Cümə günü, 2024-11-22, 1:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

İSLAMDA QADININ YERİ -3
2012-11-02, 4:46 PM
İSLAMDA QADININ YERİ -3


Köhnə mədəni millətlərin ortaq qanun və qaydalarında qadın bu mövqeyə sahib idi. Yəhudilik və Xristianlıq baxımından isə əllərində olan ilahi kitabları Tövrat və İncil lazımınca qadının cəmiyyətdəki yeri az qala mədəni millətlər cəmiyyətində olduğu kimidir.
Lakin bu müqəddəs kitablardakı ortaq nöqtə budur: Qadının qətiliklə kişinin səviyyəsinə çata bilməz, qadının ictimai və dini ağırlığı kişinin ictimai və dini ağırlığından olduqca aşağıdır.
İlahi olmayan digər dinlərdə isə qadının dini əməllərinin ya heç ya da çox əhəmiyyətli bir dəyəri yoxdur.
Üçüncü mərhələ: İslamın qadın üçün ifadə etdiyi mühitdir; bu məqalə də xülasəylə bunu açıqlamaq üçün yazılmışdır.
İslam dini qadını bir insan fərdi sayma və -tam mənasıyla- insan cəmiyyətinin bir parçası bilmiş və ona bir insanın təsir, iradə və əməli miqdarında insan cəmiyyətində tapa biləcəyi ağırlığı vermişdir.
İslamın qadın haqqındakı görüşünün işıqlığa qovuşması üçün bunu xatırlatmamız lazımdır ki, biz indi müxalif siyasi küləklərinin əsdiyi, zidd və ziddiyyətli tebliğat dalğalarının vuruşduğu bir mühitdə yaşamaqdayıq; içimizə iztirab, vəhşilik və qorxu salaraq doğru düşünməmizə mane olmuşlar, müstəqil və doğru düşüncəyə uyğun gəlilməsi lazımdır deyə Allah vergisi olan fitri məntiqimizi kor-koranə təqlidə çevirmişlər.
Bir tərəfdən orta çağda kilsənin əsrlər boyu sürüb gedən diktator tərəfindən metodu, məntiqsiz və zorba təlimləri, bir çox düşüncələri canlı canlı torpağa basdırdı,milyonlarla günahsız canı işgəncə altında öldürdü əsassız və zəif təşkilatının vəziyyət və mövqesini qorumaq üçün özünə ən təhlükəli rəqibi saydığı İslam dinini hər cür böhtanla günahlandırdı və tamaşaçılarına onu ən çirkin inanc deyə tanıtdı və bu müqəddəs dinin bütün gözəl həqiqətlərini ən çirkin şəkildə göstərdi.
Kilsənin həddindən artıqlıq və axmaqlıqları elə bir yerə çatdı ki son əsrlərdə Avropalılar sənaye hərəkətiylə birlikdə özlərində tapdıqları düşüncə inqilabıyla kilsənin dünyaya hökm edən gücünü alıb Rum kilsəsinin dörd divarı arasında məhdudlaşdırdılar.
Kilsə inancının əsrlərcə axmaqlıqları, etdikləri yükləmə və zorbalıqları zehinlərində elə pis bir təsir buraxdı ki artıq din gerçəklərini bir ovuc xurafat saydılar, "din" terminiylə "kor-koranə təqlid" terminini sinonim bildilər və bu inanc hələ də davam etməkdədir.
Əlbəttə öz dinlərinə qarşı belə bir duyğuya sahibkən o qədər pis təbliğatdan sonra digər dinlərə və xüsusilə İslam dininə qarşı necə bir duyğuya sahib olacaqları da aydındır.
Digər tərəfdən Avropa millətləri elm və sənayedə irəliləməklə əldə etdikləri böyük güclə dünyanın digər qitələrini fəth etmə, siyasi fəaliyyətlərini, iqtisadi güclərini artırmaq və genişlətmək üçün hər vəsilədən faydalandılar və nəhayət tam bir müvəffəqiyyətlə xalqın özlərinin elmi və əməli -üstünlüklərinə razı saldılar,
Avropa həyatı xaricində bir həyatın heç bir dəyəri olmadığını, məlumatsız və cahil keçmişlərinin xurafatlarını təqliddən başqa bir şey olmadığını dəqiqləşdirdilər. Şüuru olan hər kəs Allah vergisi olan məntiqini ayaqlar altına almalı, heç etiraz etmədən və səbəbini axtarışdan Avropa həyatını izləməlidir.
Qərb təbliğatı tam bir müvəffəqiyyətlə zehinlərimizə bu məntiqi işlədi: Dünya adı verilə biləcək tək yer qərbdir, insan deyilə biləcək tək adam qərblidir və insanı səadətə çatdıra biləcək həyat da Avropa həyatıdır.
Ziyalılarımızın məntiqi budur. Din hökmlərimiz və köhnə ictimai qaydalarımız günümüz dünyasıyla uyğun gəlməz. Bizim dünyaya yaraşan qanunlara ehtiyacımız var. Bu gün mədəni dünya filan metodu istifadə etməkdədirlər (bu cümlələrdə dünyadan məqsəd qərb və dünya xalqından məqsəd isə qərblilərdir)...

tebyan.net
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 727 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]