Bazar günü, 2024-12-22, 6:01 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

İslam və xristianlıqda subay qalmaq
2012-10-31, 11:08 AM
İslam və xristianlıqda subay qalmaq

Xristianlıqda rahiblik və mücərrədlik (subay qalmaq)
Xristianlıqda, xüsusən də katolik məzhəbində evliliyin müqəddəs addım kimi qiymətləndirilməsinə baxmayaraq, ailə qurmamaq və tək yaşamaq da çox yüksək dərəcədə qiymətləndirilmişdir. Belə ki, Həzrət İsanın (ə) davranışlarına nəzər salan məsihi rahibi ailə qurmaq və müştərək həyat yaşamaq ləzzətini yaşamaqdan uzaqlaşır və özünü tam olaraq Allaha ibadət etməyə sərf edir. Xristianlığın ilk illərində ailə qurmaq, ümumiyyətlə mövcud deyildi və deyilənlərə görə Həzrət İsa (ə) tək yaşamağın tərəfdarı olub. Güya o Həzrət (ə) belə buyurub: "Sizlərdən cinsi əlaqəyə girməmək istənilmişdir və mən də sizə deyirəm ki, hər hansı bir qadına pis nəzərlərlə baxan şəxs, ürəyində zina etmiş sayılır.” Müqəddəs kitabın təlimlərinə və Həzrət İsanın (ə) həyat tərzinə istinad olunaraq tək həyat tərzi yaşamaq xristianlıqda dünyadan uzaqlaşmağın ən yaxşı yollarından, rahiblik metodlarından və Allahın razılığını qazanmaq üçün ən yaxşı yol kimi qəbul olunmuşdur. Elə bu səbəbdən də, xristian alimləri belə həyat tərzinin daha yaxşı olmasına təkid edərək, onları rahibliyə və tək yaşamağa həvəsləndirirdilər. Müqəddəs Pavel məktublarının birində belə yazır: "Ailə qurmamış insanlarda İlahi sevgi vardır və onlar Allahın razılığını qazanmaq üçün yaşayırlar. Ailə qurmuş insanlarda dünya sevgisi vardır və onlar öz qadınlarının razılığını qazanmağa çalışırlar.”
Ailə qurmamaq və təkliyə qapanma ənənəsi xristianlıqdan öncə də müxtəlif dinlərdə mövcud olmuşdur, amma fərq bundadır ki, həmin dinlərin davamçıları bu əməli pak yaşamanın çıxış yolu və pak düşüncələrinin gücləndirilməsi sahəsindəki çıxış yolu kimi qələmə vermirdilər. Məsələn, bəzi qəbilələrdə qızların ailə qurmasına icazə verilmirdi, onlar bakirə olaraq saxlanılırdı və dini mərasimlərdə onlardan istifadə olunurdu. Amma xristianlıqda ailə qurmamaq ruhani bir yön aldı. Qadınların subay və tək yaşamaları üçün gətirdikləri ən birinci bəhanə, onların öz bakirəliklərini saxlamaqla Allaha daha yaxın olmaları və hələ məhkum olunmamış Həvvaya daha çox bənzədikləri söylənildi. Xristian qadınların təklik və subaylığı seçmələrinin başqa bir səbəbi isə bu olub ki, insan düşüncəsini yalnız Allaha aid etməli və özünü yalnız Allaha sərf etməlidir. ”
Sonda bunu da qeyd etmək lazımdır ki, xristianların və kilsənin ailə qurmaqdan üz döndərmək və pak yaşamaq üçün tək yaşamanı üstün tutmaq etiqadı İsanın (ə) doğru təlimlərindən daha çox Həzrət İsa ilə (ə) eyni dövrdə mövcud olan yəhudi firqələrinin dini təriqətlərindən və şəxsən Pavelin kilsəyə olan ilk təlimlərindən təsir almışdır. Böyük ehtimala əsasən, Həzrət İsa ilə (ə) eyni dövrdə mövcud olmuş "Kemdan” firqəsi dünyada subay yaşamağı və bütün zehnini Allaha itaət və ibadətə sərf etməyi öyrədirdi. Tək və subay yaşamağı təbliğ edən fələstinli yəhudilərin belə düşüncə tərzi insana Allahdan savayı heç kimə könül bağlamamağı öyrədirdi və belə düşüncə tərzi xristianların cinsi əlaqələrinə güclü təsir göstərdi. Kilsənin təbliğ etdiyi subay qalmaq və ailə qurmamaq barəsindəki bir çox məsələlər Pavelin karantiyalılara ünvanladığı məktubdan götürülmüşdür: "Kaş ki, hamınız mənim kimi tək yaşaya bilərdiniz.”

İslamda mücərrəd və tək yaşamaq məsələləri
Müqəddəs İslam dini ailə qurmamaq nəticəsində meydana çıxan pislik və pozğunluqları açıqlayır və ailə qurmağa ciddi şəkildə təkid göstərir. Elə bu səbəbdən də, ailə qurmaq İslam dinində olduqca müqəddəs addım və ailə qurmamaq olduqca pis addım kimi qiymətləndirilir. Bu xristianlıqda təbliğ edilən və insanı ruhi kamilliyə aparan rahiblik baxışları ilə tam ziddir. Allah-Taala Qurani-Kərimdə xristianlıqda mövcud olan və ailə qurmamağın ən əsas hissəsi olan rahibliyi bidət hesab edərək, onu rədd etmişdir.
İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) buyurduqlarında və həyat tərzində də ruhi təkamülə çatmaq üçün ailə qurmamağın və rahibliyi seçməyin düzgün olmaması tam olaraq təsdiqlənmişdir. "Maidə” surəsinin 88-89-cu ayələrinin nazil olma şəni barəsində qeyd olunmuşdur ki, İslam peyğəmbəri Həzrət Muhəmmədə (s) onun səhabələrindən olan Osman ibn Məzunun öz həyat yoldaşı ilə cinsi yaxınlıq etməyəcəyinə and içməsini və həyatını ibadətə sərf edəcəyini xəbər verdilər. Həzrət Muhəmməd (s) bütün insanların məscidə toplaşması əmrini verdi. İnsanlar məscidə toplaşdıqdan sonra Həzrət Muhəmməd (s) Allaha həmd və şükür oxuyaraq buyurdu: "Niyə sizlərdən bəziləriniz pak şeyləri özünüzə haram edirsiniz? Mən öz sünnətimi sizə açıqlayıram və deyirəm ki, ondan üz döndərən kəs məndən deyil. Mən gecənin bir hissəsini yatıram və həyat yoldaşlarımla yaxınlıq edirəm, bütün günləri oruc tutmuram. Agah olun və bilin ki, mən heç vaxt sizə xristian rahibləri kimi tərki-dünya olmanızı əmr etmirəm. Çünki belə məsələlər və məbəddə rahiblik etmək mənim dinimdə yoxdur.”
Müqəddəs İslam dini ərlə arvad arasında cinsi əlaqənin olmasını və bu yolla fiziki tələbatını ödəməsini pis qəbul etmir, əksinə bunu dini kamilləşdirən amil kimi dəyərləndirir. O Həzrət (s) subay qalmaq və ailə qurmaqdan üz döndərməyi ciddi şəkildə məzəmmət etmişdir.
İslam dini ictimai bir dindir və insanın cəmiyyət içində olaraq səadətə, xoşbəxtliyə qovuşmasına təkid göstərir. Cəmiyyətdən uzaqlaşmaq və təkliyə çəkilmək kimi qiymətləndirilən ailə qurmamaq məsələsi (insanın həqiqi səadətə qovuşmasını təmin etməməsi və insanı kamilliyə qovuşdurmaması səbəbindən) şəriət tərəfindən təsdiqlənə bilməz.
Elə bu səbəbdən də, İslam alimləri və fəqihləri müqəddəs şəriətin ailə qurmaq sahəsindəki təkidlərinə və digər rəvayətlərə istinad edərək ailə qurmağın nə dərəcədə yaxşı olması və başqa üstünlükləri barəsində fətvalar verdilər. O cümlədən, Şeyx Müfid ailə qurmağı İslami metodlardan biri kimi dəyərləndirərək "Əl-Muqni” kitabının "Nikah” fəslində belə qeyd etmişdir: "İslam adətlərindən biri ailə qurmaqdır, subaylığı tərk etmək və təklikdən uzaqlaşmaqdır.” Eləcə də, Şəhid Əvvəl "Lümə” kitabının "Nikah” fəslində belə yazır: "Ailə qurmaq təkid olunan, məşhur müstəhəb əməllərdəndir və onun fəziləti sözsüzdür”.
Bütün deyilənləri nəzərə alsaq, belə qənaətə gələ bilərik ki, ailə qurmaq insanın mənəvi aləmi ilə tam üst-üstə düşən məsələlərdəndir və elə bu səbəbdən də, tam təbii fenomen kimi dəyərləndirilir.

Materialdan istifadə edərkən WWW.KOVSER.AZ saytına istinad zəruridir!
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 970 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]