdə, Xanım Zəhra (s.ə) " o kişi kor idi, mən ki, yox!”- deyə cavab verir. Bu "Mən əxlaqi dəyərləri tamamlamaq üçün göndərildim” deyən İslam Peyğəmbərinin (s) bu hadisədən sonra, haqqında "Sən mənim canımın bir parçasısan!”- deyə buyurduğu bir insandır, insanlığın özüdür. Xanım Zəhra (s.ə) İslam Peyğəmbərinin (s) gözəl əxlaqının və nurani əməllərinin təcəllisi, təcəsssümü idi. Son duamız: Allah-Təala bizləri Xanım Zəhra (s.ə) izi ilə addımlayanlardan qərar versin, dünya və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salamsın! Amin! ihq.az | |
Views: 830 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |