Bazar günü, 2024-12-22, 1:58 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Hicablı harayı
2012-11-02, 5:28 PM
Hicablı harayı
2010-cu ilin noyabır ortalarından təhsil almadan məhrum olmuşam. Səbəbi nə əxlaqımın, nə nizam-intizamım, nə də təhsilim oldu. Bunun bir səbəbi var idi. O da adi müsəlman qadını kimi dinimə sadiq qalmağım idi. Sinfin əlaçı şagirdlərindən biri olduğum halda, indi məktəb üzünə həsrət almışam. Bir neçə dəfə zəbərdarlıqdan sonra məktəb müdiri məni uşaqların qarşısında sinifdən çıxardı və başımı açmayana qədər məktəbə buraxılmayacağımı bildirdi. Təbii ki, mən də valideynlərim də onlardan bunun səbəbini soruşduq. Amma verilən cavab həm məntiqsiz, həm də gülməli oldu. "Yuxarıdan belə tapşırıblar, vəssəlam!". O "əlçatmaz yuxarı" haradı görəsən? Məgər Allahımız bir deyil? Məgər hicabı əmr edən Allah bunu onların qızlarına, həyat yoldaşlarına əmr etmir? Mənim üçün heç fərqi yoxdur. Ya baçım kəsilsin, ya da başım açılsın. Dərslərimdən geri qalmayım deyə, evdə proqram əsasında məşğul oluram. Yuxarıdan gələn göstərişlərə bu qədər sadiqdilərsə, bəs nə üçün məktəbə diqqəti cəlb edən dar şalvar və retuz, bütün bədəni bəlli edən qıza ətəklər geyinən qızlara göz yumulur? Məgər onların bu geyim tərzi məktəbə münasıbdir? Din-imanı qoyaq bir kənara, bəs namus, qeyrət?! Mənim kimi yüzlərə qız təhsildən uzaqlaşdırıldı. Səsimizi eşidən olmadı. Duyulsa da qulaqlar tıxandı. İndi ürəyimizdə onları sizə açırıq, bunları bizə şərik olasınız deyə yazırıq. Allah səbr edənləri sevir. Biz də səbr edirik. Amma haqqımızı tapdalayanlara əsla halal etmirik.

Hicab - Allah istədiyi kimi görünmək, Ona tabe və təslim olmaq deməkdir.
Hicab - qadın gözəlliyinin qoruyucusu və təminatçısıdır.

İstinad : "Karvan" jurnalı
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 2619 | Downloads: 0 | Comments: 3 | Rating: 0.0/0
Total comments: 3
0  
3 legendary   (2013-07-10 11:12 AM) [Daxil et]
Bizi yaradana qarwi cixmaqla nese elde edeceklerini duwunen yaziq insanlardi.birgun pewman olacaqlar ama cox gec olacaq.Allahim sene komey olsun.Amin

+1  
2 İstiğfar   (2012-12-25 11:21 AM) [Daxil et]
xanim Zəhra komeyin olsun

+1  
1 EHLI-BEYT_ASIQI   (2012-12-24 8:30 PM) [Daxil et]
ALLAH KOMEK OLSUN INSAELLAH.SIZ KIMILERI TEHSILDEN UZAQLASIR.BEZILERINEEDE HICAB QADAGA OLUNUR dont ALLAH YRDIM ET BIZLLLER TEZLIKLE BIZLERE SEBR VER YA ALLAH YA ALLAH ...............

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]