Main » Files » Qadın » İslamda qadınlar |
Hicablısan, ya başıbağlı ?
2012-11-02, 5:11 PM | |
Bir gün bu gözəllik, bu sağlamlılıq hamısı gedəcək. Hicablısan, ya başıbağlı ? Bu sualı oxuyanlar düşünə bilərlər ki, hicablı elə başıbağlı deyilmi? Bəli, hicablı başıbağlıdır, ancaq hər başıbağlı hicablı deyildir. Ən pisi də budur ki, cəmiyyətimizdə İslam anlayışı olmayanlar hər başını bağlayana hicablı kimi baxır və bununla da ən böyük hörmətsizlik xanım Fatimeyi-Zəhraya(ə) və onun simasında həqiqi İslam xanımlarına edilmiş olur. Çünki örnək onlardır. Bəs özünü imanlı, hicablı hesab edən bir başıbağlı xanım örnəyə nə qədər uyğunlaşır?.. Sizcə aradakı fərq niyə bir çox hallarda bu qədər kəskin hiss olunur?. Qurana görə yaşayanlardansan, yoxsa zəmanəyə görə? İndi bəziləri deyə bilər ki, zəmanə artıq dəyişilib və biz müasir zamana uyğun hicab taxmalıyıq. Unutmayaq ki, zaman bir yerdə durmur, həmişə dəyişir. Yəni yeni dəblər, yeni şirnikləndirici fəsad növləri müntəzəm olaraq təzələnir. Amma məntiqli insan bilir ki, bu yenliklər bir müddətdən sonra köhnəlirsə, dəyişirsə deməli naqisdir və təkamülə ehtiyaclıdır. Yəni kamil deyil. Ağıllı insan isə kamil olana uyğunlaşmağa cəh edər. Birdəki unutmamalıyıq: Dəyişən və dəyişməyən hər bir şey Alahın(c.c) iradəsindən kənarda deyil. O Allah ki, bizlərə kitab olaraq Quranı, insan olaraq isə Əhli-Beyti nümunə qərar vermişdir. Bəli, zəmanə dəyişib, amma bütün zamanların dəyişilməz kamil kitabı olan Quran dəyişilməyib. Axı kamil din olan İslam dəyişilməyib. İndi sən özün qərar ver; Qurana görə yaşayanlardansan, yoxsa zəmanəyə görə? "İlımlı İslam”(və ya mülayim, yumuşaq İslam), "Muasir İslam” anlayışları adı altında. Amma dövrümüzdə yeni çaşdırıcı hiylələr elə İslam adı altında təlqin olunmaqdadır. "İlımlı İslam”(və ya mülayım, yumuşaq İslam), "Muasir İslam” anlayışları adı ilə. Hədəf isə ilk növbədə gənclərdir. Bu "Müasir İslam” anlayışı gəncləri məhv etməkdədir. Allahın əmrinə itaət edirəm düşüncəsi ilə bər-bəzəkli hicablarına sevinərkən şeytanın əmrinə itaət etdiklərini bilmirlər. Axı Quranda da bizlərə xəbər verilir ki, şeytan insanlara pis əməlləri gözəl göstərər. Dəbdəbəli geyimlərlə, qabarıq makiyajla tanıdılan hicab əslində diqqət cəkmək üçündür. Belə olan halda bu İslam geyiminin batini ilə zahiri tamamən bir-birinə zidd olur. Hətta çoxları baxıb hicabın qəşəngliyinə valeh olub onu bir moda növü kimi qəbul edir, səhəri gün hicablanır. Onun nə olduğunu bilmədən, niyə əmr olunduğunu bilmədən sadəcə görünüş xatirinə bunu icra edirlər. Bir müddətdən sonra isə ondan bezirlər və açmaq üçün bir bəhanə uydururlar. "Mən belə bağlayıram ki, insanlar dindən qorxmasınlar. Onları hicaba həvəsləndirirəm” deyənlər. Bəzən də buna belə bir don geyindirirlər : " Mən belə bağlayıram ki, insanlar dindən qorxmasınlar. Onları hicaba həvəsləndirirəm”. Əziz bacım, səliqəlilik başqa bir şeydir, cəlbedicilik başqa. Dinimiz heç kəsə səliqəsizliyi, pintiliyi əmr etmir. əksinə bütün gözəlliklər İslam dinindədir. Sadəcə olaraq çoxları dini öz istəklərinə uyğun yaşayırlar. Yəni baxıb görəndəki dinlə öz arasında nə isə bir fəq var , həmin fərqi aradan qaldırmaq üçün özünü dinə deyil, dini özünə uyğunlşdırmağa çalışırlar. "Başımı bağlayıram, ancaq çox dərinə getmirəm” deyənlər də var. Bəzən də belə cavab verirlər, "başımı bağlayıram, ancaq çox dərinə getmirəm”. Bu dini ya yaşa, ya da yaşama. Kim məcbur edib axı?!. Allahın insanlara əvəzsiz nemətlərindən biri də budur-seçim azadlığı. Yəni dində məcburiyyət yoxdur. Əgər bunu özün istəmisənsə, demək Allaha qarşı sevgin olduğu üçün istəmisən. Bəs bunu Allah rizasi üçün edən bəndə niyə Allahın buyurduğu kimi etməz?. Kamil olan Allahın kamil şeyləri sevdiyini niyə unudaq?. Sənin dinsizdən fərqin nəfsini cilovlamaq qüdrətin deyilmi? Dinsiz də nəfsi qarşısında aciz, nəfslə mübarizə aparan dindar da aciz?. Bəs aradakı fərq nədədir?. Əgər dindarın digərlərindən fərqi yoxdursa niyə özünü dindar kimi qələmə verər?. Özünü dindar kimi qələmə verməkdə qazancı nədir?. Yoxsa dünya nemətləri üçün, hörmət, məqam və s. üçündürmü? Allahın rizasını qazanmaq üçün etməli olduğundan, bu dünyalarını qazanmaq üçün istifadə edən kəs necə də ikrah edici və ürəkbulandırıcıdır. Nəhayət Bir gün bu gözəllik, bu sağlamlılıq hamısı gedəcək. Əl əsəndə, bel büküləndə Allah yada düşəcəksə, bu hansı Allah sevgisidir?. Allah bizə bizdən yaxın deyilmi, biz kimi aldadırıq?. Nə edirik özümüzə edirik. Aldadırıqsa da özümüzü aldadırıq. Əgər ağır və məntiq sahibiyiksə, əgər həqiqətən imanımız varsa aldatmayaq, yalançılıq etməyək. Dinimizi səhv tanıtmayaq, çünki bizim dinimiz göstəriş dini deyil. Həm hicabımızla, həm ədəbimizlə İslam xanımı olaq ki, dünya və axirətdə üzümüz ağ olsun. Çünki bizim dinimiz dünya və axirət dinidir. Dünyamızı və axirətimizi ən layqli şəkildə əldə etmək üçün isə bu yolda Allahın nümunə qərar verdiyi Əhli Beyti tanıyıb uyğunlaşmaq kifayət edir. Xanımlar xanımı Fatimeyi Zəhranı örnək bilib ona uyğunlaşmaq kifayət edər. Bu uyğunlaşmada ik olaraq isə geyimimizi onun geyiminə uyğunlaşdıraq. islamazeri.az | |
Views: 1283 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |