Cümə günü, 2024-11-22, 2:11 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » İslamda qadınlar

Hicab, yoxsa çadra?
2012-11-02, 4:35 PM
Hicab, yoxsa çadra?

2010-cu ilin ən yadda qalan hadisələrindən biri də HİCAB QADAĞASIdır. Yeni il gəlsə də bu barədə yeni qərar dəyişikliyi hələ ki, yoxdur. Hicab qadası barədə minlərlə xəbər yayımlandı, mətbuatda onlarla məqalə yazıldı... Ziyalılar, qələm sahibləri buna münasibət bildirdilər. Bəziləri isə vicdansızcasına insanlarda hicaba və hicablılara qarşı ikrah oyatmaq üçün müxtəlif yollara əl atdılar. Onlar, kütləni hicaba qarşı qışqırtmaq üçün "Milləti çadraya bələmək" istəyirlər şuarları ilə əllərində çadralı qadın şəkilləri alıb hicabı gözdən salmaq istədilər... Hətta onlar, hicab üçün təhsil nazirliyinin qarşısında mitinq edənlərə böhtan da atdılar ki, onların istəyi çadradır, hicab yox. Halbuki çadra və hicab fərqli anlayışlardır. Və o mitinq edənlər də Quranın buyurduğu kimi hicab üçün mitinq etmişdilər, çadra üçün yox...
Hicab və Çadranın fərqli anlayışlar olduğunu İslam alimlərinin yazılarında da görmək olar. Bu məqsədlə Ayətulla Xameneinin bu barədə fikirlərini oxucuların diqqətinə çatdırırıq:

"Hicab qadının xar olması demək deyil!"

O, qadının isməti və qorunması üçündür; təkcə qadının yox, həm qadının və həm kişinin isməti və qorunması üçün. Hicab çadra demək deyil. Lakin çadra biz iranlılar üçün qədimdən xanımlarımızın istifadə etdiyi ən yaxşı hicab növüdür. Çadrasız da hicablı olmaq mümkündür. Hicab düzgün örtünmək deməkdir, örtünməməyin örtünməkdən yaxşı olması yox. Hədislərin təbirincə desək, "çılpaq örtünmüş”, yəni örtündüyü halda çılpaq insan kimidir. Belə örtünmək faydasızdır, hicab deyil. Sağlam örtünmək budur ki, qadının başını, saçını, boynunu, bədənini örtsün. Əlbəttə, fəqihlərin çoxu üzü və iki əli örtməyi istisna ediblər. Amma üz bəzəksiz və sadə olmalıdır. Hicab bu deməkdir. İranlı qadınlar çadraya üstünlük verirlər. Bu, çox yaxşı üsuldur. Həm gözəldir, həm qadının gözəlliyi ilə ziddiyyət təşkil etmir, həm də kamil hicab formasıdır. Hər halda, hicabı istər iranlı formasında, istər ərəb formasında, istərsə də başqa bir ölkədəki formada kamil sürətdə örtsələr, İslamın əmri yerinə yetirilmişdir. Çünki müsəlman ölkələrinin hər birində qadınlar xüsusi formada öz hicablarını qoruyurlar.

İslamın məqsədi
İslam hicab məsələsində geyim formasını müəyyən etməyib, məqsədi müəyyənləşdirib. Məqsəd budur ki, kişi və qadının görüşü və onların gündəlik həyatdakı təbii rastlaşması ehtirasları coşdurmasın. İslamın məqsədi budur. Müsəlman ölkələrində qadınlar Quranın dediyi hicabı qorumağa çalışırlar. Amma gördüyünüz kimi, onların hamısı hicaba eyni formada əməl etmirlər. Mən onların dindarlarını deyirəm. Onlar Şimali Afrika ölkələrində bir cür hicab örtürlər, şərq ölkələrində, məsələn Hindistanda və Pakistanda isə başqa cür. Siz bunlarla tanış deyilsiniz. Bu, onların ictimai və mədəni şəraitindən qaynaqlanır.

"Hicab tərki-dünyalıq deyil!"
Hicab məsələsi qadını tərki-dünya etmək və onu ictimai həyatdan təcrid etmək deyil. Əgər kimsə belə düşünsə, çox yanlış düşünüb. Hicab məsələsi cəmiyyətdə qadın və kişinin bir-biri ilə qeyd-şərtsiz qarışmasının qarşısını almaq üçündür. Çünki belə bir vəziyyət həm cəmiyyət üçün zərərlidir, həm də kişi və qadın üçün. Bu, xüsusən qadına daha çox zərərlidir.

"Qadının iffətini, paklığını və təqvasını qoruya bilən amil hicabdır!”
Biz həmişə hicab və iffətdən danışdıqda bəziləri deyirlər ki, hicabın iffətlə nə əlaqəsi var? Çoxlarının hicabı var, amma iffətləri yoxdur. Çoxlarının iffətləri var, lakin hicabları yoxdur. Halbuki bu, düzgün fikir deyil. İffət bir şeydir, hicab isə başqa bir şey. Lakin iffət insanda əlçatmaz, dəyişilməz və sınmaz bir şey deyil. İnsanın digər xarakterləri kimi, o da təsirə məruz qala bilər. Onu təsirlərdən uzaq saxlayan, qadının iffətini, paklığını, təqvasını və ismətini qoruyan amillərdən biri həyatda, işdə və cəmiyyətdə yanlış münasibətlərin olmamasıdır. Yanlış münasibətlər mədəni və əxlaqi münasibətlərin riayət olunmadığı məsələlərdir. Bu arada, bu qorunmaya kömək edə biləcək amil hicabır. Ən yaxşı şey hicabdır: qadın və kişinin hicabı. Kişinin hicabı baxmamaqdır. Hicab maneə deməkdir.
Qərb baxışından və Qərb mədəniyyətinə görə, qadının dəyərlərindən biri budur ki, digərlərinin ləzzət alması üçün şərait yaratsin. Ona görə də biz, İslam mədəniyyətinə əsasən, İslamın kişi və qadın əlaqələri üçün məhdudiyyət yaratdığını və onların qeyd-şərtsiz münasibətlərinə icazə vermədiyini dedikdə, bizi, qadına qarşı hörmətsizlikdə suçlayırlar. Halbuki hörmətsizlik və təhqir Qərb mədəniyyətinin qadın şəxsiyyətinə baxışında görünür.



islammektebi.org
Category: İslamda qadınlar | Added by: Ənfal
Views: 1335 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 leyl   (2014-01-14 5:42 PM) [Daxil et]
namussuzlar !!shukur ki indi bu qadaqa biraz aradan qaldirilip

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]