Main » Files » Qadın » İslamda qadınlar |
Mömin qadınla cahil qadının müqayisəsi
2012-10-26, 5:38 PM | |
And olsun nəfsi (insanı və ya insan nəfsini) yaradana; sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. ("Şəms” surəsi, ayə 7-10) Allah-Taala bu ayələri ilə bildirmək istəyib ki, insan Quran ayələriylə idarə olunmadığı təqdirdə, nəfs insanı sərhəd tanımayan pisliklərə sürükləyər. İnsan yalnız Allah qorxusu və axirət inancı sayəsində bu pisliklərdən çəkinə bilər. Bu xüsusiyyətlər olmadıqda insan dünyada etdiklərinə görə axirətdə cavab verəcəyini düşünmədən hərəkət edər və nəfsinin istəklərini yerinə yetirməkdən qorxmaz. Niyyəti hər nə qədər pis də olsa, o, bundan çəkinmək üçün tutarlı bir səbəb tapa bilməz. Əgər nəfsi ona hirslənməsini ilham edərsə, o, dərhal bu təlqinə qapılar. Ya da qısqanclıqdan qarşı tərəfə pis münasibət göstərməsini təlqin edirsə, o, bunu da dərhal tətbiq edər. Nəfsi hirsini, ya da qısqanclığını tənəli sözlər söyləməklə, lağ etməklə, böhtan atmaqla, yalan danışmaqla, intriqa yaratmaqla, ikiüzlülük etməklə göstərməsini istəyərsə, o, bütün bunları heç düşünmədən dərhal edər və bunları tətbiq etməkdən də heç qorxmaz. Çünki Allaha hesab verəcəyini düşünmür. Halbuki bunların hamısı, Allahın ayədə bildirdiyi kimi, nəfsin insanları çağırdığı sərhəd tanımayan pisliklərindəndir. İnsan nəfsinin təlqinlərinə tabe olaraq hərəkət etdiyi zaman insanların nəzərində böyümür, əksinə kiçilir. İçindən gələn duyğuların pis olduğunu bildiyi halda, nəfsin insanı idarə etməsi o insanın zəif olduğunu və vicdanla hərəkət etmədiyini göstərir. Yetkin ola bilməmək, nəfsinin istəkləriylə zidd olduğu təqdirdə ağıllı və məqbul hərəkət etməmək insanları hörmətdən salır. Halbuki nəcib və gözəl olan, Allahın ayədə bildirdiyi kimi, nəfsin bütün bu pis təlqinlərindən çəkinmək və vicdanla rəftar etməkdir. Bu, əmək tələb edən olsa da, eyni zamanda insanı ucaldan, böyüdən, insanların hörmətini və sevgisini qazandıran bir əxlaqdır. "(Qadının əri) Yusifun köynəyinin arxadan cırıldığını gördükdə dedi: Bu sizin (siz qadınların) hiylələrinizdəndir. Doğrudan da, sizin hiyləniz böyükdür!” ("Yusuf” surəsi, ayə 28) Allah Quranın bu ayəsiylə qadınların "hiylə qurmağa münasib” xarakterlərinə diqqət çəkmişdir. Cahiliyyə əxlaqını yaşayan bəzi qadınlar hadisələr qarşısında ağıllı yollara müraciət etmək əvəzinə, bunları hiylə quraraq, fitnəylə, yalan danışaraq həll etməyə çalışırlar. Şeytanın vəsvəsələrinə tabe olduqları üçün dürüstlüklə, açıq ürəklə, səmimiyyətlə təhlil edilməli olan mövzularda ikiüzlü və hiyləgər üsullara əl atırlar. İmanlı qadın isə Allahdan qorxduğu üçün cahiliyyə qadınlarının bu əxlaqından tamamilə uzaqdır. Cahiliyyə əxlaqını mənimsəyən qadınlarda görülən xüsusiyyətlərdən bir başqası isə qısqanclıqdır. Cahiliyyə cəmiyyətlərində bəzi qadınlar bu əxlaqı da çox yaşayırlar. Bu da onların şübhəli hərəkətlər etmələrinə, küsəyənliyə və bitib-tükənməyən mübahisələr yaşamalarına səbəb olur. Bu həyat tərzi isə onları bədbəxtliyə aparır. Qısqanclıqları ucbatından həm özlərinə, həm ətrafdakılara, həm də sevdikləri insanlara maddi-mənəvi baxımdan böyük zərər verirlər. İmanlı qadın isə bu xüsusiyyətin insanı həm dünyada, həm də axirətdə hörmətdən salacağını və böyük itkilərə səbəb olacağını bilərək nəfsinin bu xüsusiyyətlərindən çəkinir. Cahiliyyə cəmiyyətlərində bəzi qadınların sahib olduğu pis xüsusiyyətlərdən biri də lağlağıçılıqdır. Allah "Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan (Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd eləməsinlər.Bəlkə, rişxənd olunanlar rişxənd edənlərdən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin, eyb tutmayın və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və s.) çağırmayın…” ("Hucurat” surəsi, ayə 11) ayəsi ilə qadınlara bir-birinə lağ etməməyi, pis ləqəblər qoşaraq hörmətdən salmamağı tövsiyə etmişdir. Cahiliyyə əxlaqına sahib olan qadınlar axirəti düşünmədikləri üçün lağ etməkdə, insanların qüsurlarını əyləncə mövzusuna çevirməkdə qəbahət görmürlər. Məsxərəni pis hərəkət olaraq deyil, bir növ "zarafat tərzi” olaraq qiymətləndirirlər. İnsanları məsxərəyə qoymaq bəzən qaş-göz işarələri, bəzi üz mimikaları, ya da əl hərəkətləriylə ifadə edilir. Bəzən isə bu mimikaların əvəzini pıçıltıyla etdikləri danışıqlar alır. İmanlı qadın isə bu və buna bənzər hərəkətlərin heç birini etmir. Bütün bunların Allahın razı olmadığı, insanı hörmətdən salan, nəciblikdən uzaqlaşdıran və şəxsiyyətini zədələyən davranışlar olduğunu bilir. İmanlı qadın Quran əxlaqına tabe olmağın insanı daim ən üstün mövqeyə gətirəcəyini bilərək, bu xarakterində qətiyyətli olur. Bunlarla yanaşı Allah başqa bir ayədə də "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir”. ("Hucurat” surəsi, ayə 12) zənnə qapılmağın, qeybət qırmağın, bir-birlərini güdməyin səhv olduğunu xatırlatmışdır. Müsəlman qadın bu mövzuda da diqqətlidir və daim bu davranışlardan çəkinir. Quran əxlaqını yaşadığı üçün hər an səbirli və təmkinli olur. Məsələn: hirslənəcəyi vəziyyətlə qarşılaşdığında hirsini boğur. Ya da qarşısındakı insanların bir qüsurunu gördüyü zaman ona əsla məsxərə etmir, əksinə onu ən gözəl şəkildə düzəltməyə çalışır. Bir başqasının özündən üstün olan bir xüsusiyyəti varsa, onu qısqanmaq əvəzinə gözəl tərzdə tərifləyir. Qarşılaşdığı hər münasibətə ən gözəl qarşılığı verməyə çalışır, Quran əxlaqına uyğun tərzdə hərəkət edir. Qarşısındakı insanlar ona qarşı xoş olmayan tərzdə cavablar versələr belə, o, yenə də təmkinli davranır, nəcib qadınlara məxsus davranış nümayiş etdirir. Kover.az | |
Views: 810 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |