Main » Files » Qadın » İslamda qadınlar |
Hicabın zəruriliyi
2012-11-02, 4:22 PM | |
Hicabın zəruriliyi Cavab: Şübhəsiz, hicab İslamın danılmaz (zəruri) prinsiplərindəndir. İslam fəqihlərinin hamısı bu barədə yekdil nəzərdədir. Hər bir hicabsızlıq və ya pis hicablılıq halları müqəddəs şəriətə ziddir. Xüsusilə də dindar şəhərlərdə, daha çox müqəddəs şəhərlərdə bunlara daha artıq riayət olunmalıdır. Hicabsızlığın və naqis hicab geyməyin günahı bu məkanlarda daha çoxdur. Şübhəsiz, hər yerdə, xüsusilə bu məkanlarda çadra geyinmək daha yaxşıdır. Sual: Azərbaycan təhsil naziri hicabın təhsil müəssisələrində gadagan edilməsini bildirən bəyanatla çıxış edib. Onun çıxışının ardınca məktəb direktorları hicablı şagirdlərə hicablarını açmaları üçün təzyiqlər tətbiq edirlər. Sizcə hicabın əleyhinə danışan və ya əməli olarag onun əleyhinə mübarizə aparan şəxs mürtəd hesab edilə bilərmi? Bu halda müsəlmanların vəzifəsi nədir? Cavab: Hicab İslam dinində zəruri məsələlərdən biridir. Bütün İslam məzhəbləri onu vacib sayırlar. Bu məsələ Qurani-kərimin bir çox ayələrində də açıq-aydın öz əksini tapmışdır Hətta qeyri-müsəlmanlar da İslam dinində belə bir hökmün olduğunu bilirlər.Qadın və kişi örtüklərinin həddi Sual: İslam baxımından hicab nəyə deyilir? Kişi və qadın üçün hansı növ geyim hicab sayılır? Bəzi qadınların başlarına qoyduqları süni saçlar onların təbii saçlarının hicabı sayılırmı? Cavab: Şəriət baxımından qadınlar üçün hicab, bədəni bütövlükdə üz və biləyə qədər əlləri istisna etməklə- örtməkdir. Amma zahiri bəzək sayılan bir çox geyimlər (məsələn, süni saçlar) kifayət deyildir. Habelə, zinət və bəzək geyimi sayılan geyimlər də kifayət etmir. Kişilər üçün isə hicab, müsəlman camaat içində örtülməsi adət olan bədən hissələrini örtməkdir. Buna görə kişilərə üzü, əlləri, qolların bir hissəsini (qısa qol köynəklərdəki kimi) və bu kimi hissələri örtmək vacib deyil.Sinif otağında hicaba riayət etməyin lazımlığı Sual: Lövhədə yazı yazdığı zaman qadının şəriətdə icazə verilən miqdardan artıq görünən üzünə, saçlarına və əllərinə baxmağın hökmü nədir? (Təbii ki, müəllimin başa salmağı və tələbələrin başa düşmələri üçün.) Cavab: Hicaba elə riayət olunmalıdır ki, üz və əllərdən artıq (miqdar) görünməsin.Dərs mühitində üzü örtmək Sual: Dərs mühitində üzü örtməyin olduqca çətin bir iş olduğunu nəzərə alsaq, bu iş vacibdirmi? Cavab: Üz və əllər hicabdan istisna olunmuşlar: onları örtmək vacib deyil.Kişinin öz arvadının hicabına laqeydliyi Sual: Əgər bir kişi öz arvadını şəri hicab geyinməyə vadar etməsə, fasiq sayılırmı? Cavab: Əgər nəhy əz münkəri tərk etsə, fasiqdir.Manto geymək Sual: Manto geyinməyin hökmü nədir? Manto zinət paltarlarından sayılırmı? Cavab: Zinət paltarlarını geyinməyin işkalı var. Lakin adi mantolar zinət üçün deyil. Hərçənd çadra daha məhfuz və daha yaxşıdır, lakin üz və əllərdən (biləkdən aşağı) başqa bədəni bütövlükdə örtən paltar kifayətdir.Sürmə çəkmək, gözəl saat və eynək taxmaq Sual: Sürmə sürtmək, qaş aldırmaq, əqiq üzük, saat, gözəl tibbi eynək qadınlar üçün örtülməsi vacib olan zinət hesablanırmı? Cavab: Zahirən qadağan olunmuş zinətlərdən deyil.Müsəlman qadının qeyri-müsəlman qadınlarının qarşısında geyimi Sual: Qeyri-müsəlman qadınların qarşısında müsəlman qadının geyimi hansı miqdarda olmalıdır? Cavab: Qeyri-müsəlman qadınların barəsində yaxşı olar ki, öz bədəni onların qarşısında çılpaq etməsin, baxmayaraq ki, övrəti örtməklə bədənin qalan hissələrini üzə çıxarmaq, aşkar etmək haram deyil.Kişilərin qızıldan bəzək əşyası kimi istifadə etməsi Sual: Ailələrin çoxu yanlış adət əsasında öz kürəkənlərinə qızıldan düzəldilmiş üzük, saat və ya boyunbağı bağışlayırlar, onlar da ondan istifadə edirlər və nəticədə bu işin çirkinliyi aradan gedir (günah olması adiləşir). Xahiş edirik ki, kişilərin üzük və digər bəzək əşyalarından istifadə etməsi barəsində, habelə onu kürəkənə və cavanlara hədiyyə vermək, eləcə də bu pis və haram işin müqəddiməsinin, yəni onun düzəldilməsi və alğı-satqısı barəsində öz mübarək nəzərinizi bildirəsiniz. Aydın şəkildə buyurun ki, cavanlar və cəmiyyətin digər sinifləri öz şəri vəzifələrini bilsinlər. Cavab: Kişilər üçün qızıl bəzək əşyası mütləq şəkildə (namaz və qeyri hallarda) haramdır. Müsəlmanlar və Əhli-beyt (ə) məktəbinin davamçıları o böyük insanların buyurduğu göstərişlərə tabe olmaqla bu işdən çəkinməlidirlər, hədiyyə və qeyri-hədiyyə, kürəkən və qeyri-kürəkən arasında heç bir fərq yoxdur. Bunların düzəldilməsi və satışı da yalnız kişilərin istifadəsinə məxsus olsa, işkallıdır. Əgər bu bəzək əşyası xaç şəklində olsa, onu salmağın, düzəltməyin və alğı-satqısının iki qat artıq günahı vardır.Qadınların idarələrdə çalışmaları Sual: Kişilərin müraciət etdikləri idarələrdə qadınların işləməsi caizdirmi? Cavab: İslam qaydalarına riayət etməklə, eybi yoxdur. Toplayan: Seyid Zahir Cavadov islamaz.com | |
Views: 746 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |