Şənbə günü, 2024-04-27, 5:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Ləyaqətimiz varmı Həzrəti Zəhradan deyək?
2012-11-02, 5:01 PM

Ləyaqətimiz varmı Həzrəti Zəhradan deyək?

Elmini gizlədən Alim qıtlığı.

Mütəal Allahın adı ilə

Azadxeber.az saytı İmam Əsr Höccət ibnil Həsən Əskəri (ə.f.ş)-ə və bütün Həzrəti Fatimətəz Zəhra aşiqlərinə baş sağlığı verir. Allah Mütəal bizləri xanım Fatimənin yanında üzü qara olanlardan etməsin inşallah.

Son zamanlar Azərbaycan ruhaniləri və sıravi dindarları, nədənsə tez-tez xütbələrində təkəbbürlükdən və yaxud səmimiyətdən söz açırlar. Axır nöqtəyə çatanda mərcəiyət deyə car çəkirlər. Vəhdətdən söz açırlar. Görəsən nədir vəhdət? Bilən varmı? Bir zamanlar Mövsümləri, Taleləri, Abgülləri, sözlərinə görə ittiham edənlər indi, ya onlara görə narahatdırlar, yada özlərini narahat kimi qələmə verirlər. Nəisə Allah bilən məsləhətdir. Elmli olub mıxa-nala vurmaqdansa, ağıllı olub kişi kimi hərəkət etmək daha fəzilətlidir. Maraqlıdır bu nüfuzlu ruhaniyət və özlərini ağıllı sayan dindarlar, Əyyami Fatimə günlərini əzadarlıqda necə keçirirlər? Hansı Fatimə (s.ə)-yə göz yaşı tökürlər. Azərbaycanda en qədər İslama zərbə dəydi. Məscid, Hicab və sair. İndi də Metropolitendə Hicab qadağan edilib. Bu Ruhaniyət və dindar kəsim niyə susur? Bir Ruhaniyə mesaj yazıb deyillər ki, ay Hacı belə məsələ ortaya çıxıb. Cavabında yazır ola bilməz. Digəri mediyada bu xəbəri oxuyur amma bu haqda susaraq, müxalifətin problemini qabartmaqdan savayı bir şey yazmır. Soruşanda da deyirlər ki, siz nə bilirsiniz bizlər nə iş görürük. Siz ancaq zərbə vurursunuz. Qoyun camaat işini görsün. Ay başınıza dönüm nə iş görürsünüz ki, belə zərbə-zərbə dalınca dəyir. İnsan Dünyaya məst olunca elə hey bəhanələr arxasıycadır. Bəzi İslami mediyalar da vəhdətdən dəm vurur amma həsəddənmi deyim, təəssübkeşlikdənmi deyim nədənmi deyim bilmirəm. O qədərdə tanınmayan fəqət özünü Dininə fəda edən saytların xəbərini verməkdən çəkinərək, orada ki, xəbəri digər tanınmış saytdan kopyalayır istinadı da kopyaladığı sayta verir. Və yaxud digəri o saytdan xəbəri oğurlayaraq içində əlavələr edib özününkü kimi qələmə verir. Budurmu vəhdət? Budurmu dedikləri səmimiyət? Nə edəcəklər Həzrəti Zəhranın hüzurunda maraqlıdır. Allah qorusun və aqibətimizi xeyirli etsin inşallah. Əlbət ki, bir misal var toxun acdan nə xəbəri. Həzrəti Zəhranın əmanətini qoruya bilmirik, görən orada olsaydıq özünü necə qoruyardıq? Başımızı konfranslar, görüşlər, müsahibələr, aylıq gələn pullar qatıb vallah. Minbər əhli fəqət təqvadan və halal ruzi qazanıb ailənin ehtiyacını ödəməkdən başqa rəvayət nəql etmir. Yetmədimi o dövür ki, Malik-Əştərin şücaət və fədakarlığından danışılsın. Muxtarnamənin kitabını oxuyub Muxtar Səqəfinin həyatı ilə maraqlanmaq onun haqda çəkilmiş filmə baxmaqdan əfzəldir mənin fikrimcə. De niyə? deyim bax buna görə qardaş. Muxtrın həyatını oxuyanlar filminə baxanlardan fəqlənir. Çünki Muxtarın həyatında ibn Ziyadın rolu və manevirləri tam verilməyib heç verilə də bilməz. Həmçinin Şimrin və Ömər Sədin. Allah hamısına lənət etsin. Amma filmində bunların hiylələri və siyasi manevirləri əks edilib. Nədənsə bu müsəlmanlar Muxtarnaməyə baxandan sonra qarşı tərəfin manevirləri ilə daha çox hərəkət edirlər nəin ki, Muxtarın. Bax elə buna görə belə qənaətə gəlmək olar ki, kitabı filmindən əfzəldir. Bəlkədə çoxları bu məqaləni oxuyanda savadsız və boş-boş danışıqlar olduğunu deyəcək. Axı ruhaniyət kəsim və bəzi dindarlar elit təbəqəyə aiddirlər. Filanlarla görüşüb dərdləşirlər. İşlər görürlər. Maşallah olsun. Vallah əvvəlki sözümü təkrar etmək istəyirəm. Elmli olub mıxa-nala vurmaqdansa, ağıllı olub kişi kimi ya hə ya yox demək daha əfzəldir. Ay ümmət nəqədər ki, özlərini digərlərdən ağıllı sayan ruhaniyətimiz varsa bizlər elə hey zillətdə yaşayacağıq. Nəqədər ki, bizim işlər, sizin işlər deyənlər varsa zillətdə yaşayacağıq. Allah bunları hidayət etsin. Bir əziz tələbə ruhani qardaşın gözəl bir sözü hələ də qulağımdadır. Ondan soruşdum bir zaman ay mömin! niyə İslama gələndə bu cavanlar əxlaqdan başqa, susmaqdan başqa bir şey əldə etmirlər? Əxlaqda zahiridir elə başa düşməyin ki, İrfan nə bilim nə? Yox zahiri əxlaqdan danışıram. Nə isə bu sözü soruşanda həmçinin dedim ki, mən bir-ikisini tanıyıram cahilliydə vurub-tutan şücaətli birisi idi. Elə ki, namaza gəldi san ki, bu insan ölüb qardaş. Allhın haqqı tapdalanır amma bunun tükü tərpənmir. Tələbə Ruhani ərz etdi ki, ay Məşədi, hər şey müəllimdən asılıdır. Müəllimi necə dərs veribsə o cürdə gedir. Əgər digər müəllim rastına çıxırsa ya o biri ilə gözə-göz gəlməlidir yada ki, ümumiyətlə heç bir müəllim qəbul etməməlidir. Və birisi ilə də kifayətlənməlidir. Nə pakizə bir söz oldu mənimçün. Bəh-bəh. Ləzzət aldım bu sözdən. İndi görünür bizim Azərbaycanda ki, əksər ruhani müəllimlər təqva, sileyi rəhm, ruzi və başqa dərslər keçirlər. Fəqət şücaət və mücahidlikdən savayı. Mən bəndeyi həqirin fikrincə Həzrəti Zəharnın hüzuruna dildə Sübhanallah zikri ilə çıxmaqdansa, qəlbən Ləbbeyk ya Əba Əbdillah zikri ilə çıxmaq o əziz anamızı xoş hal edər inşallah. Əssəlamu aleykum və rəhmətullah.

Əba Əli Əkbər
azadxeber.az
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 964 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]