Main » Files » Qadın » İslamda qadınlar |
Müqəddəs kitabda "Qadın" haqqında
2012-11-02, 4:50 PM | |
Müqəddəs kitabda "Qadın" haqqında " Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınız himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayan və mehribandır. " (Nisa surəsi 23) Ayənin nazil olma səbəbi: Bu ayədə məhrəmlərə, yəni, evlənmənin haram olunduğu qadınlara işarə edilib. Bunun əsnasında, məhrəmlik və izdivacın haramlığı üç yolla hasil olur: 1. Doğum səbəbilə (nəsəbi məhrəm); 2. İzdivac səbəbilə (səbəbi məhrəm); 3. Süd əmmə səbəbilə (rizayi məhrəm). Əvvəlcə yeddi dəstədən ibarət olan "nəsəbi məhrəm " lərə işarə edilib. Buyurur: " Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları ilə (evlənmək) sizə haramdır. Diqqət etmək lazımdır ki, " ana " da məqsəd yalnız, insanın doğma anası deyil, nənəsi, anasının nənəsi, atasının nənəsi və onun kimilər də aiddir. Həmçinin, " qız " da məqsəd yalnız, vasitəsiz olan öz qızı deyil, bəlkə də, qızının və oğlunun qızı və başqa övladlarının qızlarına da aid olur. O biri beş dəstə də həmin qaydada geniş mənaya malikdir. Sonra " rizayi məhrəmlərə " (süd əmməklə məhrəmlərə) işarə edib, buyurur: " Süd analarınız və süd bacılarınız sizə haram olundu. " Bü ayənin təfsiri Axırıncı mərhələdə üçüncü dəstə məhrəmlərə işarə edərək onları bir neçə ünvanda bəyan edir: 1. " Və arvadlarınızın anaları " Yəni, insan hər hansı bir qadınla nikah bağlayıb evlənən kimi onun anası, anasının anası axıra qədər hamısı ona əbədi haram olur (onlarla evlənə bilməz). 2. " Və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək sizə haram edildi " . Ayənin davamında isə buyurulur: " Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün haram deyildir " . 3. " Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək (sizə haramdır) " . Əslində " öz belinizdən gələn oğullarınız " ifadəsi cahiliyyət dövründə adət halını almış (oğulluq və onun hökmü) səhv qanunun üstündən batil xətti çəkir. 4. " İki bacını birlikdə almaq da sizə haramdır. " Cahiliyyət dövründə məhrəmlərlə evlənmək və iki bacını almaq adət halına düşmüşdü və çoxları bu cür işi edirdi. Quran yuxarıdakı cümlədən sonra buyurur: " Yalnız keçmişdə (cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır " . Yəni, əgər bəziləri bu qanun nazil olmamışdan əvvəl bu cür evləniblərsə, onların cəzası yoxdur. Qanun verildiyi vaxtdan qüvvəyə minir. Qanuna qədər iki bacı ilə evlənənlər günahkar sayılmasa da, bu qanun verildikdən sonra bacılardan biri boşanmalıdır. Ayənin axırında buyurur: " Allah bağışlayan və rəhm edəndir " . azadxeber.az | |
Views: 1066 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |