Çərşənbə günü, 2024-04-24, 4:38 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Hicablı başıbəlalı
2012-11-02, 4:15 PM
Hicablı başıbəlalı

Fransada bir il ərzində təxmunən 300 qadın üzübağlı gəzdiyinə görə cərimə olunub.

France-Press agentliyinin məlumatına görə, bu haqda ölkə rəsmləri məlumat yayıb. Söhbət müsəlman qadınlarının taxdığı müxtəlif üz örtükləri - burqa və niqaba qoyulan qadağandan gedir. 2011-ci ilin aprelindən etibarən Fransada ictimai yerlərə üzü örtən baş geyimləri qadağan edilib. Bu tələbi pozanlar 150 avro məbləğində cərimə olunublar. Lakin "Mənim konstitusiyamdan əlini çək" assosiasiyasının rəhbəri Rachid Nekkaz başqa rəqəmlər səsləndirib.
Onun hesablamalarına görə, bir il ərzində niqaba görə 367 qadın cərimələnib. Bu qadınlar polis bölməsində 3 saata qədər saxlanıblar. Rachid Nekkaz Fransada yaşayan iş adamıdır. O, yaratdığı təşkilatın vasitəsilə onlarla qadının cəriməsini ödəyib.

Bu ilin yanvarında Fransa daxili işlər naziri Klaude Gueant elan edib ki, qanunun qüvvəyə minməsi nəticəsində üzünü örtən qadınların sayı ikiqat azalıb.

Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 886 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]